Geri qaytarılmayan aviabiletləri necə qaytarmaq olar?

aviabiletlər

Büdcələrinə qənaət etmək və ya ümumiyyətlə az pul xərcləmək istəyən səyyahlar aviabilet seçimində geri qaytarılmayan biletlərə daha çox üstünlük verirlər. Bu tip aviabiletlərin geniş istifadəsi zamanı isə “geri qaytarılmayan biletləri necə geri qaytarmaq olar” kimi aktual mövzular ortaya çıxır.

Bu aviabiletləri aldıqda  qaydalar ilə tanış olmaq mütləq şəkildə məsləhət görülür. Təlimatda təyyarə biletinin qaytarılıb, qaytarıla bilinməyəcəyi və kompensasiya şərtləri haqqında məlumatlandırılır.

“Qaytarılmayan” tarif ilə alınan aviabiletlərin bəzi xüsusiyyətləri var:

  • Qiyməti daha aşağıdır;
  • Onların alış qiymətini geri almaq olmur;
  • Onları dəyişmək və geri qaytarmaq olmur;

DiqqətƏgər vətəndaş uçuşa buraxılmırsa aviaşirkət heç nəyi kompensasiya etmir!

Uçuşa buraxılmama səbəbləri isə aşağıdakılardır:

  • Sərnişin gömrük qaydalarını pozubsa;
  • Passport məlumatları yanlış doldurulub, vizanın vaxtı keçibsə;
  • Qeydiyyat zamanı uçuşda qadağan olunan əşyalar götürülübsə;
  • Sərnişin normadan əlavə yükün ödənişindən boyun qaçırırsa.

Geri qaytarılmayan aviabiletlərin bütün aviaşirkətlər üçün ümumi olan bəzi geri qaytarma şərtlərini nəzərinizə çatdıraq:

  • Sərnişinin, ailə üzvünün və ya yaxın qohumunun xəstələnməsi;
  • Ailə üzvünün və ya çox yaxın qohumunun ölümü;
  • Uçuşla bağlı aviaşirkətin müqavilə və ya razılaşma şərtlərini pozması (Uçuşun təxirə salınması və ya ləğv edilməsi);

“qaytarılmayan” tarifi ilə uçuşa daxildir:

  • Qanuni rüsumlar və vergilər;
  • Aviaşirkətin tarifi;

Diqqət! Aviabilet dəyərinə daxil olan hava limanını vergiləri bunlardı: hər zaman dəyişə bilən xidmət, yanacaq və sığorta vergiləri. Tarif qiymətinə uçuşun müddəti, mövsüm və bron sinfi də təsir edir.

Əlavə məlumat. Aviabiletin qiyməti=tarif+vergilər+taxes

Tarif — aviaşirkətin təyin etdiyi uçuşun qiymətidir. Taxes – yerdə olarkən təyyarəyə göstərilən xidmətlərə görə havalimanı vergiləri.

Belə aviabiletin pulun qaytarılmasına digər səbəblər

Əgər bilet yuxarıda sadalanan hallarda deyil, digər səbəblərdən geri qaytarılarsa ödəmə nə şəkildə icra edilir?

Aviabiletin qiymətinə aviaşirkətin tarifi, əlavə vergilər və havalimanı vergiləri daxildir. Qanuna görə yalnız tarif hissəsi qaytarılmayan ola bilər. Qalan pulların, vətəndaş təyyarəyə sadəcə geciksə belə geri ödənilməsi tələb olunur.

Sərnişin uçuşa gecikdiyi və ya hər hansı səbəbə görə təhlükəsizlik xidməti tərəfindən saxlandığı halda təyyarə yola düşdükdən sonra belə internet vasitəsi ilə alınan bileti geri qaytarmaq üçün tam hüququ var. Bu vəziyyətdə, uçuşu ləğv etməkdənsə, başqa vaxta keçirmək daha sərfəli olur.

Aviabiletin pulu hansı hallarda qaytarılmır

  • Sərnişin uçuşa gecikdiyində;
  • Sərnişinin səhhətində uçuş üçün maneə olmayacağı problemlər yarandıqda;
  • Vətəndaş sadəcə uçuşdan imtina etdikdə;
  • Səyyahı müşayiət edən şəxs (yaxın qohumu və ya ailə üzvü deyilsə) uça bilmədikdə;
  • Səyyah ilə ailə münasibətlərində olan bir vətəndaşın uçmaqdan imtina etməsi üçün səbəbi olduğu zaman sərnişin ona qulluq etmək üçün qalmaq istədikdə;
  • Uçuş qabağı baş verən digər səbəblər və fövqəladə hallar.

Qaytarılmayan bileti dəyişmək və yaxud yenidən bron etmək olarmı? Şərtlər

Bronlaşdırmanı dəyişmək yalnız əsaslı səbəb olduqda icazə verilir. Yeni bron etmək üçün aviaşirkətə zəng etmək və ya e-poçt ilə bronlaşdırmanın dəqiq tarixi qeyd olunmuş məktub göndərmək lazımdır. Bu halda alıcıdan cərimə tutula bilər.

Diqqət! Aksiya ilə alınan biletlər adətən geri qaytarılmır.

Bileti dəyişdirmək üçün olan əməliyyatları etmək üçün isə mütləq pasport üstünüzdə olmalıdır. Bronlaşdırma bir neçə dəqiqə ərzində adınızdan çıxacaq, lakin pulunuzun geri qaytarılması bir az vaxt alacaq.

Qaytarılmayan tarif ilə olan ucuz aviabiletləri almaqdan qorxmayın! Bu biletlər qənaət etmək üçün əla fürsətdir. Əgər qaytarılmanı vaxtında və düşünülmüş şəkildə edirsinizsə heç bir problem olmayacaq.