Gürcüstanın paytaxtı qədim Tbilisi şəhəri

Sülh körpüsü

Son zamanlar azərbaycanlıların üz tutduğu şəhərlərindən biri də, Tbilisidir. Gürcüstanın paytaxtı olan bu şəhər sevinc dolu və qonaqpərvərdir. Tbilisi Kür çayının sahilində, Avropa və Asiya arasında olan əsas ticarət yollarının kəsişməsində yerləşir. Şəhər öz adını “tbili” (gürcü dilində “isti”) adlanan isti kükürd mənbələri sayəsində alıb.

Bura gələn hər kəs istər-istəməz qədim tarixin ruhunu hiss edə bilir. Hələ 5-ci əsrdən etibarən Tbilisi dəfələrlə basqınlara, yanğınlara və dağınıqlara məruz qalsa da, hər dəfə yenidən həyata qayıdıb. Bu gün şəhər öz unikal mədəniyyətini qoruyub saxlamaqla sürətlə inkişaf etməkdə davam edir.

Bakı – Tbilisi ən ucuz aviabiletlər

UÇUŞ TARİXİDayanmaQİYMƏTİ
31 Mart 2024Doğrudan85
30 Mart 2024Doğrudan104
29 Mart 2024Doğrudan265
31 Mart 20241 Durak309
30 Mart 20242 Durak355
29 Mart 20241 Durak455
31 Mart 20243 Durak501
31 Mart 20242 Durak550
29 Mart 20242 Durak554
30 Mart 20241 Durak582
30 Mart 20243 Durak646
19 Nisan 2024Doğrudan85
17 Nisan 2024Doğrudan85
18 Nisan 2024Doğrudan85
20 Nisan 2024Doğrudan85
27 Nisan 2024Doğrudan85
2 Nisan 2024Doğrudan85
14 Nisan 2024Doğrudan85
22 Nisan 2024Doğrudan85
23 Nisan 2024Doğrudan85
24 Nisan 2024Doğrudan85
30 Nisan 2024Doğrudan85
21 Nisan 2024Doğrudan85
25 Nisan 2024Doğrudan85
28 Nisan 2024Doğrudan85
26 Nisan 2024Doğrudan85
4 Nisan 2024Doğrudan101
8 Nisan 2024Doğrudan102
7 Nisan 2024Doğrudan104
12 Nisan 2024Doğrudan104
13 Nisan 2024Doğrudan104
16 Nisan 2024Doğrudan104
1 Nisan 2024Doğrudan104
3 Nisan 2024Doğrudan104
15 Nisan 2024Doğrudan104
29 Nisan 2024Doğrudan104
11 Nisan 2024Doğrudan122
5 Nisan 2024Doğrudan123
6 Nisan 2024Doğrudan123
9 Nisan 2024Doğrudan123
10 Nisan 2024Doğrudan162

Müasir Tbilisi Gürcüstanın iqtisadi, siyasi və sənaye mərkəzidir. Şəhərin siması əzəmətli qədim məscidlərdən və yarımdağılmış qalalardan, zərif eyvanları ilə kolorit və köhnə məhlələrdən, sovet tikililərdən və son dərəcə müasir biznes mərkəzlərindən ibarətdir. Səyyahlar bura gözəl təbiətdən zövq almaq , qədim şəhərdə gəzmək, yerli sakinlər ilə tanış olmaq, dadlı mətbəx nümunələrini dadmaq, bir sözlə, istirahətdən unudulmaz emosiyalar almaq üçün gəlirlər.

Şəhərin ən maraqlı yerlərindən bir neçəsi barədə məlumat aşağıda təqdim edilir:

  1. Köhnə şəhər

Tbilisini ilk olaraq Köhnə şəhərdən kəşf etməyə başlamaq lazımdır. Burada piyada gəzintilər üçün bütün imkanlar mövcuddur. Köhnə şəhərdə hələ də unikal Tiflis tikililərinin nümunələrini tapmaq olar. Şəhərin bu hissəsində olan hər bir bina tarixi və mədəni abidə hesab edilir və burada olan bütün binaların öz tarixi var.

  1. Kükürdlü hamamlar

Narınqalanın ətəyində Abanotubani rayonu yerləşir ki, bura məşhur Tiflis hamamları kompleksidir. Qədim hamamlar çox böyük ərazini əhatə edir. Hamamlar hidrogen sulfidli olduğu üçün, adətən bu ərazidə özünəməxsus qoxu olur. Burada istirahət və müalicə üçün bütün mümkün variantlar var: ümumi yuyunma zalları, sauna, hovuz, masaj və həkim xidmətləri.

  1. Kanat yolu

Şəhərə açılan gözəl mənzərə seyr etmək üçün kanat yolu ilə Mtatsminda adlanan dağın başına qalxmaq lazımdır. Kanat yolu vasitəsi ilə siz iki dəqiqə ərzində köhnə şəhərin üzərindən keçərək yaddaşınızda uzun müddət qalacaq çox gözəl mənzərəyə şahid olacaqsınız. Burada siz yerli musiqiçilərin ifasını dinləyə, müxtəlif kafelərdə istirahət edə, yaxınlarınıza hədiyyələr ala və ya sadəcə gəzişərək anı yaşaya bilərsiniz.

  1. Sülh körpüsü
Sülh körpüsü

Sülh körpüsü – 2010-ci ildə inşa edilən Tbilisinin müasir memarlıq abidələrindən biri hesab edilir. Müasir üslubda tikilmiş körpünün üzərindən nəinki köhnə şəhər, həm də müasir arxitekturaya gözəl mənzərə açılır. Körpü həm də Tbilisinin yeni rayonları ilə şəhərin köhnə hissəsini birləşdirir.

  1. Rustaveli prospekti

Şəhərin əsas müasir arteriyası – hər iki tərəfindən çinarlar düzülən Rustaveli prospektidir. Turistlər ən yaxşı restoranlar, maraqlı muzeylər, teatrlar, dəbdəbəli butiklər və suvenir mağazalarının axtarışı üçün məhz bura gəlirlər. Burada həmçinin Parlament binası, Milli muzey və Şota Rustaveli adına Dövlət akademik teatrı yerləşir. Rustaveli prospekti eyniadlı abidədən başlayır və Azadlıq Meydanında başa çatır. Ağaclarla haşiyələnmiş propekt avropa prospektlərindən heç nəylə geri qalmır və burada gəzmək sizə böyük zövq verəcək.

Tbilisidə ən ucuz otellər