Gürcüstanın paytaxtı qədim Tbilisi şəhəri

Sülh körpüsü

Son zamanlar azərbaycanlıların üz tutduğu şəhərlərindən biri də, Tbilisidir. Gürcüstanın paytaxtı olan bu şəhər sevinc dolu və qonaqpərvərdir. Tbilisi Kür çayının sahilində, Avropa və Asiya arasında olan əsas ticarət yollarının kəsişməsində yerləşir. Şəhər öz adını “tbili” (gürcü dilində “isti”) adlanan isti kükürd mənbələri sayəsində alıb.

Bura gələn hər kəs istər-istəməz qədim tarixin ruhunu hiss edə bilir. Hələ 5-ci əsrdən etibarən Tbilisi dəfələrlə basqınlara, yanğınlara və dağınıqlara məruz qalsa da, hər dəfə yenidən həyata qayıdıb. Bu gün şəhər öz unikal mədəniyyətini qoruyub saxlamaqla sürətlə inkişaf etməkdə davam edir.

Bakı – Tbilisi ən ucuz aviabiletlər

UÇUŞ TARİXİDayanmaQİYMƏTİ
23 Nisan 2024Doğrudan119
20 Nisan 2024Doğrudan139
24 Nisan 2024Doğrudan139
25 Nisan 2024Doğrudan139
28 Nisan 2024Doğrudan139
21 Nisan 2024Doğrudan139
29 Nisan 2024Doğrudan140
27 Nisan 2024Doğrudan158
30 Nisan 2024Doğrudan158
26 Nisan 2024Doğrudan161
22 Nisan 2024Doğrudan175
19 Nisan 2024Doğrudan241
24 Nisan 20241 Durak347
28 Nisan 20241 Durak363
29 Nisan 20241 Durak404
25 Nisan 20241 Durak411
26 Nisan 20241 Durak419
27 Nisan 20241 Durak443
30 Nisan 20241 Durak448
23 Nisan 20241 Durak485
26 Nisan 20242 Durak511
24 Nisan 20242 Durak550
22 Nisan 20241 Durak577
21 Nisan 20241 Durak578
20 Nisan 20241 Durak690
21 Nisan 20242 Durak762
19 Nisan 20241 Durak1 043
30 Nisan 20243 Durak1 344
25 Nisan 20243 Durak1 393
27 Nisan 20243 Durak1 438
29 Mayıs 2024Doğrudan83
17 Mayıs 2024Doğrudan83
12 Mayıs 2024Doğrudan83
24 Mayıs 2024Doğrudan83
25 Mayıs 2024Doğrudan83
26 Mayıs 2024Doğrudan83
27 Mayıs 2024Doğrudan83
30 Mayıs 2024Doğrudan83
28 Mayıs 2024Doğrudan83
20 Mayıs 2024Doğrudan83
31 Mayıs 2024Doğrudan83
16 Mayıs 2024Doğrudan83
21 Mayıs 2024Doğrudan83
19 Mayıs 2024Doğrudan84
23 Mayıs 2024Doğrudan84
11 Mayıs 2024Doğrudan102
14 Mayıs 2024Doğrudan102
22 Mayıs 2024Doğrudan102
18 Mayıs 2024Doğrudan103
10 Mayıs 2024Doğrudan119
15 Mayıs 2024Doğrudan120
2 Mayıs 2024Doğrudan120
3 Mayıs 2024Doğrudan120
6 Mayıs 2024Doğrudan120
7 Mayıs 2024Doğrudan120
8 Mayıs 2024Doğrudan120
13 Mayıs 2024Doğrudan121
5 Mayıs 2024Doğrudan121
1 Mayıs 2024Doğrudan139
4 Mayıs 2024Doğrudan139

Müasir Tbilisi Gürcüstanın iqtisadi, siyasi və sənaye mərkəzidir. Şəhərin siması əzəmətli qədim məscidlərdən və yarımdağılmış qalalardan, zərif eyvanları ilə kolorit və köhnə məhlələrdən, sovet tikililərdən və son dərəcə müasir biznes mərkəzlərindən ibarətdir. Səyyahlar bura gözəl təbiətdən zövq almaq , qədim şəhərdə gəzmək, yerli sakinlər ilə tanış olmaq, dadlı mətbəx nümunələrini dadmaq, bir sözlə, istirahətdən unudulmaz emosiyalar almaq üçün gəlirlər.

Şəhərin ən maraqlı yerlərindən bir neçəsi barədə məlumat aşağıda təqdim edilir:

  1. Köhnə şəhər

Tbilisini ilk olaraq Köhnə şəhərdən kəşf etməyə başlamaq lazımdır. Burada piyada gəzintilər üçün bütün imkanlar mövcuddur. Köhnə şəhərdə hələ də unikal Tiflis tikililərinin nümunələrini tapmaq olar. Şəhərin bu hissəsində olan hər bir bina tarixi və mədəni abidə hesab edilir və burada olan bütün binaların öz tarixi var.

  1. Kükürdlü hamamlar

Narınqalanın ətəyində Abanotubani rayonu yerləşir ki, bura məşhur Tiflis hamamları kompleksidir. Qədim hamamlar çox böyük ərazini əhatə edir. Hamamlar hidrogen sulfidli olduğu üçün, adətən bu ərazidə özünəməxsus qoxu olur. Burada istirahət və müalicə üçün bütün mümkün variantlar var: ümumi yuyunma zalları, sauna, hovuz, masaj və həkim xidmətləri.

  1. Kanat yolu

Şəhərə açılan gözəl mənzərə seyr etmək üçün kanat yolu ilə Mtatsminda adlanan dağın başına qalxmaq lazımdır. Kanat yolu vasitəsi ilə siz iki dəqiqə ərzində köhnə şəhərin üzərindən keçərək yaddaşınızda uzun müddət qalacaq çox gözəl mənzərəyə şahid olacaqsınız. Burada siz yerli musiqiçilərin ifasını dinləyə, müxtəlif kafelərdə istirahət edə, yaxınlarınıza hədiyyələr ala və ya sadəcə gəzişərək anı yaşaya bilərsiniz.

  1. Sülh körpüsü
Sülh körpüsü

Sülh körpüsü – 2010-ci ildə inşa edilən Tbilisinin müasir memarlıq abidələrindən biri hesab edilir. Müasir üslubda tikilmiş körpünün üzərindən nəinki köhnə şəhər, həm də müasir arxitekturaya gözəl mənzərə açılır. Körpü həm də Tbilisinin yeni rayonları ilə şəhərin köhnə hissəsini birləşdirir.

  1. Rustaveli prospekti

Şəhərin əsas müasir arteriyası – hər iki tərəfindən çinarlar düzülən Rustaveli prospektidir. Turistlər ən yaxşı restoranlar, maraqlı muzeylər, teatrlar, dəbdəbəli butiklər və suvenir mağazalarının axtarışı üçün məhz bura gəlirlər. Burada həmçinin Parlament binası, Milli muzey və Şota Rustaveli adına Dövlət akademik teatrı yerləşir. Rustaveli prospekti eyniadlı abidədən başlayır və Azadlıq Meydanında başa çatır. Ağaclarla haşiyələnmiş propekt avropa prospektlərindən heç nəylə geri qalmır və burada gəzmək sizə böyük zövq verəcək.

Tbilisidə ən ucuz otellər