Hansı aylara aviabilet almaq daha sərfəlidir?

aviabiletlər

Bir çox aviabilet cədvəllərindən göründüyü kimi, Yeni il ərəfəsində və yay aylarında biletlər bir az baha olur. Bu dövrlərdə istirahət və tətil günlərinin sayı çox olduğu üçün, bir çoxları səyahət etməyə üz tutur. Turizm şirkətləri də, fürsətdən istifadə edərək, aviabiletlərin qiymətini xeyli artırırlar.

Əgər siz də, turizmin ən pik vaxtı hesab edilən aylarda istirahətə yollanmağa qərar versəniz, bu zaman çalışın daha az tanınan yerlərə üz tutasınız və tranzit reyslərdən istifadə edəsiniz.

Ümumiyyətlə, avia uçuşlar üçün ən sərfəli vaxt, payız aylarının ortaları hesab edilir. Bu zaman yay istirahəti mövsümü yenicə başa çatdığı üçün, turizm sahəsində də durğunluq yaranır. Fürsətdən istifadə edərək, yağışlı havalardan qurtulmaq və bir az isinmək üçün hər hansı bir isti ölkəyə üz tuta bilərsiniz.

Avia uçuşlar üçün daha bir “ucuz” dövr – erkən yaz hesab edilir. İnsanların çoxu vitamin çatışmazlığından əziyyət çəkərkən, bu aylarda hər hansı isti ölkəyə yollanıb bol enerji ala bilərsiniz.