Hindistan haqqında sizi təəccübləndirə biləcək 20 maraqlı fakt

Tajmahal in Agra, India

Hindistan – dünyada ən maraqlı ölkələrdən biridir ki, onun haqqında bir çoxlarının bilmədiyi xeyli maraqlı faktlar var.

Bu ölkə, öz qeyri-adi ənənələri, mədəniyyəti və görmələri yerlərin müxtəlifliyi ilə seçilir. Sizə Hindinstan haqqında bir neçə maraqlı fakt təqdim edirik.

  1. YUNESKO-nun 32-dən çox Ümumdünya irs obyekti Hindistanda yerləşir.
    Tac-mahal dünyanın ən məşhur yerlərindən biri olsada, Hindistanda YUNESKO-nun Dünya irsinə aid daha 31 obyekt var. Bura Racastan fortları, Şimladakı dağ dəmir yolları, Darcilinq və Nilqiri, ölkənin cənub-qərbindəki dağ zənciri, Benqaladakı Sundarban milli parkı və bir çox digər milli parklar və qoruqlar daxildir.
  2. Hindistanda dünyanın bütün iri dinləri mövcuddur.
    Baxmayaraq ki, ölkənin 80 %-i induizmə itaət edir, ölkədə xeyli sayda iri birliklərin və bütün dünya dinlərinin nümayəndələri yaşayır. Burada xristian icmasına və kilsəsinə, caynizm, buddizm və digər dinlərin nümayəndələrinə rast gəlmək olar.
  3. Dünyada ən çox sayda vegetarian – Hindistanda yaşayır.
    Bütün hindlilərin vegetarian olmamasına baxmayaraq, vegetarianlıq induizm ənənələrin və baxışlarının mühüm hissəsi sayılır. Hindlilərin təxminən 20 – 40 %-i vegetariandır ki, bunun sayəsində Hindistan dünyada ən iri vegetarian ölkə hesab edilir.
  4. Burada qəribə və qeyri-adi poçt şöbələrinə rast gəlmək mümkündür.
    Hindistanda dünyada ən iri poçt sistemi qurulub və burada poçt şöbələrini siz ən gözlənilməz və qeyri-adi yerlərdə tapa bilərsiniz. Məsələn, Kəşmirdə Dal gölündə su üzərində yerləşən poçt şöbəsinə rast gəlmək mümkündür.
  5. Varanasi – dünyanın ən qədim yaşayış məskənlərindən biridir.
    Müqəddəs Varanasi şəhəri ilk olaraq 3000 il bundan əvvəl Qanq çayının sahillərində yaranmışdır.
  6. Hindistan – dünyanın ikinci ən böyük ingilis dilli ölkəsidir.
    Burada ingilis dilində danışanların sayı ABŞ-dan bir az daha azdır. İngilis dili Hindistanın 22 rəsmi dilindən biri və hind dili ilə birlikdə hökumətin köməkçi rəsmi dili hesab edilir.
  7. Kumbh-Mela – hindlilərin ziyarət yeri və dünyada ən çox sayda insanların toplandığı yerdir.
  8. Hindistanda səhra boyunca pilləkanlı quyulara rast gəlmək mümkündür.
    Hindistanın şimali və qərbi hissəsinin quru iqliminə görə içməli suyu çox vaxt yerin altından çıxarmaq lazım gəlir.
  9. Burada siz ağaclardan olan körpülərə rast gələ bilərsiniz.
    Ağacların köklərindən və gövdəsindən olan bu körpülər təbiət tərəfindən 500 ildən artıq müddətə yaradılmışdır.
  10. Hindistanın 140-dan artıq ənənəvi desert növü var.
    Hind şirniyyatı çox şirin olur və adətən əridilmiş yağ, hil, darçın, zəfəran, kokos, gülab və qozdan hazırlanır.
  11. Dehlidəki Khari Baoli bazarı – dünyada ən böyük ədviyyat bazarı kimi tanınır.
    Bazar dörd əsrə yaxındır ki, mövcuddur və burada bütün məlum çərəzlərin, ədviyyatların, otların, quru meyvələrin, çay və digər inqrediyentlərin müxtəlif növləri satırlar.
  12. Hindistanda 6 fəsil mövcuddur.
    Hind təqviminə əsasən Hindistanda 6 mövsüm mövcuddur: yay, payız, qış, yaz, mussonların mövsümü və qışın başlanğıc mövsümü.