İspaniyanın ən yaxşı 9 çimərliyi

İspaniyanın ən yaxşı 9 çimərliyi

İsla Kanela, Uelva, Əndəlus

“Qəhvəyi ada” İspaniyanın Portuqaliya ilə sərhədinin keçdiyi mənzərəli Qvadiana çayının mənsəbində yerləşir. Avropa turistləri İspaniyanın Atlantik okeanı sahilində yerləşən 7 kilometrlik çimərliyin qızıl qumunu çox sevirlər.

Playa-de-Boloniya, Kadis, Əndəlus

Boloniya kəndindəki bu tənha Əndəlus çimərliyi sakitliyi sevən turistlər üçün ən yaxşı yerdir. Qızmar günəş, sakit dəniz və isti qum. Çılpaq qaralmaq istəyənlər çimərliyin cənub qurtaracağına gedə bilərlər.

Qulpiyuri çimərliyi, Asturiya

Bu qeyri-adi çimərlik Biskay körfəzinin sahilindən 100 metr aralı yerləşib və onunla yeraltı mağaralar şəbəkəsi ilə birləşib. Çimərliyin uzunluğu cəmi 40 metrdir və 3 tərəfdən gözəl mənzərəli qayalarla əhatələnib. Ona görə də burada dənizdi onu görmədən çimmək olar. Çimərliyə Santandera və ya Xixondan getmək mümkündür.

Playa de los Xenovezes, Almeriya

Gözəl və kimsəsiz “Genuyalılar çimərliyi” Aralıq dənizində yerləşən kiçik körfəzin sahilində yerləşir. Bu yer yoqa və meditasiya sevənlər üçün idealdır. Burada nə çimərlik kampaniyaları, nə bahalı otellər, nə də barlar var.

Kala de Sa Kalobra, Palma, Malyorka

Malyorkanın bu məşhur güşəsinə getmək belə artıq macəra doludur. Oraya ya qayıqla, ya da əyri-üyrü dağ yolu ilə getmək olar. Yolun öhdəsindən gələnlər üçün 2 əla çimərlik variantı var. Onlardan biri Sa Kalobra kəndinin yaxınlığında yerləşir. Son vaxtlar bu kurort turistlər arasında çox məşhur olmuşdur. Ona görə çimərliyə səhər tezdən getmək məsləhətdir.

Delta Ebro, Kataloniya

Bura elə yerdir ki, yerli əhaliyə çox da tanış olmasa da turistlər tərəfindən çox sevilir. Barselonadan 2 saatlıq yoldur. Çimərlikdə adam az olur və dalğaların səsini eşidərək qaralmaq istəyənlər üçün ideal yerdir.

Kala d’Alqaraens, Menorka

Kristal kimi təmiz firuzəyi su və ağ qumlu çimərlik d’Alqaraens körfəzini əsl ilahi gözəlliyə çevirir. Bu bölgədə tez-tez güclü külək əsir və ona görə də dalğalar çox olur. Körfəzin qərb sahilində balıq tutmaq üçün əla yer var və Menorka sakinləri tez-tez bura piknikə gəlirlər.

Mıs Trafalqar, Kadis, Əndəlus

İspaniyanın Atlantik okeanı sahilində, Cəbəllütariq boğazının yaxınlığında yerləşən Mıs Trafalqar vəhşi çimərlikləri və gözəl mənzərələri ilə məşhurdur. Qızıl qum, mavi okean və ağ mayak bu yeri çox romantik edir. İspan hökuməti buranı təbii park elan etsələr də insanlar buralarda çox azdır. Əndəlusda istirahətdəsinizsə buraya qaralmağa mütləq gəlin.

Playa de las Katedrales, Qalisiya

Playa de las Katedrales və ya “Kilsələr çimərliyi” İspaniyada təbiət abidəsi elan edilib. Bu unikal yerdəki sahilyanı qayalar dalğalarla kəsilmiş və çoxlu təbii mağara, buxta və arkalar yaranmışdır. Valehedici mənzərənin şahidi olmaq vaxtdan çox asılıdır. Belə ki, qabarma və çəkilmə hər gün landşaftı çox dəyişdirir.