İstanbul Hava Limanına necə getmək olar?

istanbul

Hava Limanı haradadır?

İstanbul Hava Limanı Avropa tərəfdə, Arnavutköy mahalının sərhədləri daxilindədir, Terkos gölünə yaxın olan Tayakadın yolunun üstündə yerləşir. Sabiha Gökçen Hava Limanı və Atatürk Hava Limanı Marmaraya, 3.İstanbul Hava Limanı isə Qara dəniz sahilinə daha yaxındır.

3-cü Hava Limanına şəxsi nəqliyyat vasitəsi ilə getmək

Ən qısa zamanda yeni Hava Limanına çatmağın yolu smartfonlardakı naviqasiya proqramlarıdır(tətbiqetmə). Lakin, bəzi naviqasiya tətbiqetmələrinə “Yeni Hava Limanı, 3-cü Hava Limanı” kimi ifadələr yazsanız, səhv ünvanlar tapa bilər. Bu səbəbdən də, hər bir proqramın doğru ünvan olaraq tanıdığı Hava Limanının tam ünvanını – “İmrahor məhəlləsi Ulubatlı Həsən küçəsi № 255 34283 Arnavutköy İstanbul”  daxil edərək, bu problemi həll etmək olar.

Şəxsi nəqliyyat vasitəsi ilə ölkənin müxtəlif ərazilərindən 3-cü Hava Limanına qədər olan məsafə

Avropa tərəfAnadolu tərəf
Avcılar – İstanbul Hava Limanı – 53 kmPendik – İstanbul Hava Limanı – 73 km
Taksim – İstanbul Hava Limanı – 40 kmKadıköy – İstanbul Hava Limanı – 52 km
Gayrettepe – İstanbul Hava Limanı – 38 kmÜsküdar – İstanbul Hava Limanı – 47 km
Levent – İstanbul Hava Limanı – 36 kmKavacık – İstanbul Hava Limanı – 42 km
Maslak – İstanbul Hava Limanı – 35 km

Parking xidməti

Şəxsi nəqliyyat vasitəsilə Hava Limanına daxil olduğunuz zaman parking xidməti ödənişlidir. 1 saatlıq ödəniş 2020-ci il qiymətlərinə görə 21 tl təşkil edir. Nəqliyyat vasitəniz daha uzun müddət burada qalacaqsa, 4,7,15 və ya 30 günlük abunəlik xidmətindən istifadə edə bilərsiniz. Abunəlik əməliyyatınızı parkingə daxil olduğunuz andan etibarən 1 saat ərzində ödəmə aparatları vasitəsilə həyata keçirməlisiniz.

İctimai nəqliyyat vasitəsilə İstanbul Hava Limanına getmək

Avtobus

İETT və HAVAIST avtobuslarından istifadə edərək Yeni Hava Limanına gedə bilərsiniz. İETT (İstanbul Elektrik Tramvay ve Tünel İşletmeleri)demək olar ki, günün hər saatında sərnişinlərə xidmət göstərir. Xidmət haqqı İstanbul bileti ilə 2 bilet qiymətini təşkil edir. HAVAIST nəqliyyat vasitəsi həftənin 7 günü, 24 saat ərzində 20 xətt və 65 dayanacaq, 150 avtobus üzrə xidmət göstərir. Havaçı Acıbadem, Aksaray, Ataköy, Halkalı Arenapark, Avcılar, Ayvansaray, Bahçeşehir, Bakırköy, Başakşehir, Beşiktaş, Beylükdüzü, Büyükçekmece, Çatalca, Çimentepe, Cumhuriyet məhəlləsi, Demirciler mərkəzi (Mall Off), Halkalı Station, Haramidere, Haramidere, Kadıköy, Kanuni Sultan Süleyman Şəhər Xəstəxanası, Kavacık, Konut Dərnəyi, Yenibosna, Avtovağzal, Pendik Stansiyası, Sabiha Gökçen, Şirinevler, Taksim, Tavşantepe Metrosu, Tepeüstü, Tepecik, TÜYAP, Ulubatlı, Yenikapı, Yenisahra, Zincirlikuyu ərazilərindən keçərək sərnişinlərə xidmət göstərir. HAVAIST xidmət haqqı ərazidən aslı olaraq 16 – 37 tl arası dəyişir.

Metro

3.Hava Limanına gedişi asanlaşdıracaq Gayrettepe – İstanbul Hava Limanı metrosu hələ ki, istifadə verilməyib. Bundan əlavə Halkalı – İstanbul Hava Limanı istiqamətində tikiləcək yeni metro stansiyasının 2020-ci ilin sonuna hazır olacağı planlaşdırılır.