Əgər bu günə qədər sərbəst səyahət etməmisinizsə artıq bunu etməyin tam zamanıdır. Çamadanlarınızı hazırlayın İstanbula yollanırıq.
Dil, din və mədəniyyət baxımından bizə yad olmayan bu şəhərə səyahət etməyiniz çətin olmayacaq. Sadəcə aviabilet və otel bron edərək, əzəmətli şəhərə yollana bilərsiniz. Biz isə öz növbəmizdə İstanbula sərbəst yollanmağınıza, haraları gəzməyinizə kömək etməyə çalışacayıq.
Qeyd edək ki, təklif edilən bu səyahət büdcəli turistlər üçün nəzərdə tutulub.
Sabiha Gökçen hava limanından şəhərin mərkəzinə tərəf getmək kifayət qədər uzaq olacağından (təxminən 1.5 saat), biz sizə İstanbula aviabilet alarkən Atatürk hava limanını seçməyinizi tövsiyə edirik. Atatürk hava limanına biletlər bir az baha olmasına baxmayaraq, ümumilikdə daha qazanclı çıxacaqsınız. Bakı – İstanbul ən ucuz aviabiletlər üçün klikləyin.
İstanbulda Otel
İstanbulda qalmaqla bağlı heç bir çətinlik çəkməyəcəksiniz. 150 m göy məsciddən aralıda yerləşən Hotel Novanoda qalmağınızı tövsiyə edirik. Oteldə normal Wi-Fi şəbəkəsi və səhər yeməyi təklif edilir. Aşağıdakı bölümdən gəliş və gediş tarixini qeyd edərək, bronlaya bilərsiniz
Ümumiyyətlə İstanbulda otellərin bir çoxunda aşağıdakı problemlərə rast gəlinir.
- Pis səs izolasiyası
- Kəsad səhər yeməyi
- Geniş olmayan otaqlar
Bu səbəbdən İstanbulda otel seçərkən diqqətli olmağınızı tövsiyə edirik.
1-ci gün
İlk gün Sultanahmet məscindini, Aya sofiyanı və Topkapını kənardan seyr etməyinizi tövsiyə edirik. Mütləq armudu stəkanda çay içərək, şəhərdən feyzyab almağa çalışın. İstanbulla ətraflı tanışlıq üçün iki mərtəbəli avtobuslardan istifadə edə bilərsiniz. Plan Tours-un təqdim etdiyi bu saat yarımlıq ekskursiya ilə ətraflı plantours.com saytından tanış ola bilərsiniz.
Avtobusla gəzintidən sonra Gülhane parkına baş çəkin. Çinar və palıd ağacları, fəvvarələr sizi valeh edəcəkdir. Parkda gəzintini yekunlaşıdırıb, Bosfor sahilində şam yeməyi edib, birinci günü tamamlaya bilərsiniz.
2-ci gün
Taksi və ya metro ilə Topkapı sarayına gedib, fəvvarə, qala, pavilion, Nusretie məscidi və İstanbul muasir incəsənət muzeyini seyr edin. Oradan piyada Taksim meydanına gedə bilərsiniz. Taksimdə köhnə İstanbul Tramvayına minə, daha sonra Istiqlal küçəsinə gedə bilərsiniz. Cənuba tərəf irəlilədikdə Galata körpüsünü görəcəksiniz.
Yaxınlıqda Fransa baş konsulluğu, Yunan kilsəsi, çiçək passajı və hətta Rusiya Federasiyasının da baş konsulluğu yerləşir.
Galata körpüsünə mütləq qalxmağınızı tövsiyə edirik. Oradan görüntü heyrətamizdir. Daha sonra arzu etsəniz aşağı enib, Pyotr və Pavel katolik klisəsinə baş çəkə bilərsiniz.
Kilsədən sonra qaldığınız otelə yollanıb, şam yeməyi yeyə və gecə işığında İstanbulu seyr edə bilərsiniz.
3-cü gün
“Hamam” Günü. İstanbulda olub, kapalı çarşıya getməmək olmaz. Kapalı çarşı, 65 küçədən ibarət ayrıca bir şəhərdir. Şəhərin mərkəzindən çox uzaqlıqda deyil. Metro ilə getsəniz Bəyazit stansiyasında enməyiniz lazımdır. Fəvvarə qarşısında (Havuzlu Locanta) nahar edin. Türk mətbəxinin çox nəfis yeməklərini orada dadacaqsınız. Qədim tük qəhvəxanası da (Sark Kahvesi) ziyarət olunmalı yerlərdəndir.
Bazardan sonra Bəyazit meydanında yerləşən İstanbul Universitetinə gedə bilərsiniz. Möhtəşəm yerdir. Bəyazit qalası, Məscidi və mavzoleyini görməyə dəyər.
Bu rayonda eyni zamanda Türk Hamamı yerləşir. Suleymanie Hamamı 16 əsrdən qalma hamamdır. Hansı ki, burada Sultan və sultanələr çimib. Burada Türk Hamamına girərək, özünüzü fərqli hiss edə bilərsiniz. Daha ətraflı veb saytlarından məlumat ala bilərsiniz. suleymaniyehamami.com.tr
Bonus
Son günü Topkapı sarayına həsr etmək lazımdır. Oteli məhz bu səbəbdən ora yaxın seçdik. Sarayı tələsmədən gəzmək üçün ən azı 4 saat lazımdır.
Sarayı tam gəzdikdən sonra İstanbulla sağollaşıb, hava limanına yollana bilərsiniz.