İstanbulun gəzməli və görməli yerləri

İstanbulun böyük ölçülü şəhər olmasına və qədim və zəngin tarixinə baxmayaraq, onun bütün əsas görməli yerləri yığcam formada yerləşir. Lakin butün bu yerləri siz çətin ki, bir-iki gün ərzində gəzib görə biləsiniz. Belə ki, qədim şəhərin atmosferi, istirahət və gəzintilər üçün gözəl şərait yaratdığından tələsməyə də ehtiyac qalmır.

Topqapı sarayı

Topqapı Sarayı uzun müddət Osmanlı hökmdarlarının əsas iqamətgahı funksiyasını yerinə yetirirdi. Bu gün isə bura İstanbulun məşhur yeri və muzeyidir.

Muzeyin geniş kolleksiyasına 65 mindən çox eksponat daxildir. Ziyarətçilər burada çini qablar, gümüş və zinyət əşyalarının, silahların gözəl kolleksiya ilə tanış ola bilərlər. Bundan başqa, burada qədim interyer əşyaları və digər nümunələr də təmsil olunurlar.

Topqapı sarayı kifayət qədər böyük ölçülərə malikdir ki, onu tam olaraq gəzmək üçün sizə bir neçə saat vaxt lazım olacaq.

  • Giriş biletinin qiyməti: 20 lirə (hərəmin ziyarəti üçün ayrıca ödəniş edilməlidir: 15 lirə).
  • İş vaxtı: Yayda hər gün saat 9:00-dan 19:00-dək, qışda saat 9:00-dan 16:00-dək.

Aya Sofya – Müqəddəs Sofiya Kilsəsi

Sözsüz ki, Aya Sofya İstanbulun ən məşhur yerlərindən biridir. 15-ci əsrə qədər bu kilsə xristianların müqəddəs yeri olub. Dövrümüzdə isə Sofiya kilsəsi zəngin kolleksiyası olan muzey kimi fəaliyyət göstərir. Binanın ölçüləri və onun tərtibatı istənilən insanı heyran edir. Yerli fikirlərə görə girişin qiyməti elə də ucuz deyil, amma buna baxmayaraq, ziyarətçilərin sayı kifayət qədər çoxdur. Kilsəni gəzmək üçün sizə orta hesabla saat yarım vaxt lazım olacaq. Qeyd etmək lazımdır ki, İstanbulda bazar ertəsi bir çox muzeylər işləmir ki, Aya-Sofya da istisna deyil.

  • Giriş biletinin qiyməti: 20 lirə.
  • İş vaxtı: 9:00-dan 17:00-dək.

Bazilik Sisterni – yeraltı su anbarı

Türkiyədə olduqda 532-ci ildə yunanlar tərəfindən tikilmiş yeraltı su anbarı olan “Bazilik Sisterni” ziyarət etmək imkanını qaçırmayın. Bundan əlavə kompleks “Yerəbatan Saray” adı kimi də tanınır. Bu iri su çəni quraqlıq və düşmən mühasirəsi zamanı bütün şəhəri su ilə təmin etməyə imkan verirdi. Burada həmişə qaranlıq və kifayət qədər sərindir, yeganə işıqlandırma – 336 qədim sütunu işıqlandıran lampalardır.

  • Giriş biletinin qiyməti: Xarici turistlər üçün 20 lirə.
  • İş vaxtı: 9:00-dan 19:00-dək.

Sultan Əhməd məscidi

Dəbdəbəli Göy məscid İstanbulun əsl simvolu sayılır. Məscidin özəlliyi – ənənəvi dörd minarə əvəzinə altı minarəsinin olmasıdır. Bu İstanbulun ən möhtəşəm və gözəl məscidlərindən biridir ki, öz memarlığının dəbdəbəsi və bəzəyi ilə insanları valeh edir.

Buranın həm də, vitraj şüşələri, dekorativ divar naxışları və zəngin bəzəkləridə yaxşı qalmışdır. Məscidin ziyarəti – səlbəstdir, binaya giriş məscidin yanında yerləşir. Vaxtaşırı Sultan Əhməd məscidi turistlərin girişi üçün bağlanır və burada namaz qılınır.

Məscidin iş vaxtı: 08:30-dan 12:45-dək, 14:00-dan 16:45-dək, 17:45-dən 18:30-dək, cümə günü isə 14:30-dan etibarən.

Sultan Əhməd Cıdır Meydanı

İstanbuldakı cıdır meydanı – Sultan Əhməd ərazisində yerləşən iki hissədən ibarətdir. Birinci hissə Aya Sofya kilsəsi və Mavi məscid arasında yerləşir, ikinci hissəsi isə elə cıdır meydanıdır. Burada Luksor şəhərindən gətirilmiş Misir obeliskini, alman fəvvarəsini və Konstatin obeliskini görmək mümkündür.

Dolmabaxça sarayı

Sizin ekskursiyanızda növbəti punkt mütləq Dolmabaxça sarayı olmalıdır. Gözəl saray avropa barokko üslubunda tikilib ki, onun tərtibatı isə xüsusi dəbdəbə ilə fərqlənir və bu ölkə üçün heç də səciyyəvi deil. Sarayın tikintisi və tərtibatı çox baha başa gəlib: təkcə binanın inşası üçün 5 milyon funt qızıldan istifadə edilib.

2007-ci ilə qədər saray muzey olub. İndi isə bura Türkiyənin baş nazirinin iqamətgahıdır. Bu səbəbdən sarayın yalnız bəzi zalları turistlərin ziyarəti üçün açıqdır.

İş vaxtı: 9:00-dan 16:00-dək.

Süleymaniyə məscidi

Sinanın bu möhtəşəm əsəri öz gözəlliyi ilə Sultan Əhməd məscidindən geri qalmır. Bəziləri Sultan Əhməd məscidindən gözəl yer tanımır, digərləri isə Süleymaniyənin ən gözəl məscid olduğunu hesab edirlər. İstənilən halda, hər iki müqəddəs yeri ziyarət etmək lazımdır. Məscidlərə giriş səlbəstdir, lakin namaz vaxtları məscidlər ibadət üçün turistlərin ziyarətinə bağlanılırlar.

İş vaxtı: 08:30-12:30, 13:45-15:45, 17:30-18:30.

İstanbula aviabiletlər üçün keçidi klikləyin.

İstanbulda otellər

Sizə maraqlı və xoş istirahətlər arzu edirik!