Kasıb turistlər üçün dünyanın ən yaxşı 5 şəhəri

Turistlər üçün sutkalıq xərci ən aşağı olan dünyanın 5 şəhəri. Bu şəhərlər təkcə ucuz deyil, həm də çox gözəldir.

1. Çianqmay, Tailand

Yaşıllığa qərq olan şəhər — bir günə 17,18 € (~34 AZN)

  • Ucuz hostel: bir gecəsi 2,5–3,1 € (5–6 AZN).
  • Ucuz restoran və ya kafedə nahar: ortalama 1,27 € (2,5 AZN).
  • Şəhər nəqliyyatı: 0,51 € (1 AZN), taksi — 0,94 € (2 AZN).

Çianqmayda hara getmək olar?

Şəhərin görməli yerləri – məbədlərdir: qədim və müasir, yeraltı, dağıdılmış, alçaq yerlərdə və dağ başında, qızıl və ağacdan məbədlər. Canlı təbiət həvəskarları daha çox sevinəcəklər – şəhərdə çoxlu park, bağ və gözəl şəlalələr var. Köhnə şəhərin dar küçələrində keçmiş dövrün atmosferi hökmranlıq edir. San Kampaenq parkında olan müalicəvi qaynar bulaqları da yaddan çıxartmayın. Dağda yerləşən Doy Suthel milli parkına funikulyorla qalxın. Oradan bütün Çianqmay görünür.

2. Qahirə, Misir

Canlı, koloritli, yuxusuz şəhər — bir günə 17,16 € (~34 AZN)

  • Ucuz hostel: bir gecəsi 4,27–6,98 € (9–14 AZN).
  • Ucuz restoran və ya kafedə nahar: ortalama 2.86 € (6 AZN).
  • Şəhər nəqliyyatı: 0,10 € (20 qəp), taksi — 0,21 € (50 qəp).

Qahirədə hara getmək olar?

İlk növbədə Cizə platosundakı piramidaların gecə tamaşasını ziyarət etmək, Sfinksin necə “canlandığını” görmək lazımdır. Qahirə muzeyi bu ölkənin bütün qədimliyinin əsas saxlanma yeridir. Gecələr Nil çayının sahilindən Gezira adasına aparan Təhrir körpüsünə doğru gəzin. Qahirənin Xan əl-Xəlili gecə bazarı sizi tamamilə başqa şəhərdə və dövrdə hiss etdirəcək.

3. Xoşimin, Vyetnam

Daim hərəkətdə olan meqapolis — bir günə 16,84 € (~34 AZN)

  • Ucuz hostel: bir gecəsi 3,37–4,46 € (7–9 AZN).
  • Ucuz restoran və ya kafedə nahar: ortalama 1,48 € (3 AZN).
  • Şəhər nəqliyyatı: 0,19 € (40 qəp), taksi — 0,45 € (90 qəp).

Xoşimində hara getmək olar?

Qara ledi dağı yerli əhalinin rəngarəng dini bayramların keçirilməsi üçün ən çox sevdiyi yerdir. Yenidən birləşmə sarayı Vyetnamın birliyinin simvolu olan tarixi binadır. 23 sentyabr parkı nəhəng meqapolisdə kiçik meşədir, orada siz yaxşı istirahət edə bilərsiniz. Kuti tuneli müharibə illərində əllə qazılan bütöv bir yeraltı kənddir. Onun şaxələnmiş labirintləri yer altında 187 km-ə qədər uzanır. Mekonq çayının deltasında qayıqlar üzərində böyük üzən bazar da görməli yerlərdəndir.

4. Hanoy, Vyetnam

«Uçan əjdaha şəhəri» — bir günə 16,78 €  (~34 AZN)

  • Ucuz hostel: bir gecəsi 2,93–4,4 € (6–9 AZN).
  • Ucuz restoran və ya kafedə nahar: ortalama 1,48 € (3 AZN).
  • Şəhər nəqliyyatı: 0,26 € (50 qəp), taksi — 0,37 € (80 qəp).

Hanoyda hara getmək olar?

 

Hanoy şəhərinin məbəd və parklarını piyada və ya velosipedlə gəzmək olar. Qayıq götürün və Halonq buxtasında adalara, kiçik qayalara, sıldırımlara və mağaralara baxın. Buxtanın adı “əjdahanın dənizə düşdüyü yer” kimi tərcümə olunur. Hoankyem gölünün ətrafında gəzin və Tısbağalar məbədi haqqında yerli əfsanəyə qulaq asın. Notr-Dam de Pari kilsəsinin kopiyasına baxın. Su ilə hasarlanmış Köhnə şəhərin dar küçələrində itin.

5. Pokxara, Nepal

 

Dağlar arasında itən şəhər – bir günə 16,36 € (~33 AZN)

  • Ucuz hostel: bir gecəsi 3,38–7,33 € (7–15 AZN).
  • Ucuz restoran və ya kafedə nahar: ortalama 1,62 € (3,3 AZN).
  • Şəhər nəqliyyatı: 0,18 € (40 qəp), taksi — 2,02 € (4 AZN).

Pokxarada hara getmək olar?

Feva gölündəki kiçik ada zəif dumanla örtülmüş ətraf təpələrin səssizliyi və gözəlliyindən həzz almağa imkan verəcək. Dibi görünməyən dərin mağaraya tökülən Devis şəlaləsinə baxıb zövq alın. Daha sonra şəlaləyə aşağıdan – qayadakı dar yarıqdan baxmaq üçün dolama pilləkənlə Maxadev mağarasına düşün. Günəşin çıxmasını Saranqkot zirvəsində qarşılayın. Orada Himalay dağlarına əsrarəngiz mənzərə açılır.

7. Related