1. Şəhər mərkəzindən xeyli uzaqda yerləşən hava limanlarından istifadə olunur (bəzən hətta 50 km-dən uzaq) . Şəhərdən kənarda yerləşən hava limanlarında təyyarələr daha aşağı qiymətə xidmət olunduğu üçün, loukost tipli aviaşirkətlər onlara daha çox üstünlük verir.
  2. Uçuş tarixinin dəyişdirilməsi prosedurunun mürəkkəb olması. Təcrübə göstərir ki, mövcud aviabiletin şərtlərinin dəyişdirilməsi yeni bilet almaqdan daha çətindir. Artıq əldə edilmiş biletə istənilən dəyişikliklərin edilməsi zamanı iri məbləğdə cərimələr nəzərdə tutulur.
  3. Rahat deyil. Ucuz aviadaşıyıcılarının bütün təyyarələri ekonom-sinifə aiddir. Burada rahat açılan oturacaqlar, isti örtüklər gözləməyə dəyməz. Bundan əlavə oturacaqlar bir-birinə çox sıx yerləşdiyi üçün bir neçə saat davam edəcək reyslərdə sərnişinlər narahat olur.
  4. Ödənişli xidmətlər. Yemək və içkilər biletlərin qiymətinə daxil olmadığı üçün, adi mineral sudan başqa qida məhsulları üçün əlavə ödəniş tələb edilir. Buna baxmayaraq, loukosterlərin menyuları da çox sadədir. Belə ki, burada siz yalnız yüngül atışdırmalar, kruassanlar, şokolad və kekslər əldə edə bilərsiniz.
  5. Aşağı xidmət. Loukosterlərdə siz televizor və ya fərdi oyunlara, kitab və ya jurnallara və digər əyləncə növlərinə rast gəlməyəcəksiniz.
  6. Yük üçün əlavə ödəniş. Loukosterlər yalnız kiçik əl yükünün keçirilməsinə icazə verir, qalan baqaj üçün isə ayrıca ödəniş tələb edilir. Bəzən elə olur ki, baqajın daşınması üçün edilən ödəniş aviabiletin qiymətindən daha yüksək olur.
  7. Reyslərə internet vasitəsilə qeydiyyat. Hava limanında adi qeydiyyat artıq ödənişli xidmət hesab edilir.
  8. Aviabiletlərin bron edilməsi zamanı diqqətli olun. Loukosterlərin reyslərində biletlərə bəzən avtomatik olaraq bir sıra ödənişli xidmətlər daxil olur ki, bron zamanı həmin xidmətlərdən istifadə etməyəcəyiniz halda onları siyahıdan çıxartmaq lazımdır.