May ayında keçiriləcək 5 maraqlı festival

Baharın son ayı, yayın isə xəbərçisi olan May ayı bir çox səyahətçilər üçün hava şəraitinə və uyğun qiymətlərə görə fürsətlər ayıdır qeyd etsək yəqin ki, yanılmarıq. Hər ay dünyada müxtəlif festivalların keçirildiyini və eyni zamanda bu ayın səyahət üçün bütün əlverişli imkanlar yaratdığını nəzərə alsaq, həm ucuz aviabiletlər, həm də sezon əvvəli olduğu üçün ucuz otellər tapmaq, səyahətçilər üçün çətin olmayacaqdır.

Mayın ən maraqlı 5 festivalı

7. Bun Bang Fai Roket Festivali, 5 – 9 May, Tailand

Cənub-şərqi Asiyanın iki fəsildən ibarət olduğunu desək yanılmarıq. Hər iki mövsümdə də temperatur təxminən eyni səviyyədə olduğu üçün, bu iki fəsili külək və yağışın daha az olduğu “quru mövsüm” ilə; Küləyin şiddətləndiyi, musson yağışlarının tez-tez yağdığı “yaş mövsüm” kimi adlandırmaq olar.

Tailandda, bu festival quru mövsümün bitib yaş mövsümə keçilməsi, toxumlardan səmərəli biçin əldə edilməsi üçün aparılan çox qədim bir ritualdır.

Daha çox Tailandın Yasothon bölgəsində həyata keçirilən bu festivalın ən cəlbedici amillərindən biri isə partladılan raketlərdir. Raketlər yüksəkliyə qalxaraq, unudulmaz vizuallıqla gözəl mənzərə təşkil edirlər.

6. Sanja Matsuri Festivalı, 19 – 21 May, Yaponiya

Sanja Matsuri, mini məbədlərin çiyinlərdə daşınaraq töküldüyü çox rəngli Tokio festivalıdır. Hər il, may ayının 3-cu cümə günündən bazar gününə qədər davam edən festival, şintoizm-ə inananlar üçün xüsusi əhəmiyyətə malikdir.

Yüzlərlə mini məbəd Azakusa Məbədində görüşür; Sonra şəhərin küçələrinə konvoy yaradılacaq şəkildə dağılırlar. 3 günlük festival boyunca yürüşlər, şənliklər, “Binzasara Mai” adlı xüsusi rəqslər və çox daha rəngli görüntü festivala damğasını vurur.

5. Müqəddəs Musiqilər Festivalı, 12 – 20 May, Mərakeş

2017-ci ildə 23-cü dəfə keçiriləcək Müqəddəs Musiqilər Festivalı, sehrli Mərakeşin ən gözəl şəhərlərindən Fezin-in ən rəngli fəaliyyətlərindən biridir. Medina da qədim şəhərdəki xüsusi proqramlar başda olmaqla, şəhərin müxtəlif yerlərində keçirilən xüsusi tədbirlər və dinləti-lər festivalı şəhəri, dünyanın cazibə mərkəzinə çevirir.

Dünyanın bir çox fərqli artist və qruplarına bu festivalda rast gəlmək mümkündür .

4. Coopers Hil Pendir Yuvarlama Festivalı, 30 May, İngiltərə

Dünya ən məşhur çılğın festivallardan biri heç şübhəsiz ki, Coopers Hil Pendir Yuvarlama Festivalıdır. İngiltərədə Gloucestershireda təşkil olunan festival hər il minlərlə tamaşaçı və onlarla iştirakçıyla davam etdirilir. Cooper Təpəsindən aşağı buraxılan bir təkər pendiri tutmaq üçün arxasıyca düşən iştirakçıların mübarizəsinə səhnə olan festivalda dik yamac səbəbli ilə yıxılma və mayallaq aşmalar, festivala xüsusi rəng qatır.

3. Hoi An Fənər Festivalı, 9 May, Vetnam

Vetnamın ən gözəl şəhərlərindən biri olan Hoi An-da gecə keçirən fənər festivalı dünyanın diqqətini çəkməyi davam etdirir. Köhnə şəhərdə bütün elelktrikli işıq mənbələrinin söndürdüldüyü festivalda şamlar və fənərlərlə işıq təmin olunur. Vetnamlılar əcdadlarına hörmətlərini göstərmək üçün meyvə və çiçək təqdim edib, evlərdə və iş yerlərində bərəkətli il keçirmək üçün saxta pullar yandırırlar.

Hər ay fərqli tarixlərə uyğun gələn Hoi An Fənər Festivalı, bu il 9 May axşamı keçiriləcək.

1. Related