Moskvadan Azərbaycanın regionlarına birbaşa reyslər olacaq – QİYMƏT

Martın 15-dən etibarən “Azərbaycan Hava Yolları”-nın “AZALJET” brendi Moskvanın “Vnukovo” hava limanından Azərbaycanın regionlarına – Gəncə və Qəbələyə müntəzəm reyslər yerinə yetirməyə başlayır.

Turizm.fins.az xəbər verir ki, ilk Moskva-Gəncə reysininin yerinə yetirilməsi münasibətilə bu gün AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və “Vnukovo” hava limanının baş direktoru Vasili Aleksandrovun iştirakı ilə tədbir keçirilib.

Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri Airbus A320 təyyarələri ilə yerinə yetiriləcək.

Hazırda “Azərbaycan Hava Yolları” Rusiyanın dörd şəhərinə müntəzəm reyslər həyata keçirir: “Vnukovo” hava limanı ilə yanaşı, AZALJET Moskva “Domodedovo” hava limanına, Sankt-Peterburq (“Pulkovo”), Mineralnie Vodı və Kazana reyslər yerinə yetirir. Həmçinin Gəncədən Sankt-Peterburqa müntəzəm aviareys həyata keçirilir.

Aviabiletlərin qiymətləri bir istiqamətə 49 avrodan başlayır. Reyslər çərçivəsində çəki konsepsiyası tətbiq olunacaq – baqajın daşınma qiyməti hər kiloqram üçün 2 avro təşkil edəcək.

Aviabiletləri aybilet.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

Moskvadan – Azərbaycana uçuşlar

Hara UÇUŞ TARİXİ DÖNÜŞ TARİXİ AVİAŞİRKƏT QİYMƏT

Нижний Новгород

22.08.2020

26.08.2020

Билеты от 27

Ярославль

14.09.2020

18.09.2020

Билеты от 27

Ижевск

15.10.2020

20.10.2020

Билеты от 42

Элиста

13.10.2020

22.10.2020

Билеты от 45

Дебрецен

08.11.2020

15.11.2020

Билеты от 47

Назрань

18.09.2020

25.09.2020

Билеты от 48

Адлер

10.11.2020

12.11.2020

Билеты от 59

Геленджик

14.09.2020

28.09.2020

Билеты от 62

Астрахань

21.01.2021

25.01.2021

Билеты от 63

Чебоксары

03.10.2020

13.10.2020

Билеты от 63

Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan keçə bilər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

Mənbə: Turizm.fins.az