Niyə uçuş zamanı buz istəmək olmaz və digər kirli sirlər haqqında

Bəzi şeylər var ki, aviaşirkətlərin, otellərin və avtoservislərin əməkdaşları heç vaxt həmin şeyləri sizə deməzlər. Amma biz onları sizin üçün öyrənmişik.

Təyyarə bortunda buz istəməyin

Anonim bort bələdçi təyyarədə olan təmizlik haqqında belə demişdir: “Təyyarədə butulkada olmayan içki içmək çox da yaxşı ideya deyil. Çalışın içkiyə buz atmayın, kofe, çay və ya qaynar su içməyin, qorunmamış dəri ilə tualetdə heç nəyə toxunmayın. Təyyarədə olan hər bir səthə gündə yüzlərlə insan toxunur və bu səthlər gec-gec dezinfeksiya edilir. İçkiləri təqdim edərkən bizim əllərimizi yumağa belə imkanımız olmur”.

Su təmiz ola bilər, amma əllər və bort bələdçisinin avadanlığı təmiz olmaya da bilər.

“İçki süzmək üçün kreslolara, koka-kolaya, arabama toxunuram və eyni zamanda buz parçalarını da içkiyə salıram”, – stüardessa yazır. “Əlim, toxunduğum yerlərdən bütün bu mikrobları götürür, sonra isə sərnişinlərə yenidən buz parçaları təklif etmək üçün onları buz qabına salır”.

Bəzi tədqiqatlar təsdiq edib ki, təyyarə bortundakı suda bakteriyalar var.

Otellərdə olan ədyallar həmişə dəyişilmir

“Mən mehmanxanada işləyirdim və biz mələfə və yastıq üzlərini hər qonaq üçün yusaq da, ədyal və örtüklər kənarda qalırdı”, – keçmiş mehmanxana işçisi yazır. “Onları ildə cəmi 2 dəfə yuyurdular – bir dəfə yazda və bir dəfə payızda”. Daha bir keçmiş otel işçisi qeyd edir: “Biz ədyalları açıq-aşkar çirkli olmayınca yumurduq, çünki cəmi bir neçə ehtiyat ədyalımız var idi və onlar da çox pis vəziyyətdə idi”.

Bəzi mehmanxanalarda təmizlikçilər çarpayını sadəcə sahmana salırlar. Onlar xırda zibilləri təmizləyir və ədyalları elə hamarlaşdırırlar ki, onlar yeni kimi görünsün. Özü də bu, yaxşı menecerlərin əksəriyyətinin diqqət yetirdiyi vacib məsələdir və işçini keyfiyyətsiz təmizlik zamanı tutsalar qova bilərlər.

Travelmath.com onlayn-kalkulyatoru 9 tədqiqatçıdan ibarət komandanı mehmanxana otaqlarındakı bakteriyaları incələmək üçün 36 müxtəlif otelə göndərib. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, otelin orta səviyyəli otağı evdən, təyyarədən və hətta məktəbdən də çirklidir. Onlar vanna, uzaqdan idarəetmə pultu, stol və telefondakı təmizliyi yoxlayıblar. Xoşbəxtlikdən yoxlanılan səthləri mələfədən fərqli olaraq asanlıqla dezinfeksiya etmək olar.