Nyu Yorkda 10 pulsuz əyləncə

Nyu York

Nyu York – dünyada, xüsusilə də turistlər üçün heç də ucuz şəhər deyil. Muzeylərdən tutmuş suvenir mağazalarına qədər burada hər kəs turistlərin hesabına pul qazanır. Xoşbəxtlikdən, Nyu Yorkda ödənişsiz əyləncələr də tapmaq mümkündür.

Amerika hindularının milli muzeyi Burada siz bir vaxtlar Amerika dağlarında və düzənliklərində yaşayan sənətkarların əl işləri, sənət əsərləri, arxiv fotoşəkilləri və tematik sərgilər haqqında məlumatlar alacaqsınız. Muzey həftənin yeddi günü fəaliyyət göstərir və yalnız Milad Bayramında bağlanılır.

Steyten-aylenddəki bərə Azadlıq Heykəlinə səfər zamanı Manxetten və Steyten-aylendi birləşdirən nəhəng narıncı bərədən istifadə edərək su gəzintisinə 20-50 dollar qənaət edə bilərsiniz. Yaxşı olar ki, səfər üçün sıxlıq olmayan iş saatlarını seçəsiniz. Məlumat cədvəlini bərənin rəsmi saytından tapa bilərsiniz

FIT muzeyi

FIT muzeyi – kostyumların tarixinə, gənc amerikalı dizaynerlərinin yeni kolleksiyalarına, məşhurların qarderobuna və vintaj geyimlərə həsr edilmiş iri sərgi salonudur. Uzun illərdir ki, muzey ödənişsiz fəaliyyət göstərir. Burada həmçinin sərgilər və master-klasslar da təşkil edilir.

Yuniyon-skverdəki mövsümi yarmarkalar

Yuniyon-skverin cənub hissəsində bayramqabağı müxtəlif əşyalar satılan yarmakalar açılır. Buradan heç nə almasınız belə, baxmaq sizin üçün maraqlı olacaq. Bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri meydanın şimal hissəsində “yaşıl bazar” fəaliyyətə başlayır ki, burada fermerlər ekoloji təmiz məhsullar satır.

Yazıçılarla görüş

Manxettenin kitab mağazalarında yazıçılarla görüşlər, poetik və imza günləri keçirilir. Bütün bu tədbirlərə giriş ödənişsizdir.

Brayant parkda konsertlər

Brayant parkda  bütün isti mövsümün istirahət günləri canlı konsertlər keçirilir. İstənilən nyuyork parklarında olduğu kimi, burada əyləşmək üçün oturacaqlar və masalar var, bundan başqa siz musiqini yaxınlıqda olan kitabxananın bağçasında uzanaraq dinləyə bilərsiniz.

Sony Vonder laboratoriyası Sony Vonder laboratoriyasında ən son texnologiyalarla tanış olmaq olar: sensor divarlar, nanotexnologiyalar, cərrahiyyə əməliyyatlarının simulyatorları, idarə olunan robotlar və s.
Ziyarətçilər bu möcüzələrə həm baxa, həm də toxuna bilərlər. Bundan başqa hər kəs öz xüsusi cizgi filmini və ya video oyununu yarada bilər. Laboratoriyadakı tədbirlərin cədvəli barədə rəsmi saytdan məlumat tapmaq mümkündür.

Məşhur TV şouda iştirak
Xarici turistlər bu əyləncəyə yalnız ingilis dilini mükəmməl səviyyədə bildikləri halda qatıla bilərlər. Burada siz “Milyonçu” proqramından tutmuş digər şoularda da iştirak edə bilərsiniz. Bütün çəkilişlərə buraxılış vərəqələrinin alınması şərtləri NyuYork üzrə bələdçi saytda toplanılıb.

Federal ehtiyat bankı
Sanballı maliyyə müəssisəsi ziyarətçiləri gündə bir neçə dəfə qəbul edir. Ekskursiya rəhbəri maliyyə bazarlarının fəaliyyəti barədə məlumat verir, bankın daxili otaqlarını göstərir. Ödənişsiz ekskursiyaya qatılmaq üçün bankın saytından əvvəlcədən qeydiyyatdan keçmək lazımdır.

Qayıqda gəzinti
İsti aylarda Nyu Yorkda qayıq gəzintisinə çıxmaq olar. Canlı növbəyə əsasən üzməyi bacaran hər kəsə qayıqlar, xilasetmə gödəkcələri və avadanlıqlar tam pulsuz verilir. Lakin xidmətdən cəmi 20 dəqiqə ərzində istifadə etmək mümkündür. Vaxt tamam olduqdan sonra sahilə qayıdıb bütün ləvazimatları növbəti iştirakçıya təqdim etmək lazım olacaq. Təlim və idman tədbirləri haqqında bütün məlumatlar Dauntaun qayıq mərkəzinin rəsmi saytında yer alır.