Onlayn aviabilet alışı

Müasir dövrdə elektron aviabiletlər almaqla pulunuza və vaxtınıza kifayət qədər qənaət edə bilərsiniz. Ən ucuz biletlər daha çox çərşənbə axşamı, çərşənbə və cümə axşamı olan uçuşlar üçün təklif olunur, çünki adətən bu günlərdə səyahət etmək istəyənlərin sayı daha az olur.

Aviabilet almaq üçün getmək istədiyiniz istiqaməti seçib, axtarış edin.

Elektron bilet almaq üçün, sərnişin ilk növbədə sayta daxil olaraq uçuş tarixini və gedəcəyi yeri seçməlidir. Daha sonra şəxsi məlumatlar üçün xüsusi anket formasını doldurmaq lazımdır. Bu  məqamda daxil edilən məlumatlar diqqətlə yoxlanılmalıdır, çünki bir səhv belə sərnişinin uçuşa buraxılmamasına səbəb ola bilər. Elektron bileti əldə etdikdən sonra sərnişinin e-mail ünvanına bu haqda məlumat göndərilir.

Diqqət! Bilet aldıqdan sonra elektron ünvanınızı mütəmadi olaraq yoxlamaq tövsiyə olunur, çünki uçuşun şərtlərində hər hansı bir dəyişiklik olarsa bu haqda məlumat sizin elektron ünvanınıza göndəriləcək. Əgər baş vermiş dəyişikliklər sərnişini qane etməzsə, bu zaman o biletin dəyərini tam olaraq qaytara bilər.

Bilet alışı ilə şəxsən özü məşğul olmaq istəməyənlər, elektron biletlərin alışı ilə məşğul olan xüsusi qurumların xidmətlərindən də istifadə edə bilərlər.

Biletləri aldıqdan və uçuş üçün qeydiyyatdan keçdikdən sonra onları kağız formasında çap etmək mümkündür. Lakin təyyarəyə qeydiyyat üçün elektron biletləri çap etmək zəruri deyil, çünki sərnişin haqqında məlumat vahid elektron bazaya daxil edildiyi üçün hava limanında qeydiyyat üçün yalnız xarici pasport tələb olunur.

Ucuz aviabilet almaq qaydası