Otellərdə heç vaxt bilməyəcəyiniz 13 gizli xərc

Otellərdə heç vaxt bilməyəcəyiniz 13 gizli xərc

Dəbdəbəli oteldə otaq sifariş etsəniz də, hər xırda şeyə görə əlavə pul ödəməli olmağınız sizi məyus edə bilər. Bu dəfə söhbət bəzən hesaba daxil olan mənasız komissiyalardan gedəcək.

Seyf pulu

Ən yaxşı otellərin nömrələrində adətən pul, sənəd, qiymətli əşyalar və ya smartfonların saxlanması üçün mini-seyflər olur. Bəzi otellər istifadə edib etməyəcəyinizdən asılı olmayaraq otaqda seyfin olmasına görə gündəlik 1-5 dollar pul alırlar.

Heyvan pulu

Otel otağında ev heyvanlarının saxlanmasına görə əlavə pul anlaşılandır. Bu zaman əlavə avadanlıq və təmizlik işləri tələb olunur. Amma bəzi hallarda bu xidmətə görə 50-150 dollar ödəmək lazım gəlir. Otelə sevimli ev heyvanınızla getməyi planlaşdırırsınızsa əvvəlcədən qiyməti dəqiqləşdirin ki, yerində əlavə pul ödədikdə məyus olmayasınız.

Qəzet pulu

Çap məhsullarının çoxdan ləğv olunduğunu düşünürsünüzsə yanılırsınız. Onların bəziləri hələ də yaxşı pullar qazanır. Məsələn, Hilton otelləri şəbəkəsi USA Today qəzetinə görə 75 sent alır. Bu, müştərilərdən birinin xoşuna gəlməyib və o, oteli məhkəməyə verib. Məlum olub ki, otellər şəbəkəsi bu qəzetə görə əlavə 41 milyon dollar qazanır. Bu xidmət sizə lazım deyilsə ondan imtina edə bilərsiniz.

Kurort pulu

Kurort pulu nadir hallarda gizlədilir, amma iki formada ola bilir: dövlət və ya otel. Birinci halda xərclər şəhərin və ya ölkənin büdcəsindən qarşılanır. İkincidə isə kurortda qalmaq qiymətindən əlavə basseyndən, çimərlikdən istifadə və s. kimi əlavə ödənişlər tələb olunur. Hər hansı xidmətdən istifadə etməyəcəksinizsə imtina edə bilərsiniz.

İnternet pulu

Otellərin çoxu pulsuz wi-fi təklif etsə də, əvvəlki kimi bu xidmətə görə gündəlik 10-30 dollar alanlar da var. Səyahət edənlər pulsuz internet təklif olunan fastfud şəbəkələrində və ya ictimai yerlərdə wi-fidan istifadə edərək qənaət edə bilərlər.

Baqajın saxlanmasına görə pul

Siz otelə orada məskunlaşmazdan əvvəl gələ və ya otağı təhvil verdikdən bir neçə saat sonra gedə bilərsiniz. Belə hallarda baqajın saxlanması xidməti əvəzedilməzdir. Kimisi bu xidməti pulsuz təklif edir, kimisi isə çamadanların saxlanılmasına görə 5 dollar alır.

Daha bir adama görə əlavə pul

Tutaq ki, böyük çarpayılı bir yerlik otaq sifariş etmisiniz. Həyat yoldaşınızın planları dəyişildi və o, gəzintidə sizə qoşulmağa qərar verdi. Otelə gələndə isə əlavə çarpayı tələb olunmasa da ikinci adamın yerləşməsinə görə artıq pul odəməlisiniz.

Kondisioner pulu

Bu ödəniş növü isti ölkələrdə və ya adalarda tez-tez tətbiq olunur. Səbəb elektrikin qiymətinin yüksək olmasındadır. Kondisionerdən istifadə baha başa gəlir, ona görə də kondisionerə görə əlavə pul tələb olunur. İstiyə dözümünüz varsa kondisionerdən imtina edə bilərsiniz.

Soyuducu pulu

Belə ödəniş İspaniyada var. Orada mini-soyuducuya görə gündəlik 4 avro ödəmək lazımdır. Soyuducu mağazadan aldığınız məhsulları saxlamağa və restoranlarda qənaət etməyə imkan verir.

Çimərlik dəsmalı pulu

Otelin basseyn və ya çimərliyi varsa elə oradaca çimərlik dəsmalı götürmək olar. Kimisi buna görə kiçik miqdarda pul, kimisi isə qaytarmağa zəmanət qismində depozit alır. Özünüzlə dəsmal gətirmisinizsə qənaət edəcəksiniz.

İşıq pulu

Bəli, sizi işığı tez söndürməyə və elektrik avadanlıqlarından az istifadə etməyə məcbur edən otellər var. Elektrikdən istifadəyə görə ayrıca ödəməlisiniz. Xoşbəxtlikdən, belə otellər azdır.

Yataq ağları pulu

Belə ödəniş çox vaxt apart-otellərdə olur. Onlarda əvvəlcə verilən hesaba daxil olmayan çoxlu əlavə xidmətlər var.

Tualet kağızı pulu

Əlbəttə ki, otaqda tualet kağızının pulsuz olması normaldır. Amma Braziliyanın bəzi otelləri tualet kağızına görə əlavə pul alırlar. Tualet kağızına bir neçə dollar xərcləməli və ya yaxın mağazadan özünüz almalısız.

Otellərin qiyməti