Aybilet.az logo
Search
Close this search box.

Overbooking nədir?

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

Bəzən daha çox qazanc əldə etmək üçün aviaşirkətlərin hiylə və məkri “Overbooking” adlanan məqama gətirib çıxarır ki, bu da, təyyarənin salonunda mövcud yerlərdən daha çox aviabilet satışı zamanı yaranır. Aşağıda belə halların nə üçün baş verməsi və bu zaman özünüzü necə aparmağınız barədə məlumat verilir.

Statistika göstərir ki, adətən aviareyslərə bir neçə sərnişin gəlmir. Bu müxtəlif səbəblərdən baş verir ki, bəzən insanlar şəxsi işləri üzündən uçuşdan imtina edir və ya sadəcə reysə gecikirlər. Təyyarənin göyərtəsində mümkün qədər az sayda boş yerlərin qalması üçün, aviaşirkətlər mövcud yerlərdən bir az daha çox aviabilet satırlar və bəzən bu səbəbdən öz gözləntilərində yanılırlar.

Səyahət edəcəyiniz uçuş tarixini seçib, axtar düyməsini sıxın

[tp_search_shortcodes slug=”1a1b9da9″ origin=”BAK” destination=”IST” hotel_city=”Istanbul, Turkey, 4293, 2764, city, Turkey” type=”avia_hotel” subid=”2006″]

“Planlaşdırılmış” Overbookingdən başqa, təsadüfi hallarda olur. Məsələn, təyyarədə yaranmış nasazlığa görə şirkət bütün sərnişinləri digər reyslərə “yerləşdirmək” məcburiyyətində qalır.

Aviaşirkətlər bu problemləri müxtəlif cür həll edirlər. İstənilən halda sərnişinlər də nəyə iddia edə biləcəkləri barədə məlumatlı olmalıdırlar.

Ümumiyyətlə, yer çatışmamazlığına görə daşınmadan imtina edilən sərnişinin, aviaşirkətin günahı üzündən yaranmış bütün xərclərin dəyərinin tam kompensasiyasını tələb etmə hüququ var. (Bu xərcləri sənədlərlə əsaslandırmaq lazımdır). Kompensasiyanın məbləği hava limanında keçirilmiş gözləmə vaxtından asılı olur.

Ümumi tariflər:

Avropa Birliyində qeydiyyata alınmış və AB ərazisində yerləşən hava limanlarından uçuşlar edən bütün aviaşirkətlər tərəfindən ödənilə biləcək kompensasiya aşağıdakı kimidir:

  • 1500 km. məsafəyə qədər uçuşlar üçün, əgər hava limanında ləngimə 2 saat olarsa – 125 avro, 2 saatdan artıq olarsa – 250 avro;
  • 1500-3500 km. məsafəyə qədər uçuşlar üçün əgər hava limanında ləngimə 3 saat olarsa – 200 avro, 3 saatdan artıq olarsa – 400 avro;
  • 3500 km. məsafədən artıq uçuşlar üçün əgər hava limanında ləngimə 4 saat olarsa – 300 avro, 4 saatdan artıq olarsa – 600 avro.

AB-də 1500 km. qədər olan uçuşlarda xidmət sinfinin aşağı enməsinə görə sizə aviabiletin dəyərinin 25%-ni, 1500-3500 km. – 50%-ni, 3500 km-dən çox olan məsafə üçün 75%-ni geri qaytarmağa borcludurlar. ABŞ-da qanunvericilik şirkətlərə nisbətən daha liberal yanaşır.

Belə ki, əgər sizi hava limanında bir saatdan az müddətə saxlayırlarsa, bu zaman kompensasiya ümumiyyətlə verilmir. Əgər gözləmə müddəti  2 saatdan az davam edərsə (beynəlxalq uçuşlar üçün 4 saat), bu zaman 200 $, digər hallarda isə 400 $ kompensasiya ödənilir.

Bütün məqamlardan əlavə, aviaşirkət, sizi təyinat yerinə ən yaxın reyslə çatdırmağa borcludur. Əgər bu reys çox  uzanarsa, bu zaman siz ödənişsiz əsaslarla mehmanxanada yerləşmək və qidalanmaq hüququna malik olursunuz.

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT

istanbul

İstanbula 3 günlük səyahət

Əgər bu günə qədər sərbəst səyahət etməmisinizsə artıq bunu etməyin tam zamanıdır. Çamadanlarınızı hazırlayın İstanbula yollanırıq. Dil, din və mədəniyyət baxımından bizə

Ətraflı »