Özünüzü Mauqli hiss edəcəyiniz 5 ən ucuz ekzotik otel

Adətən insanlar yaxşıya tez öyrəşirlər. Bu halda tez-tez səyahət edən insanlar, artıq rahat otellərə, gözəl çimərliklərə tez öyrəşir və ekzotik səyahət haqqında düşünməyə başlayırlar. Lakin ekzotik istirahət bildiyinizə görə çox baha başa gəlir. Bununla yanaşı, ağacların üstündə meşənin tam ortasında yerləşən otellər daha əlçatan ölkələrdə də var ki, biz sizə onların arasında 5 ən maraqlısını seçib təqdim edirik.

Bayrams Ağacda Evlər (Bayrams Tree Houses). Türkiyə

Mənzərəli buxtada Olimpos dağının kölgəsində yerləşən “ Bayrams Tree Houses ” adlı oteldə boş nömrə tapmaq demək olar ki, mümkün deyil. Lakin nəzərə alsaq ki, bu otelin ikinəfərlik nömrəsində gecələmə cəmi 50 ABŞ dollarına başa gəlir, bura səyyahət etməyə mütləq cəhd göstərmək lazımdır. Unudulmaz hisslərdən başqa bu qiymətə həm də, səhər və şam yeməyi də daxil edilib ki, bu da az əhəmiyyət kəsb etmir. Yaxınlıqdakı çimərliyə cəmi iki dəqiqəlik yol var.

Yaşıl Sehrli Kurort (Green Magic Resort). Hindistan

Hindistannın ağacda yerləşən otelləri, Keralla ştatının Vayteri şəhərində yerləşir. Bu oteldə hər şey ekoloji və ahəngdar şəkildədir: qonaqlar piyada və velosiped gəzintiləri, eləcə də yaxınlıqda yerləşən səfalı gölün kənarında istirahət ilə əylənə bilərlər. Üstəlik, hər kirayənişin qonşuluqdakı ərazidə ağac əkə bilər ki, bəlkə nə vaxtsa həmin ağacda da eko-evciklər tikiləcək. Bir gün üçün ikinəfərlik delüks nömrə burada 80 ABŞ dollarına başa gələcək ki, Hindistan üçün bu elə də ucuz deyil, lakin buna baxmayaraq ekzotik hisslər yaşamaq üçün bu məbləği ödəməyə dəyər.

Kabanes Ağacda Evlər (Cabanes als Arbres). İspaniya

Ağacların budaqlarında yaşayıb macəra dolu vaxt keçirmək istəyirsinizsə, bu zaman Kataloniyanın şimal-şərqinə üz tuta bilərsiniz. Cabanes als Arbres (sözbəsöz tərcümədə “Ağacda evlər” deməkdir) – bu ağacların budağında yerləşən və hər biri müəyyən növ quşların şərəfinə adlandırılan evlərdir. Bu yerlərə turistlər azadlıq və təklik hissləri üçün gəlirlər. Otel sahibləri burada sivilizasiyaya aid olan məqamları da unutmayıb. Belə ki, oteldə siz duş, hovuz və yeməkxana xidmətlərindən də istifadə edə bilərsiniz. Bir evdə gecələmə 120 avroya başa gələcək.

Rabeang Pasak Ağacda Otel (Rabeang Pasak Treehouse Resort). Tailand

Turistlərin sevimli yerlərindən olan Tailandda da ağaclarda yerləşən otelə rast gəlmək olar. Bu Çianqmayda yerləşən Rabeang Pasak Ağacların budaqlarında yerləşən oteldir. Otelin bütün bambuk evləri, eyvanlarla təchiz olunub ki, burada siz sevdiyiniz içki bokalı ilə əyləşib, təbiətin səsini dinləyə və ulduzları seyr edə bilərsiniz. Oteldə gecələmə 100 ABŞ Dollarına başa gələcəkdir.

Sanya Nanşan Ağacda yerləşən evciklər kurortu və çimərlik klubu (Sanya Nanshan Treehouse Resort and Beach Club). Çin

Xaynan turistlər arasında ən məşhur və populyar kurortlardan biridir. Baxmayaraq ki, bu çox səs-küylü və canlanmış yer hesab olunur, burada da təbiətlə harmoniyada yaşamaq mümkündür. Kurort təxmin etdiyiniz kimi ağacların budaqlarında yerləşir. Kurortdakı otel qiymətləri 32 ABŞ Dollarından başlayır.