Pasportlar niyə 4 rəngdə olur?

Göy pasport

Sən demə dünyada pasportlar yalnız 4 rəngdə ola bilər. Hər ölkənin pasportunun rənginin isə öz səbəbi var.

AyBilet.az pasport rənglərini nədən asılı olaraq seçildiyini dəqiqləşdirmək qərarına gəldi. Əgər hava limanında növbə gözləyərkən darıxsanız bu postu xatırlayın.

Qırmızı

Qırmızı pasport
© eastnews.ru

Ən geniş yayılmış rəng qırmızıdır. Qırmızı üzlüklü pasportları kommunist keçmişli və ya hal hazırda da kommunist olan ölkələr seçir. Rusiya, Gürcüstan, Sloveniya, Serbiya, Çin, Latviya, Rumıniya, Polşa vətəndaşları, qırmızı üzlüklü pasport sahibidirlər.

Xorvatiyadan başqa Avropa üzvləri, tünd qırmızı və ya qırmızının başqa çalarlarından istifadə edirlər. Avropa üzvlüyünə maraqlı olan ölkələr isə məsələn Türkiyə, Makedoniya və Albaniya bir neçə il öncə pasport rənglərini qırmızıya dəyişdilər.

And cəmiyyətinin üzvləri də tünd qırmızı pasporta sahibdirlər.

Göy

Göy pasport
© eastnews.ru

Növbəti geniş yayılmış rəng göydür. Göy üzlük “yeni dünya” -nı simvollaşdırır. 15 Karib ölkələrinin pasportları göyü üzvüdürlər. Cənubi Amerika ölkələrindəki göy rəng isə Merkosur ticarət ittifaqı ilə əlaqəni simvollaşdırır. Bu ölkələr – Braziliya, Argentina, Paraquvaydır. Venesuela da bu cəmiyyətə üzvdür, lakin pasport üzlüyü qırmızı rəngdədir.

Amerika vətəndaşlarının pasportu 1976-cı ildən sonra göy üzlüklü olub.

Yaşıl

Yaşıl pasport
© eastnews.ru

Müsəlman ölkələrinin əksəriyyətinin pasportu yaşıl rəngdədir. Məsələn – Azərbaycan, Morokko, Səudiyyə Ərəbistan, Pakistan və s. Yaşıl rəng İslam dini rəngi olub, təbiət və həyatı simvollaşdırır.

Yaşıl çalarlı pasporta, bir sıra Afrika ölkələrində – Burkina Faso, Nigeriya, Seneqal və s. rast gəlinir. Bu, üzv olduqları Cənubi Afrika iqtisadi cəmiyyətinin üzvləri olduğunu bildirir.

Qara

Qara pasport
© eastnews.ru

Ən nadir rast gəlinən üzlük isə qara üzlüklü pasportlardır. Bu pasportlara bəzi Afrika ölkələrində rast gəlinir. Misal üçün Botsvana, Zambiya, Burundi, Qabon, Anqola, Çad, Konqo, Malavi və s. Bundan başqa Yeni Zelandiya vətəndaşlarının da pasportunun üzlüyü qaradır. Səbəb isə qara rəng ölkənin rəsmi rəngidir.

Pasport rənginə görə dünya xəritəsi

Dünya pasportları