Payız – xəzan, Bakı küləyi və yağışlarla həyatımıza daxil olmaq üzrədir. Bu mövsümdə ətrli çay içərək, ədyala bürünüb, yatmaq istəyi insana daha çox güc gəlir.
Amma narahat olmağa səbəb yoxdur. Sizlər üçün dənizdə çimib, günəşlənəcəyiniz və yaddaşlarınızda iz buraxacaq, nəvələrinizə payız tətilinizi həvəslə danışacağınız ölkələri sıraladıq.