“Pegasus” Alman nəhəngini aldı

Türkiyənin aşağı büdcəli hava yolu şirkəti “Pegasus” “Air Berlin”in İzmir Hava Yolları şirkətindəki 1,76 milyon ədəd səhmini alıb. Başqa sözlə, “Pegasus” “İzAir”dəki payını 29,51% artıraraq 98,63%-ə çatdırıb. Sövdələşmə 1,2 milyon avroya başa gəlib.

Yeni pay bölgüsü Mülki Aviasiya Baş İdarəsinin təsdiqindən sonra aparılacaq. Qeyd edək ki, “AirBerlin”, “Pegasus Havayolları”na aid hissələrin 46,82 %-ni alaraq “Izair”ə ortaq olmuşdu.

Mənbə: fins.az