Praqada etməli olduğunuz 10 şey

Praqa

Karlov körpüsündə qəşəng şəkillər çəkin

Karlov körpüsü Praqada səyahətçi-fotoqraf və adi turistlərin ən çox sevdiyi görməli yerdir. Burada suvenirlər satırlar, musiqi alətlərində ifa edirlər, rəqs edirlər, şou göstərilir və rəssamlar öz xidmətlərini təklif edirlər.

Körpü gecə və gündüz turistlərlə qaynayır, ona görə də oraya yaxşı şəkillər çəkmək üçün səhər sübhdən getmək məsləhətdir.

Köhnə Şəhər meydanında zamanı hiss edin

Bu meydan Praqada ən əsas attraksiondur. Burada turistləri XV əsrin hələ də işləyən qədim astronomik saatları cəlb edir.

Saatlar köhnə çex, vavilon, müasir və ulduz vaxtını, günəşin çıxma və batma vaxtını, günəş və ayın bürclər arasında mövqeyini göstərir. Saatlardan əlavə meydanda rokoko, barokko, renessans və qotika üslubunda tikilmiş qədim evlər də çox maraqlıdır.

Müqəddəs Vit kilsəsinin əzəməti qarşısında donub qalın

Bu kilsə Praqa qalasında 600 ilə yaxın müddətdə tikilib. İndi isə onu bir şəklə sığışdırmaq olmur, həddindən artıq böyükdür.

Nəhəng qotika möcüzəsinə aşağıdan heyrətlənmədən baxmaq mümkün deyil. Vitrajların və qübbənin möhtəşəmliyini görmək üçün kilsənin daxilinə baxmaq da tövsiyyə olunur.

Zooparka gedin

Praqa zooparkı Avropanın ən böyük və dünyanın ən yaxşı zooparklarından biridir. 2002-ci ildə baş verən daşqın nəticəsində zooparkın aşağı yarusunu su aparsa da dotasiya və ianələrin sayəsində zoopark həm bərpa olundu, həm də genişləndi.

Burada yaşıl çəmənlikli böyük qazonlarda zürafə və zebralar sərbəst gəzirlər, süni göllərdə flaminqo yaşayır, amma ictimaiyyətin sevimlisi qorillalardır.

Qızıl küçəyə gecə gec saatlarda baş çəkin

Kiçicik dar küçə Praqada XVI əsrdə yaranıb, indi isə şəhərin simvolu sayılır. Küçə “Qızıl” adını ilk sakinlərinin hesabına alıb – onlar zərgər olublar.

Qızıl küçəyə giriş pulludur, amma hamısı suvenir mağazası olan evlərə girmək sizi cəlb etmirsə kassa bağlandıqdan sonra gəlib pulsuz gəzə bilərsiniz.

Köhnə pivə zavodu U Flekuda doyunca için

Kremencova 11 ünvanında şəhərin ən qədim pivəxanalarından biri – U Fleku yerləşir. Burada pivə XV əsrdən bişirilir.

Şərait standartdır: bir neçə böyük zal, uzun skamyalar, həmişə məşğul olan stollar. Yer olmasa sizi yad biri ilə də otuzdura bilərlər. Bu restoranda baldır sümüyü və Moraviya kolbasası sifariş edə bilərsiniz. Bexerovka likörü qədəhini isə istəməsəniz də gətirəcəklər.

Avropa məhəlləsinə baş vurun

“Köhnə yeni” sinaqoqa baxın, məhz burada əfsanəyə görə məşhur Praqa Qoleminin qalıqları gizlədilib.

İndi Qolem fiqurlarını çoxları Praqadan suvenir kimi aparır. Sinaqoqdan əlavə Avropa məhəlləsində məzarlıq da maraqlıdır. Bu yer mistika ilə doludur.

Yaşıl ilanın quyruğundan tutun

Söhbət spirtli içki absentdən gedir. Bu içkini U Fleku restoranının yerləşdiyi küçədə Absinthe Time barında dada bilərsiniz.

Menyuda 224 bənd var, amma yemək yoxdur. İçki olmayan təamlardan sadəcə dondurma var. Bu da yəqin ki, absentin hərarətini soyutmaq üçündür.

Frans Kafka ilə tanış olun

Karlov körpüsünün yaxınlığında kiçik Frans Kafka muzeyi var. Muzey yazıçının özü kimi qaranlıq və qəribədir.

Kafkanın Praqadakı həyatı haqqında yox Praqanın Kafkadakı həyatı haqqında danışır. Buraya tamam başqa Praqanı görmək və onu başa düşmək üçün gəlmək olar.

Böyük monastır restoranında nahar edin

Strahov monastırının düz yanında yerləşən nəhəng restoran uzun gəzinti və ekskursiyadan sonra yaxşı nahar etmək üçün yaradılıb.

Burada 600 ildən çoxdur ki, pivə bişirilir, qiymətlər normaldır, xidmət çevik və keyfiyyətlidir. Burada ənənəvi çörəklə sup-qulyaş sifariş vermək olar, çox dadlıdır. Daha ekzotik yeməklər də var. Onları sizin yanınızda açıq alovda hazırlayarlar.