Pulsuz ekskursiya təklif edən 7 aeroport

Dayanma ilə aviabilet aldıqda siz həm pula qənaət edirsiniz, həm də hər hansı yeni şeylərə baxmaq imkanı əldə edə bilərsiniz.

7. İnçxon aeroportu, Seul, Cənubi Koreya

  • Tövsiyə edilən gözləmə vaxtı: 3 saatdan çox
  • Viza: tələb olunmur

Ekskursiya variantları: Aeroport müddəti 1 saatdan 5 saata qədər 8 ekskursiya variantı təklif edir. Turlar saat 7:00-dan 15:00-a qədər aparılır. 1 saatlıq tur seçmisizsə 646-cı ildə tikilmiş buddistlərin Yonquns Məbədini ziyarət edə bilərsiniz. 5 saatlıq tura Seulun ticarət məhəlləsi və televiziya qülləsi və ya Kyonbokkun saray kompleksi və İnsadonq suvenir küçəsində gəzinti daxildir.

Ekskursiya ingilis dilində aparılır. Bəzi görməli yerlərə giriş ödənişlidir. Turu yerində və ya aeroportun saytında bronlaşdırmaq olar.

6. Tayvan-Taoyuan aeroportu, Taybey, Tayvan

  • Tövsiyə edilən gözləmə vaxtı: 7 saatdan çox
  • Viza: tranzit viza lazımdır

Ekskursiya variantları: İki ekskusiya variantı təklif olunur. Birinciyə (8:00-da başlayan səhər turu) Sanxia tarixi rayonunu və Yingge rayonunda ticarət küçələrini gəzmək daxildir. İkinci isə (nahardan sonra 13:45-də başlayan tur) Taybey 101 göydələnini, Lunşan Məbədini və Çay Kanşi Milli Memorialını gəzməyə imkan verir.

Turu ən yaxşı əvvəlcədən bronlaşdırmaq lazımdır, çünki hər tur 18 sərnişinlə məhdudlaşır. Ərizəni sərnişinlərin gəlməsinə 30 gün qalmışdan tez olmamaq şərti ilə doldurmaq mümkündür. Qeydiyyat forması və digər detallar aeroportun saytında var.

5. Doha aeroportu, Qətər

  • Tövsiyə edilən gözləmə vaxtı: 8 saatdan çox
  • Viza: lazımdır, yoxdursa aeroportun özündə almaq olar

Ekskursiya variantları: Əyləncə Mirvarisi adasını, islam incəsənəti muzeyini, Qətər mədəniyyət kəndini və Souq Waqif bazarını ziyarət etməyi nəzərdə tutan bir ekskursiya variantı təklif olunur. Ekskursiyanın müddəti 2 saat 45 dəq-dir. 8:00, 11:00, 16:00 və 20:00-da başlayır.

Bütün ekskursiyalar ingilisdilli bələdçi tərəfindən aparılır. Turu yalnız aeroportda bronlaşdırmaq olar. Qeydiyyat dirəyi zalda, Mont Blanc və WH Smith mağazaları arasında yerləşir. Hər turistə pulsuz butulkada mineral su verilir.

4. Atatürk aeroportu, İstanbul, Türkiyə

  • Tövsiyə edilən gözləmə vaxtı: 6 saatdan çox
  • Viza: lazım deyil

Ekskursiya variantları: Vaxtdan və həftənin günündən asılıdır. Turun müddəti 2,5 saatdan 9 saata qədər olur. İlk tur 8:30-da, sonuncu isə 16:00-da başlayır. Bələdçilər İstanbulun əsas görməli yerlərini göstərəcəklər: Göy məscid, Müqəddəs Sofiya məbədi, Taksim meydanı, Qrand-bazar və digər yerlər.

Turu uçuş zalının Hotel Desk dirəyində ekskursiyanın başlamasına 30 dəq qalmışa qədər bronlaşdırmaq olar. Ətraflı məlumat rəsmi saytda yer alıb.

3. Çanqi aeroportu, Sinqapur

  • Tövsiyə edilən gözləmə vaxtı: 5,5 saatdan çox
  • Viza: 96 saatlıq pulsuz tranzit vizası almaq olar

Ekskursiya variantları:

  • Birinci – Kolonial dairəsi, Biznes dairəsi, Merlion parkı, Çaynataun, Kiçik Hindistan və Kamponq Qlam.
  • İkinci – Sinqapur çarxının seyri, buxtada ağaclar, sahilyanı Marina Bey, Merlion parkı, “Körfəz yanında bağ” parkı.

Hər turun müddəti 2,5 saat təşkil edir. İlk tur 9:00-da, sonuncu isə 19:30-da başlayır. Tura onun başlamasına 1 saat qalanadək qeydiyyat olmaq olar. Qeydiyyat dirəyi 2 və 3-cü terminalların tranzit zonalarında, həmçinin 1 nömrəli terminalda 2-ci terminala girişdə yerləşir. Ətraflı məlumat rəsmi saytda var.

Həmçinin bütün sərnişinlər aeroportda pulsuz olaraq orxideya, kəpənək, kaktus, günəbaxan bağlarına, ovsunlanmış bağa və kinoteatra gedə bilərlər.

2. Solt-Leyk-Siti aeroportu, ABŞ

  • Tövsiyə edilən gözləmə vaxtı: 2 saatdan çox
  • Viza: lazımdır

Ekskursiya variantları: Təkcə bir tur variantı var – Solt-Leyk-Sitinin Məbəd parkına ziyarət. Tur saat 9:00-dan 14:00-a qədər hər saatdan bir başlayır. Xidmət bazar ertəsindən şənbə gününə qədər təklif olunur. Bazar günü və dövlət bayramları qeyri-iş günüdür. Qabaqcadan qeydiyyat tələb olunmur. Daha çox məlumat rəsmi saytda var.

1. Narita aeroportu, Tokio, Yaponiya

  • Tövsiyə edilən gözləmə vaxtı: 5 saatdan çox
  • Viza: səfirlikdə pulsuz verilən tranzit vizası lazımdır

Ekskursiya variantları: Beş tur variantı nəzərdə tutulub: Narita-san məbədi, aviasiya muzeyi, piyada gəzintiləri və şoppinq. Ekskursiyanı könüllülər aparırlar. Hər bir tur 3 saat çəkir. 1 və 2 nömrəli terminallarda Narita Transit Tourism dirəyində yazılmaq olar.