Qızlar üçün məqalə: İstanbula tək səyahət

İstanbul GalataŞəhərə necə çatmaq olar?

Yaxşısı, dərhal bütün ictimai nəqliyyat vasitələri üçün keçərli olan və təkrar istifadə edilə bilən İstanbulkart-ı almaqdır.

Atatürk hava limanından

Metro-ideal seçimdir, çünki qatar birbaşa hava limanından gedir. Stansiya M1A-nın qırmızı xəttində yerləşir və Havalimanı adlanır. Metronu tapmaq çox asandır. Terminaldan çıxdıqdan sonra sağ tərəfə dönüb “Metro/Subway işarəsi ilə axıra kimi gedib, eskalatrodan duşdükdən dərhal sonra sağ tərəfdə metrodur. Kart almağı unutmayın.

Mərkəzə çatmaq üçün 6 stansiya getməlisiz və Zeytinburnu-da enməlisiniz.

Metro səhər 6-dan 0: 30-a qədər açıqdır.

Sabiha Gökçen hava limanından

Avtobus ilə gedə bilərsiniz:

  • КM22 – bu avtobus ilə metroya çatmaq və istiqaməti rahatlıqla tapmaq mümkündür.
  • E3 – Meslek və Levent rayonlarına gedir. Son dayanacaqda metroya keçib Taksim meydanına kimi gedə bilərsiniz.
  • E10,E11 – Kadıköy rayonuna kimi gedir.
  • E9 – Bostancı rayonuna kimi gedir.

Gecə 12-dən gec gəlsəniz Havataş avtobusundan istifadə edin. Onlar səhər saat 4-dən gecə 1-ə kimi 30 dəqiqə interval ilə işləyirlər. 

Avtomobil ilə getmək istəsəniz:

Avtomobil ilə şəhərə ən təhlükəsiz çatmağın yolu əvvəlcədən aşağıdakı kimi internet servislərdən avtomobil sifariş etmək və yaxud otel bronlaşdırması zamanı transfer xidmətini seçməkdir.

KİRAYƏ AVTOMOBİLLƏR:

İstanbulda harada qalmaq olar?

  • Bar və gecə əyləncələrini sevənlər Qızıl Buynuz və ya  Qalata bölgələrini seçə bilərlər.
  • Köhnə Şəhəri və onun Roma irsini araşdırmaq istəyirsinizsə Sultanahmet bunun üçün ən ideal seçimdir.
  • Bütün alış veriş mərkəzləri Bostancı rayonunda yerləşir.

İSTANBULDA OTELLƏR ÜÇÜN TARİX SEÇİB, AXTARIN

İstanbulda görülə biləcək işlərin siyahısı

  • Türk hamamında dincəlmək.
  • İstiklal prospektini çoxlu insanlar arasında yox, tramvay şüşələrindən seyr etmək.
  • Armudu stəkandan tünd türk çayı içmək, ürəyiniz istəyirsə mətbəxiniz üçün də bu stəkandan almaq.
  • «Qapalı çarşı» adlanan bazarda danışıqlar aparmaq bacarığınızı yoxlamaq.
  • Qəlyan çəkmək: argilah, nargile, sheesha, hubbly bubbly və s. 
  • Şüşə lampa almaq. Lakin Qapalı çarşı və əsas turistik bölgələrdən uzaq yerlərdən alın. Orta ölçüdə olan şüşə lampanın qiyməti 15-20 dollardır.
  • Yerli pişiklərlə oynamaq. İstanbul pişiklərin hökmranlıq etdiyi şəhərdir. 
  • Ən böyük ictimai parklardan biri olan və Boğaz sahilində yerləşən – Əmirgan parkını gəzmək.
  • Asiya tərəfinə keçmək. Adətən turistlərin hamısı şəhərin Avropa tərəfini gəzirlər. Lakin gəmi səyahəti sizin İstanbul səyahətinizə daha çox rəng qatacaq.
  • Nar şirəsinin dadına baxmaq. Tərkibində antioksidanlar, faydalı maddələr və sevdiyiniz hər şey var.
  • Ortaköy sahilində yeləşən barokko memarlığının misilsiz nümunəsi olan Ortaköy Məscidini ziyarət etmək.
  • 7 km keçmişə aparan Konstantinopol fəthi boyunca gəzmək.
  • Yolu azmaq. Şəhərin havasını hiss etmək üçün sadəcə piyada gəzmək.
  • Yerli yeməklərdən dadmaq. İmkan olduqca gördüyünüz hər yeməkdən yeyin.

Əsasəndə:

  1. Çiy Köftə
  2. Lahmacun – qiymə və tərəvəzlər ilə türk pizzası.
  3. Kokoreç – quzu ətindən buterbrod, küçə yeməklərinin kralı sayılır .
  4. Adana Dürüm – lavaş arası milli kabab.
  5. Balik ekmek – balıq buterbrodu.
  6. Sütlaç –türk düyü pudinqi  
  7. Kumpir – fərqli içliklərlə bişmiş kartof

İstanbulda nələri etmək məsləhət deyil

Qalmaq üçün Taksim meydanını seçməyin. Gecə məkanları çox olduğu üçün səs-küydən yatmaq demək olar ki, mümkünsüzdür.

Əgər siz tarix fanatı deyilsinizsə Topqapı sarayına getmək məsləhətli deyil. Ürəyinizdən saray görmək keçirsə Dolmabaxça sarayına gedə bilərsiniz.

Şəhəri gəzərkən taksi və avtobuslardan istifadə etməyin. Çox böyük tıxaclar olur.

Boğaz boyunca gəmi səyahətinə çıxmayın. Bunun əvəzinə daha az büdcə ilə yerli insanlarla adalara gedə bilərsiniz.

İstanbulda səyahət edən qızlar üçün təhlükəsizlik məsləhətləri

  • İstanbulda Ayasofya muzeyi və Yerəbatan Sarnıcı yeraltı su anbarı arasında  turistlər üçün xüsusi polis məntəqəsi var. 
  • Köhnə şəhər bölgəsində ehtiyatlı olun. Orada cibgirlərə rast gələ bilərsiniz.
  • Taksim meydanında axşam vaxtı tək gəzmək məsləhətli deyil, xüsusən də  İstiklal Caddesində. Əlbəttə ki, yerli kişilər sizi harasa getməyə məcbur etməyəcəklər, amma baxışları ilə sizi qorxuda bilərlər. 
  • Hündür topuqlu ayaqqabılar və mini-ətəklər tamamilə yersizdir.
  • Taksi sürücüləri bəzən sərnişinlərə qarşı fırıldaqlıq edib aldadırlar. Səyahətçilərin təcrübələrinə əsasən isə yaşlı taksi sürücüləri cavanlara nisbətən daha dürüst olurlar.   
  • Tək səyahət etdiyiniz hər hansı başqa böyük ölkədə olduğu kimi, burada da spirtli içkiyə həddən artıq aludə olmaq məntiqli olmazdı.