Ramazan bayramında gedə biləcəyiniz 5 Avropa ölkəsi

Ramazan bayramı tətilini planlamağın əsl vaxtıdır. Ramazan tətili, gərgin iş rejmində işləyən əksər insanlar üçün ailələri ilə birlikdə, bir neçə gün dincələrək, yenidən enerji yığmasının əsas vasitəçisidir. Adətə görə bayramda ailə böyüklərinə baş çəkilir, nənə-babalarımızın, hal-əhvalını soruşuruq. Bildiyiniz kimi bayram vaxtı ucuz aviabiletucuz otel tapmaq müşkül məsələdir.  Belə olduğu halda tətildə həm yaşlı nəsili ziyarət etmək, həm də Avropaya səyahət etmək üçün planınızı maksimal dəqiqliklə hazırlamağınız lazımdır. Bu yazımızda tətildə eyni yerlərdə dincəlməkdən bezənlər üçün Avropanın beş şəhərini tövsiyə edəcəyik.

5. Xorvatiya

Xorvatiya həm təbii gözəlliyi, həm də zəngin tarixi ilə görülməsi vacib olan şəhərlərdən biridir. Ölkə Adriatik dənizinin sahilində yerləşir. Xorvatiyaya Adriatik incisi desək mübaliğə sayılmaz. Təbii parkları, modern muzeyləri, şəhər daxili modern və ənənəvi tərzin vəhdəti, turistlərin selfie çəkərək, anı ölümsüzləşdirmək istəməsinə təkan verir. Xorvatiya milli yeməkləri və dünya mətbəxi ilə turistlərə geniş çeşid təklif edərək, fərqli və zövqlü dadları bir arada təqdim edir.

Xorvatiyada haraları gəzməli?!

  • Paytaxt Zaqreb – şəhərin hazırlanmış dəqiq və səliqəli memarlığı insanları valeh edir.
  • Dubrovnik – Turistlərin ən çox sevdiyi liman şəhəridir.
  • Plitvice Milli Parkı – Avropanın ən gözəl təbii parklarından biridir.
  • Demək olar ki, bütün şəhərlərində qorunmuş “old city bölgələri”

Zaqrebə aviabiletlər | Zaqrebdə Otellər

4. Çexiya

Avropanın mərkəzində yer alan Çex cümhuriyyətinin rəsmi adı artıq Çexiyadır. Ölkə 14 şəhərdən ibarətdir. Ən böyük şəhəri  həm də paytaxtı olan Praqadır. Praqa, Vltava çayı üzərində qurulmuş, möhtəşəm gözəlliyi ilə romantik şəhər qəbul edilir. Şəhər gözəlliyinə görə “Şəhərlərin anası”, “Avropanın ürəyi”, “Qızıl şəhər” kimi adlarla adlandırılır. Meydanları, körpüləri, qalaları, gözlərinizi ayıra bilməyəcəyiniz memarlığı ilə Praqa ən sevdiyini şəhərlərdən biri olacaqdır. Çexiyaya səyahət bir neçə günlük tətil üçün ideal yer sayılır. Gəzilməli yerlərin çoxu Praqa şəhərində olduğu üçün, turistlər qısa zamanda hər yeri görmək şansı əldə edir.

Praqaya aviabilet | Praqada Otellər

Praqada gəziləcək yerlər:

  • Astronomik saat qülləsi
  • Köhnə şəhər meydanı
  • Karl körpsü
  • Oyuncaq muzeyi
  • Kafka muzeyi
  • Praqa qalası

3. Avstriya

Avstriya

Şərq İmperiyası ilə xatırlanan Avstriya, zəngin tarixi ilə turistləri ovsunlayan şəhərlərdən biridir. Bir çox din və irqin məskəninə çevrilmiş ölkə zəngin mədəniyyət mozakikasını tərənnüm edir. Paytaxt Viyana, memarlığı, mədəni irsi abidələri ilə hər il çoxlu sayda turist cəlb edir. Avstriya təkcə mədəniyyət və əyləncə ölkəsi deyil, həm də xüsusi damaq zövqləri olan insanların sevimli istiqamətidir.

Viyanya aviabiletlər | Viyanada otellər

Avstriyada haraları gəzməli?!

  • Ən böyük şəhəri və paytaxtı Viyanada yerləşən Hofburg, Belvedere, Schonbrunn sarayları
  • Böyüklüyünə görə ikinci sırada olan Graz şəhəri, eyni zamanda Avropanın ən yaxşı qorunmuş köhnə şəhərlərindən biridir.
  • Mozartın doğulduğu şəhər – Salzburg

2. İrlandiya

dublin

İrlandiya Respublikası Qərbi Avropada, İrlandiya adasının böyük bir hissəsində yerləşir. Paytaxtı Dublin şəhəridir. İki rəsmi dili var: irland və ingilis. Ölkənin 70 min km 2-ə bərabər olan ərazisi 4 əyalətə, 26 qraflığa bölünür. Onu zümrüd ölkəsi də adlandırırlar. Mülayim təbiətinə görə hər fəsil ölkəni rahat gəzə bilərsiniz. Paytaxt Dublin sakinlərinin, əsasən velosipedlərə üstünlük verdiyi şəhər olduğu üçün, küçələri olduqca sakitdir. Möhtəşəm gölləri, nəhəng parkları Dublini təbiətin bütün rənglərinə boyayır. Ölkə mətbəxində dəniz məhsulları daha çox sevilir. Dünya mətbəxinə aid fərqli dadları, otel və butik restoranlarda asanlıqda dada bilərsiniz.

Dublinə aviabiletlər | Dublində otellər

Dublində haraları gəzməli?!

  • Phoenix Park, Avrupanın ən böyük parkı
  • Spire of Dublin, 121 m hündürlükdə abidə. Şəkil çəkməyi sevənlər o mənzərəni qaçırmamalıdırlar.
  • Irish Museum of Modern Art – Modern sənət muzeyi

1. Monako

Monako

Dünyanın Vatikandan sonra ən kiçik ikinci ölkəsi qəbul edilən Monako, bir neçə günə təpədən dırnağa gəzə biləcəyiniz istiqamətlər siyahısındadır. Monarxiya ilə idarə edilən ölkə, Kral ailəsinin bütün əzəmətini və möhtəşəmliyini görə biləcəyiniz ölkədir. Monakonun ən qəribə tərəfi, klassik, lüks və adi avtomibillərin küçələrdə sərgidəsiniz hissini sizə yaşatmasıdır. Monakoda Ville, Kral ailəsinin yaşadığı bölgə olmasına baxmayaraq, turistlərin gəzib, görəbiləcəyi yerlər siyahısındadır. Ölkə üç tərəfi dənizlə əhatələnmiş təpəyə inşa edilmişdir. Buraya gələn turistlər ölkəni təpədən izləmə həzzini yaşaya bilir.

Monakoya aviabiletlər | Monakoda otellər

Monakoda haraları gəzməli?!

  • Monako Ville (köhnə şəhər bölgəsi)
  • Monte Carlo, Avropa cəmiyyətinin istirahət yeri
  • Monako Fontvieille, alış veriş mərkəzi və restoranları ilə məşhurdur.
  • Monako limanı