Reysə qeydiyyat

Hər bir aviaşirkət reysə qeydiyyatın başlanma və başa çatma müddəti ilə bağlı öz qaydalarını müəyyənləşdirir. Bir çox hallarda qeydiyyat reysin uçuşundan 2 saat əvvəl başlanır və uçuşa 40 dəqiqə qalmış başa çatır. Biletin tərtibatı zamanı bu vaxtları mütləq dəqiqləşdirin. Qeydiyyata gecikmə halı baş verdikdə aviaşirkət sizin yerinizi öz bildiyi kimi sərf etmək hüququnu özündə saxlayır.

Əgər sizin qeydiyyata gecikməyiniz halı baş verərsə, onda sizin biletinizin gələcək taleyi bütünlüklə sizin onu əldə etdiyiniz tarifdən asılı olacaqdır. Aviaşirkətlərin çoxunda birinci və biznes dərəcəli biletlər cərimə edimədən başqa tarixə yenidən bronlaşdırıla bilər. Əgər siz bileti ən ucuz və ya güzəştli tariflə əldə etmisinizsə, o zaman bilet, sadəcə olaraq, ləğv edilir. Lakin bir sıra aviaşirkətlər hətta belə biletləri də yenidən bronlaşdırmağa imkan yaradırlar. Bu zaman, əlbəttə ki, əlavə ödəniş edilməli olacaqdır.

Sənədlər

Sənədlər haqqında rəsmi məlumatı Siz uçduğunuz ölkənin konsulluğunda ala bilərsiniz. Sərnişin sənədlərin lazımi qaydada tərtib olunmasına, daşınmanın həyata keçiriləcəyi və ya ərazisindən keçəcəyi ölkənin dövlət orqanlarının bütün qanunlarının, sərəncamlarının, qaydalarının riayət olunmasına görə cavabdehlik daşıyır. Aviasəyahətə yollanarkən xarici pasportu və vizanı (əgər siz Azərbaycan Respublikasının hüdudlarından kənara çıxırsınızsa) və ya şəxsiyyət vəsiqəsini (Azərbaycan Respublikasının ərazisində), kağız və ya elektron aviabileti (marşrut-qəbz) və ölkəyə girmək/çıxmaq üçün lazım olan digər sənədləri özünüzlə götürməyi yaddan çıxartmayın.