Səfər zamanı yolda nə yemək olar?

“Yol səyahətini” sevənlər üçün bəzi məsləhətlər: səyahətə hansı məhsullardan atışdırmalar götürmək və onları hansı şəkildə hazırlamaq lazımdır?

Yaz yay ayları tətillərin ən qızğın mövsümüdür. Müasir zamanda insanlar istirahətlərini getdikcə özləri planlaşdırır və daha çox “yol səyahəti” formatını seçirlər.

Bəs yola hansı məhsulları götürmək lazımdır ki, səyahət təkcə maraqlı deyil, həm də dadlı olsun?

Yolda yemək ilk növbədə rahat olmalıdır: yəni onu yemək, daşımaq və saxlamaq rahat olmalıdır. Buna görə, əvvəla, yola götürəcəyiniz məhsulların xüsusiyyətini müəyyən etmək lazımdır.

Özünüzlə götürəcəyiniz məhsullar iri və çox ağır olmamalıdır, əks halda, sizin səyahət zamanı bütün təəssüratlarınız onların dağılmaması və heç yeri batırmaması olacaq.

Tez xarab olan ərzaqlardan istifadə etməyin

Ən yaxşı halda yola götürəcəyiniz yeməklər soyuducu olmadan belə uzun müddət saxlanmaya imkan verən ərzaqlardan olmalıdır.

İki “YOX” prinsipi

Kəskin iylərə və zibilə “yox”. Hətta çox xoşladığınız yemək olsa belə yola sərt qoxusu olan ərzaqları tədarük etmək məsləhət deyil. Təxminən iki saat sonra bütün qoxular sizi və yol yoldaşlarınızı qıcıqlandırmağa başlayacaq.

Çox tullantı, ovuntu və əlavə qablaşdırması olan yeməklər də yol üçün uğursuz variant hesab edilir, xüsusən əgər siz maşında səyahət edirsinizsə.

Meyvə və tərəvəzlər

Tərəvəz yol üçün təkcə əsas yemək kimi deyil, həm də atışdırmalar üçün ideal variantdır. Doğranılmış kök, alma, şirin bibər – suxarı, çips və tuma faydalı alternativdir.

Müxtəlif tərəvəzləri xırda-xırda doğrayıb salat şəklində yola götürmək olar. Yolda nahar etmək üçün tərəvəzlərdən hazırlanmış salatlara dad qatmaq məqsədi ilə hazırlanması və daşınması rahat olan souslardan da istifadə etmək olar.

Buterbrod

Buterbrod – adətən yola götürülən ən məşhur qida hesab edilir. Buterbrodları həm tərəvəz, həm də müxtəlif ət və pendir növlərindən hazırlamaq mümkündür.

Buterbrodlar üçün yaxşı olar ki, qara kəpəkli çörəkdən istifadə edəsiniz (o daha az kalorilidir).

Qətiyyən çörək yeməyənlərə isə lavaşa bükülmüş tərəvəz və ya ətdən hazırlanmış buterbrodlar hazırlamağı məsləhət görürük.

Ət

Hətta yolda belə ət məhsullarsız keçinə bilməyənlər özləri ilə bişmiş ət götürə bilərlər. Bu növ yeməkləri siz folqa kağızına bükülmüş vəziyyətdə saxlaya bilərsiniz. Ət məhsullarından atışdırmalar hazırlayarkən əczaları əsirgəməyin, çünki onlar ən yaxşı təbii konservantlardır.

Yarımfabrikatlar

Bu siyahıya, tez hazırlanan sıyıqlar, uşaqlar üçün nəzərdə tutulmuş meyvə püresi, paştet və pendir daxildir.

Əgər siz yoğurt sevirsiniz, bu zaman yağlılığı az olan yaqutlara üstünlük verin ki, onlar daha tez həzm oluna bilir.

Şirniyyat

Şirniyyat sevənlər özləri ilə yola şokolad, təbii sovurma konfetlər, balaca kekslər götürə bilərlər. Həmçinin, zefir, marmelad da yol səyahəti zamanı əhvalınızı qaldıra biləcək məhsullardandır.

Əslində, səyyah üçün məhsulların yığılma qaydaları çox sadə və xoş bir prosesdir. Başlıcası, unutmayın ki, yemək yolda rahat, dadlı və faydalı olmalıdır.

Xoş istirahətlər!

SHARE
Şərh et