Şengen müqaviləsi ölkələrinə viza almağın incəlikləri

İndi Şengen müqaviləsi ölkələri arasında Yunanıstan, İspaniya, İtaliya və Fransa səfirlikləri daha loyaldırlar. Bu ölkələr hətta təmiz pasporta yarım illik multiviza verə bilərlər. İspaniya və Yunanıstan isə hərdən birbaşa 1 illik viza verirlər.

Hal-hazırda Fransa səfirliyi demək olar ki, yeganə səfirlikdir ki, yaxşı viza tarixi olduqda Şengen vizasını maksimal müddətə – 5 illik verir. Ekspertlərin fikrinə görə son üç ildə ikidən çox Şengen ölkəsinin vizası olduqda və həmin ölkələrin səfirliklərində sənəd problemi olmadıqda çox böyük ehtimalla yarım ildən 4 ilə qədər multiviza almaq olur.

Məsləhət: Şengen vizası anketində birdəfəlik və ya çoxdəfəlik vizanı almaq istədiyinizi göstərmək lazımdır. Həmişə çoxdəfəlini seçin. Həmçinin həmin ölkəyə sonra məsələn, 4 aydan sonra yenə də getmək istədiyinizi yaza bilərsiniz. Aviabiletotellərin bron təsdiqlənməsini birinci səfərə bərkitmək kifayətdir. Elə hallar da olur ki, pasportunda çoxlu Şengen vizası olan insanlar anketdə birdəfəlik viza istədiklərindən təkcə bir dəfə getməyə viza alırlar.

Almaniya, Hollandiya və Finlandiya səfirlikləri uzun müddətli Şengen vizalarını çox az verirlər.

Çexiya və Almaniya səfirlikləri vizanı verdikdən sonra otellərin bronlaşdırılmasını yoxlayırlar. Onlar sizin bronlaşmanı dərhal ləğv etdiyinizi və onun işləməməsini görsələr vizanı ləğv edə bilərlər.

Şengen multivizası Şengen müqaviləsinin bütün 26 ölkəsində açılır. Ekspertlər xəbərdarlıq edir ki, əgər viza hələ açılmayıbsa və üstəlik o qısamüddətlidirsə, sizsə əvvəlcədən planlaşdırdığınız ölkədən tamam fərqli ölkəyə gedirsinizsə, bu vizanın ləğv edilməsi və vətəninizə deportasiya ilə nəticələnə bilər.

Məsləhət: Avropa turuna çıxırsınızsa ən çox qalacağınız ölkənin vizasını rəsmiləşdirmək lazımdır. Əgər hər ölkədə eyni gün qalacaqsınızsa, bu halda viza sərhədini keçəcəyiniz ilk ölkənin səfirliyi tərəfindən rəsmiləşdirilir.

Daha bir qayda var – keçən dəfə etdiyiniz səfərdən aldığınız bütün cərimələr ödənilməlidir. Ödəmədiyiniz bütün cərimələr haqqında məlumat bazada görünəcək. Borclu olmağınız vizanın imtina olması üçün əsas ola bilər.