Sərbəst səyahətə başlamaq üçün 5 ən yaxşı ölkə

İlk dəfə sərbəst şəkildə istirahət etmək həmişə qorxulu olur. Siyahımızda olan istənilən ölkədən başlayın və travel şirkətlərinin lazımsız olduğunu görün.

7. Latviya

latviya

6. Gürcüstan

Latviya kimi Gürcüstan da keçmiş Sovet ölkəsidir və orada da dil problemi demək olar ki yoxdur. Gürcüstan xüsusilə may-iyun və sentyabrdan oktyabrın əvvəlinə qədər gözəl olur. Dekabr-aprel ayları isə dağ xizəklərində sürüşmək üçün əsl vaxtdır. Gürcüstan heç vaxt öz evindən kənara çıxmayanlar üçün də yaxşı və sakit yerdir. Yerli əhali o qədər qonaqpərvərdir ki, yolu naviqatorsuz köhnə üsulla soruşmaq daha asandır. Gürcüstanda hər kəs vaxtını istədiyi kimi keçirə bilər. Dənizdə çimin, dağa çıxın, kükürd hamamlarında özünüzü buxara verin, mağaralı şəhərlərdə gəzin və ya şərab təsərrüfatına tur təşkil edin. Gürcüstanda səyahət marşrutu aşağıdakı kimi ola bilər:

  1. Tbilisi. Köhnə şəhərdə oymalı balkonlara baxın, Abanotubani məhəlləsindəki kükürd hamamlarının şəfalı gücünü sınaqdan keçirin, Narikala qalasına kanatla qalxın, sonda birə bazarında şərab içmək üçün buynuz alın.
  2. Hərbi-Gürcü yolu. Krest aşırımından keçin, Terek çayının uğultusunu dinləyin və dağ mənzərələrindən həzz alın. Stepançminde və ya Qerqetidə bir gecə qalın və Kazbek zirvəsinə açılan mənzərə ilə xaçapuri yeyin.
  3. Gözəl gürcü şərabı. 2 gün Kaxetiyada qalmaqla 5-10 şərab təsərrüfatında və şərab zavodunda içkilərdən dadın, eyni zamanda şərab düzəldən kvevri alətinə baxın. Siqnaxi və ya Telavi şəhərlərində də qala bilərsiniz.
  4. Mağaralı şəhər. Çariça Tamaranın tac qoyulduğu Uplisçixedə qədim aptekə mütləq baş çəkin. Vardziada sirli tunnelləri, dik pilləkənləri və mağaralı kilsələri ətraflı görmək üçün minimum yarım gün qalın.
  5. Batumi. Dənizdə istirahət edin. Yaxud da Kvariati, Qonio və ya Sarpiyə gedin. Orada su daha mavi, mənzərə isə superdir.

5. Tailand

Tailandda bütün il boyu yay, günəş, ekzotik meyvələr olur. Noyabrdan fevrala qədər Tailandın şimalında əla hava hökm sürür. Andaman sahillərində sezon noyabrdan aprelin sonuna qədər davam edir, sonra isə yağışlar başlayır. Siam körfəzində isə yanvardan avqusta qədər daha yaxşı olur. Tailand haqqında eşitdiyiniz hər yaxşı şey doğrudur. Ada və çimərliklər gözəldir, saraylar dəbdəbəlidir, yeməklər qeyri-adi və dadlıdır, yerli əhali isə mehribandır. Söhbətlər təbəssümlə həll olunur və ingilis dilini birinci sinif səviyyəsində bilsəniz belə kimlə istəsəniz ümumi dil tapa bilərsiniz. Qatar, avtobus və daxili uçuşlar ucuz və rahatdır. Turagentsiz ilk ekzotik səyahət üçün ideal variantdır. Tailandda səyahət marşrutunuz aşağıdakı kimi ola bilər:

  1. Banqkok. Vat Phoda uzanmış Buddanı ziyarət edin, kanal-klonqlarda çay taksiləri ilə gəzin, Lyumpini parkında varan tutun və Kral sarayının parıltısından gözləriniz qamaşsın.
  2. Siamın qədim paytaxtı Ayuttxayu. Fəaliyyət göstərən budda məbədlərini gəzin. Bir gecə Ayuttxayuda da qala bilərsiniz.
  3. Çianqmay. Gecə bazarında şirin əşyalar alın, zooparkda pandalarla oynayın, Köhnə şəhərdə Çedi Luanq ətrafında dövrə vurun və günəşi Doy-İntanon dağında qarşılayın.
  4. Pxuket. Çimərlikdə doyunca istirahət edin və Similan adasına katerlə gedin. Həmçinin durian meyvəsindən dadın, fil üstündə gəzin və massaj seansından tamam ayrı adam kimi çıxın.

4. Çexiya

Çexiya Avropanın ən ucuz və gözəl ölkələrindən biridir. Oraya getmək üçün Şengen vizası lazımdır. Ən yaxşı hava maydan oktyabra qədər olur. Bu ölkə gözlənilənləri doğruldan ölkədir. Praqa küçələri çox gözəldir, Karlovı Varı isə elə bil Höte və Bethoven dövründən bu yana heç dəyişməyib. Çexiyada istirahət etmək Almaniya və Avstriyada istirahət etməkdən ucuz başa gəlir. Çexiyanı yaxşı tanımaq üçün Praqada bir həftəsonu keçirmək kifayətdir. Əgər bütün ölkəni tam gəzmək istəyirsinizsə 1 və ya 2 həftə vaxt ayırın. Avtobus və qatarla, həmçinin kirayə maşın götürməklə gəzə bilərsiniz. Marşrutunuz aşağıdakı kimi ola bilər.

  1. Praqa. Çexiyanın paytaxtında Karlov körpüsündə arzu tutun, Petrşin seyr qülləsinə çıxın, qəmgin Kafka muzeyinə gedin və zooparkda lemurları ziyarət edin.
  2. Kutna-Qora şəhərciyi. Müqəddəs Varvara kilsəsində vitrajlara baxın, gümüş şaxtasına düşün və insan sümükləri ilə bəzədilmiş Bütün Müqəddəslər kiçik kilsəsindəki çilçıraqda kəllə sümüklərini sayın.
  3. Qotik Karlşteyn qalası. Qala Praqa yaxınlığında meşəli təpədə əzəmətlə ucalır. Qalaya ancaq ekskursiya ilə buraxırlar və Karlşteyn kabusunun tarixindən bəhs edirlər.
  4. Karlovı Varı. Termal sulara baş vurun və 12 mineral su mənbəsindən dadın. 13-cünü də unutmayın. Yerli əhali deyir ki, Bexerovka likörü də adamı ruhlandırır və cavanlaşdırır.
  5. Çex pivəsi. Çexiyanın pivə paytaxtı Plzendə təkcə pablarda pivə içməklə kifayətlənməyin. Pivə istehsalı muzeyinin orta əsrlər zirzəmisinə də baş çəkin.
  6. Çeski-Krumlov festivalı. Beşləçəkli qızılgül bayramında hamı orta əsrlər kostyumu geyinir, meydanlarda isə cəngavərlər yarışı keçirilir.
  7. “Çex cənnəti”qoruğu. Bu qoruqda sizi qumdaşından dik qayalar, qalın meşə, mənzərəli cığırlar və tayı-bərabəri olmayan qalalar gözləyir.

3. Monteneqro

Monteneqroda hava may-iyun və sentyabr-oktyabr aylarında daha yaxşı olur. İyul və avqustda sahildə isti olur və turistlər çoxluq təşkil edir. Mayın ortalarından oktyabrın əvvəllərinə qədər dənizə girmək olar. Monteneqroda hər yer gözəldir – orta əsrlərdən qalma yaraşıqlı şəhərlər, şəffaf Adriatik dənizi, şam ağacları ilə bəzənmiş dağlar və möhtəşəm göllər. Özü də çox da bahalı ölkə deyil. Kafedə 20 dollara 2 nəfərə nahar etmək olar. Sahilboyu ərazilərdən uzaqlaşsanız nahar daha ucuz da başa gələ bilər. Rus dilini bir az bilsəniz yerli əhali ilə anlaşmaqda probleminiz olmayacaq. Monteneqroda ən yaxşısı maşınla səyahətdir. Bir buxtadan o birinə gedin, yolüstü görməli yerlərə baxın. Dağları sevirsinizsə ölkənin kontinental hissəsinə daha çox vaxt ayırın. Monteneqronu gəzmək üçün marşrutu aşağıdakı kimi seçə bilərsiniz:

  1. Kotor. Qala divarına qalxın, Venesiya stilli sarayları və kilsələri seyr edin və yerli bazarda ən yaxşı prşutu (ənənəvi Çernoqoriya yeməyi) seçin.
  2. Boko-Kotor buxtası şəhərləri. Harada istəsəniz dayanın, qırmızı kirəmitli damı olan evlərə baxın və kafelərin eyvanlarında şərab qədəhləri ilə uzun müddət oturun.
  3. Lovçen dağı. Yuxarıda, xüsusilə Neqoşa mavzoleyinin arxasındakı seyr meydanından haradasa bütün Çernoqoriyanı əhatə edən əla görüntü açılır. Dağlarda hətta yayda belə sərin olur, ona görə də əyninizi qalın edin.
  4. Adriatik dənizi. Dənizin sahilini Budvadan Ulçinyaya qədər gəzin, romantik buxtalarda qaralın.
  5.  “Durmitor” milli parkı. Meşə yolu ilə Qara gölə qədər gedin, suya girin və çiyələk yığın.
  6. Ostroq monastırı. Monastır Monteneqronun ən vacib pravoslav ziyarətgahlarından biridir. Sıldırım qayalar əhatəsindəki mağara məbədini görmək üçün Yuxarı monastıra mütləq qalxın.

Podqoritsada Otellər

Podqoritsaya Aviabiletlər

1. Related