Şərqi Avropanın son dərəcə maraqlı yerləri

Xaricə məzuniyyətə yola düşərkən bir çoxları daha ekzotik ölkələrə üstünlük verir. Amma əgər sizi uzun uçuşlar, sakit çimərliklər və ekzotik yeməklər cəlb etmirsə, bu zaman istirahətinizi Şərqi Avropanın görməli yerlərində edə bilərsiniz.

10. Krakov şəhəri. Polşa.

Krakov – qocaman, gözəl və Polşanın tarixi şəhərlərindən biridir. Bu şəhər haqqında hələ VII əsrdə belə qeydlər olub. Krakov öz maraqlı mədəni irsi ilə tanınır. Burada siz qotik və barokko üslubunun nümunələri ilə yaxından tanış ola bilərsiniz.

9. Bran Qəsri. Rumıniya.

Rumıniyanın mərkəzi hissəsində yerləşən Bran Qəsri dünyada ən qorxulu saraylardan biri sayılır. Əfsanəyə görə, o, tarixə Drakula kimi daxil olmuş III-cü Vlada məxsus idi. Məhz bu qəsrin obrazı irlandiyalı müəllif Brem Stokeri “Drakula” adlı dünya şöhrətli qotik romanının yazılması üçün ruhlandırıb.

8. Tallin şəhəri. Estoniya.

Estoniyanın iri şəhəri və paytaxtı Tallin – Avropanın ən qədim və indiyə qədər salamat qalmış şəhərlərindən biridir. Köhnə şəhər hətta YUNESKO-nun Dünya irsi siyahısına da daxil edilib.

7. Xotinsk qalası. Ukrayna.

Xotinsk qalası Qərbi Ukraynanın Xotine şəhərində, Dnestr çayının sağ sahilində yerləşir. Bu orta əsrlərə aid kompleksi həm də Ukraynanın möcüzəsi adlandırırlar. Qala dəfələrlə tanınmış filmlərin çəkiliş meydançası olub.

6. Uvats Çayı. Serbiya.

Uvats – mənbəyini Serbiyanın cənub-şərqindən götürən və Bosniya və Herseqovinanın şərq hissəsindən keçən transsərhəd çaydır. Çayın məcrası maraqlı əyri xətt üzrə axır və ətrafda olan bir çox baxış meydançalarından onu izləmək insana bir başqa zövq verir. Burada müxtəlif heyvanları görmək mümkün olduğu üçün bu yer təbiət sevərlər arasında çox məşhurdur.

5. Moravskiy Karst. Çexiya.

Çexiyada bir çox maraqlı şəhər və görməli yerlər var. Bunlardan ən parlağı – Blansko şəhərinin yaxınlığında təbiət qoruğunda yerləşən Moravskiy Karstdır. Bu təbii kompleksdə 1100 mağara və dərələr yer alır.

4. Minsk. Belarus.

Minsk – Belarus Respublikasının ən böyük şəhəri və paytaxtıdır. Digər xarici paytaxtlarla müqayisədə burada xarici turistlərin sayının daha az olmasına baxmayaraq, bu şəhərdə baxılası və görməli yerlər çoxdur. Bundan əlavə Minskdə gecə həyatı çox gur olduğu üçün bu şəhər gənc səyyahların da çox xoşuna gəlir.

3. Braç Adası. Xorvatiya.

Xorvatiyada materik hissədən başqa çox gözəl ada – Braç Adası yerləşir. Bu adanın nadir özəlliyi var ki, bu da ağappaq çınqılla örtülmüş çimərlikləridir. Bundan əlavə adanın daha bir fərqləndirici xüsusiyyəti onun unikal formasıdır. Adanın siluetini siz bir çox turizm kitabçalarında görə bilərsiniz ki, artıq o Xorvatiyanın turizm rəmzinə çevrilmişdir.

2. Xaçlar Dağı. Litva.

Bu unikal yer Şəuləy adlı litva şəhərindən təxminən 12 km şimalda yerləşir. Burada bir çox xaçlar və Müqəddəs Məryəmin nəhəng heykəlini görmək olar. Hesab edilir ki, burada ən azı 250 min xaç var. Bütün xaçları bura katolik zəvvarlar gətiriblər.

1. Rusiya.

Rusiyanın keçmiş paytaxtı olan Sankt-Peterburq şəhəri YUNESKO-nun Ümumdünya irs obyektləri siyahısına daxil edilib. Bu şəhərdə 36 tarixi memarlıq kompleksi, 4000-ə yaxın memarlıq, tarix və mədəniyyət abidəsi var. Şəhərdə həmçinin 221 muzey, 2000 kitabxana, 80-dən çox teatr, 100 konsert meydançası, 45 sərgi salonu və qalereyalar var. Əbəs yerə deyil ki, Sankt-Peterburqu Rusiyanın mədəni paytaxtı adlandırırlar.

Bu və digər şəhərlərə ən sərfəli qiymətə aviabilet əldə etmək üçün buradan keçin.

Sizə xoş istirahətlər arzu edirik!

SHARE
Şərh et