Aybilet.az logo
Search
Close this search box.
Təyyarə ilə səyahət

Səyahət edənlər nəyə diqqət etməlidir?

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

Təyyarə ilə səyahət edənlər üçün bəzi məsləhətlər.

Uçuşdan əvvəl

  1. Səyahət üçün zəruri sənədlər toplusunu yoxlayın: xarici pasportu (daxili uçuş zamanı isə – şəxsiyyət vəsiqəsini) və təyyarə biletini.
  2. Hava limanında bu sənədlərdən başqa sizə başqa heç bir sənəd lazım olmayacaq. Hava limanının və ya pasport nəzarəti xidmətinin əməkdaşına bir topa sənəd təqdim edərək siz onun lazımi sənəd axtarmasına və bu səbəbdən prosesinin uzanmasına səbəb olursunuz.
  3. Əgər siz beynəlxalq uçuş edəcəksinizsə, bu zaman aviabiletinizin sifariş vərəqəsini və yaşayış yerinizin təsdiqini çap etməyi tövsiyə edirik. Təhlükəsizlik xidmətinin əməkdaşları çox vaxt bu sənədləri də tələb edə bilərlər.
  4. Özünüzlə mütləq göy və ya qara rəngdə olan qələm götürün ki, qeydiyyat zamanı blankların doldurulmasında qələm axtarıb vaxt itirməyəsiniz.
  5. Özünüzlə sənədlərinizin surətini çıxardıb götürün və ya onların şəkilini çəkib öz elektron ünvanınıza göndərin ki, sənədləri itirdiyiniz zaman alternativ variantlardan istifadə edə biləsiniz.
  6. Baqajınızı səliqəli şəkildə qablaşdırın, üzərindən digər hava limanlarına aid yapışqanları qoparın və çamadanın kilidinin işlək vəziyyətdə olmasını yoxlayın.
  7. Qeydiyyatdan keçməyə gec qalmamaq üçün hava limanına tez gəlin.
  8. Hava limanında siz dəfələrlə yoxlamaya məruz qala bilərsiniz. Buna görə bu prosedura əvvəlcədən hazırlaşmaq lazımdır: çalışın kəmər taxmayasız, ayaqqabınız isə çıxardıb geyinmək üçün rahat olmalıdır.
  9. Əl yükündə maye, iti və kəsici əşyaların daşınması qadağandır. Bu növ əşyaların tam siyahısını avia şirkətin saytından əldə edə bilərsiniz. Bu haqda biletin üzərində də qeyd olur.
  10. Əgər sizin bir neçə debet kartınız varsa, bu zaman onlardan birini baqajınıza yerləşdirin ki, pul qabınızı itirdiyiniz halda “B” planından istifadə edə biləsiniz.

Təyyarədə olarkən

  1. Əl yükünüzü onun üçün nəzərdə tutulan xüsusi yerə elə yerləşdirin ki, təyyarə silkələndiyi halda yük üstünüzə düşməsin. Həmçinin yol boyu rahat olmanız üçün ayaqqabılarınızı da çıxartmağınız tövsiyə edilir.
  2. Telefonunuzu “uçuş” rejiminə keçirməyi və ya söndürməyi unutmayın. Bu həm telefonda enerjiyə qənaət etməyə, həm də təyyarənin cihazı ilə problemləri azaltmağa kömək edəcək.

Təyyarədə nə ilə məşğul olmaq olar?

  1. Müasir laynerlərdə kreslolara televizorlar quraşdırılıb. Buna alternativ olaraq noutbukda əvvəlcədən yüklədiyiniz kinoya baxa bilərsiniz. Bundan başqa təyyarədə kitab oxumaq və ya alkoqollu içkilərdən istifadə edə bilərsiniz.
  2. Əgər sizə tez-tez səyahət edirsinizsə, bu zaman elektron kitab əldə edə bilərsiniz ki, özünüzlə hər zaman əlavə yük daşımayasız.
  3. Uzaq uçuşlar zamanı çox maye qəbul etməyin, çünki bu zaman oturaq vəziyyət ilə əlaqəli olaraq ayaqlarınız ağrımağa başlayacaq.
  4. Özünüzlə yuxu dərmanı götürə bilərsiniz. Dərman qəbulundan sonra vaxtın tez keçdiyini hiss edəcəksiniz və təyyarə endikdən sonra yuxusuzluqdan əziyyət çəkməyəcəksiniz.

Təyyarə endikdən sonra

  1. Kreslonun cibinə yerləşdirdiyiniz əşyalarınızı toplamağı unutmayın.
  2. Təyyarə yerə endikdən sonra dərhal çıxışa qaçmağa tələsməyin. Geyinmək və əşyalarınızı yığmaq üçün sizin ən azı 10-15 dəqiqə vaxtınız olacaq. Daha sonra sizi hava limanına qədər yol, pasport nəzarəti xidməti və baqajın verilməsi proseduru gözləyir.
  3. Baqajın alınması proseduru zamanı əgər sizin çantanız daha orijinal və rəngarəng olarsa, onu asanlıqla və ən qısa zamanda tapa biləcəksiniz.
Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT

Praqa

Praqada etməli olduğunuz 10 şey

Karlov körpüsündə qəşəng şəkillər çəkin Karlov körpüsü Praqada səyahətçi-fotoqraf və adi turistlərin ən çox sevdiyi görməli yerdir. Burada suvenirlər satırlar, musiqi alətlərində

Ətraflı »