Səyahət üçün universal dərman qutusu hazırlayaq

Uzun zaman gözlədiyiniz səyahətə gedərkən ən az xəstəliklər haqqında düşünürsüz, lakin onlardan heç kim sığortalanmayıb. Hər ehtimala qarşı, bu pis hadisələrə hazır olmaq lazımdır, əks halda bayağı zökəm və ya döyənəy gözlənilmədən mürəkkəb fəsadlara yol aça bilər. Bəzi ölkələrin apteklərdə reseptsiz yalnız prezervativlər satılır, istədiyiniz dərman faktiki olaraq tapılmır və ya başqa ad altında satılır, kiçik şəhərcik və ya kəndlərdə isə aptek heç olmaya da bilər.

İlk növbədə, əyər xroniki xəstəliyiniz varsa, onlara dair dərmanları ehtiyyatda saxlamalısınız. Yaxşı olar ki, ikiqat həcmdə, çünkü bəzən baqaj itir. Digər dərman vasitələrini təsirinə əsasən cəmləşdirmək lazımdır.

Ağrıkəsici

Baş ağrısına səbəb olan bir çox səbəblər var, onlardan biri də alışmadığımız iqlimdir. Öyrəşdiyinz Pentalqin, Nurofen, Parasetamol kimi ağrəkəziciləri özünüzlə götürün. Onlar sizi qızdırmadan və soyuqdəymənin ilkin simptomlarından qoruyar. Əzələ və digər nahiyyələrdəki spazmlardan isə Spazmalqon köməyinizə yetişər.

Yarasağaldan vasitələr

Barmağınız kəsilib və yaxud yanıbsa, dərd etməyin, əyər yarasağaldan vasitələrdən dərhal istifadə etsəniz. Sarğı üçün istifadə olunan Pantenol və hidrogen peroksid yetərli olar. Yeri gəlmişkən, aptek qutusuna bint, leykoplastır (yaxşı olar ki, su keçirməyən, döyənəklərdən də xilas edər), yod və elastik bint. Bura “Lioton 1000” vasitəsi və onun analoqlarını də daxil etmək olar: uzunmüddətli gəzintilərdən sonra ayağlarınızda olan ağrıları və ağırlığı aradan qaldırır.

Soyuqdəyməyə qarşı vasitələr

Soyuqdəymənin ilkin simptomlarını aradan qaldırmaq üçün Teraflyu, Ferveks və ya Koldreks, zökəmə qarşı damcılar və boğazağrısı spreylərlə, məsələn Geksolarom, Bioparoksom, və s. kimi eləcə də öskürəyə qarşı dərman vasitələrini ehtiyyatda saxlamaq lazımdır.

Mədə-bağırsaq

Əyər siz mətbəxi yad olan ölkəyə səyahətə gedirsinizsə – bu aptek qutusunda ilk musthave-dir. Mədə pozuntusu zamanı İmodium, həzm prosesinin normallaşması üçün Mezim, diareyada Xilak (yoluxucu diareya zamanı, əyər antisanitariya şəraiti olan ölkədirsə – Enterol), zəhərlənmədə isə – Smekta, Enterosgel və aktivləşdirilmiş kömür (spirtli içkini artıq içdikdə) köməyinizə yetişər.

Antihistamin Əyər sizin heç bir zaman allerqiyanız olmayıbsa, çox ehtimal ki, siz meksikadaki ərəbdovşanları ilə qarşılaşmamısınız və bu səbəbdən allerqiya özünü biruzə verməyib. Bu hala öyrəşməmisinizsə, özünüzlə alışdığınız dərman vasitələrini götürməyiniz məsləhətlidir, əyər o da yoxdursa, universal dərmanlar olan Fenistil (damcı və gel), Klaritin (sirop) və s. kimi uyğun gələr. Yaxşı olar ki, yuxu gətirməyən yeni nəsil vasitələri seçəsiniz. Sükan arxası olduğunuz təqdirdə bu özəlliklə aktualdır.