Səyahət zamanı ehtiyacınız olacaq 10 əşya

Aviabilet aldınız və səyahət üçün tam hazırsınızsa ən çətin məsələlərdən biri çantanızı hazırlamaqdır. Bəzən yola çıxdıqdan sonra kaş ki, filan əşyanı da götürsəydim deyirik. Bəs lazımlı əşyalar hansılar ola bilər?! Özünüzlə nələr götürməlisiniz?! Səyahət zamanı nələrə ehtiyacınız olacaq?! Bu suallara əvvəlcədən cavab vermək çətin olsa da, təcrübəmizə əsaslanaraq nələr lazım olacağını sıralamağa çalışacayıq.

Göz maskası

Əksər insanlar işıqlı otaqda yatmaqda çətinlik çəkir. Yuxuya getmələri üçün mütləq hər yerin qaranlıq olmasına ehtiyac duyulur. Əgər sizin də həssas gözləriniz varsa səyahət zamanı özünüzlə göz maskası götürməyi unutmayın. Göz maskası ilə ətrafdakı işıqlandırmadan asılı olmayaraq rahat yatmağınız mümkün olacaq.

Çamadan kəməri

Hava limanlarında və ya sərhəddə ən narahat edici işlərdən biri çantanızı nəzarətçilərə göstərən zaman yaşadığınız andır. Müxtəlif rənglərdə və şifrəli çamadan kəmərindən istifadə etsəniz, çantanızı uzaqdan tanıya bilərsiniz. Bu cür kəmərlər, tənzimlənə bildiyi üçün hər növ çamadana uyğunlaşa bilir. Bundan istifadə edib, kiçik çantanızı da çamadanınıza birləşdirərək, itməsinin və ya oğurlanmasının qarşısını ala bilərsiniz.

Çamadan kilidi

Səyahət zamanı çamadanınızda bir neçə dəfə ayrılırsınız. Çamadanı baqaja verərkən, oradan təyyarəyə yükləyərkən, təyyarədən gedəcəyiniz nöqtəyə qədər baqajınız gələrkən bir çox yerlərdən və insanların əlindən keçir. Bəs bu zaman çantanızın açılmamasından necə əmin ola bilərsiniz?! Bunun bir həlli var. Əlbəttə ki, qıfıl. Açarı yalnız sizdə olan qıfıldan istifadə etsəniz çantanızın sizdən başqa heç kimin açmamasından əmin ola bilərsiniz.

Səyahət yastığı

Əksər insanlar səyahət zamanı yata bilmirlər. Bir çoxları boyunlarının narahat olduğunu əsas gətirərək, yata bilmədiklərini qeyd edir. U hərfinə bənzər bu yastığı boynunuzun arxasına dayayaraq səyahət zamanı boyun ağrısına son verəcəksiniz. Bəzi şirkətlər səyahət üçün bunu müştərilərinə pulsuz təklif etsələr də, gigeniyanı nəzərə alıb, şəxsi əşyanızın olmasını məsləhət görürük.

Paltar ipi

Getdiyiniz yerdə paltarınızı yuduqdan sonra onun qurudulması üçün ip tapmaq mümkün olmaya bilər. Hər iki tərəfi vakumlu dizayn edilmiş, pəncərə və divara bərkidə biləcəyiniz bu paltar ipləri, paltarınızı asmaq üçün sizə köməkçi rolunu oynayacaqdır. Bu ip sayəsində  paltarınızı və çimərlik geyiminizi yuyub, quruda bilərsiniz.

Kilidli paket

Heç bir halda hava keçirməyən bu paketləri, möhkəm olduğu üçün dəfələrlə istifadə etmək mümkündür. Bu paketlərə nəm və ya kremli geyimlərinizin digər geyimlərə qarışmaması üçün istifadə edə bilər və ya vacib sənədlərinizin nəmlənməməsi üçün bu paketdə saxlaya bilərsiniz.

Diş fırçası dəsti

Evdə istifadə etdiyimiz, diş pastası və fırçası böyük ölçülü olduğu üçün, səyahət zamanı bizə mane yarada bilər. Bunun üçün səyahətə çıxmadan öncə səyahət üçün diş fırçası dəsti almağınızı tövsiyə edirik. Tətil zamanı diş qulluğunuza biganə yanaşmamağınız üçün, diş fırçası, kiçik diş pastası və qarqara mayesi ilə birlikdə xüsusi çantada təklif edilən bu dəst, səyahətiniz zamanı ən ehtiyac duyacağınız vasitələrdən biridir.

Təraş aləti

Elektrili təraş avadanlığı səyahət zamanı sizi elektrikdən asılı edəcəkdir. Elektriksiz alət isə üzünüzü yoracaq və əlavə səpkilərə səbəb ola bilər ki, bu da səyahət zamanı heç arzu olunan deyil. Bizim tövsiyəmiz sırf səyahət üçün nəzərdə tutulmuş və USB portla qidalanan təraş avadanlığına sahib olmağınızdır. Bu cür alətlər dolu batareya ilə 30 dəqiqəyə qədər işləyir ki, bu da səyahət zamanı sizə kifayət edəcəkdir.

Çamadan tənzimləyici

Əksər insanların baqajından çıxan geyimlərin qırışmadığını görüb, yəqin ki, təəccüblənmisiz. Bu insanlar əsasən Çamadan tənzimləyinicidən istifadə edirlər. Çamadan tənzimləyicinin şəffaf örtüyü sayəsində əşyalarınınızı görə bilər, onları itirməzsiniz. Çamadanınızın böyüklüyü onu necə istifadə etməyinizdən asılıdır. Çamadan tənzimləyicisi istəyinizə görə iki bölmədən altı bölməyə qədər ola bilər.

Şarj dəsti

Ağıllı telefonların həyatımıza daxil olmasından sonra, artan müxtəlif tətbiqetmələr telefon batareyamızın tez bitməsinə səbəb olur. Evimizdə və ya iş yerimizdə bu bizi ciddi narahat etməsə də səyahət zamanı çox mane ola bilər. Bu halda sizə tövsiyəmiz sarj dəstinə sahib olmanızdır. Bir neçə dəfə telefonunuzu doldura biləcəyiniz powerbankdan əlavə, avtomobildə istifadə edəcəyiniz sabitləyici və telefonunuzu doldura biləcəyiniz avadanlığa qədər lazım olan hər şey dəstə daxildir. Bu dəst sayəsində düşünürük ki, səyahət zamanı sarj problemi yaşamayacaqsınız.