Səyahət zamanı harada qalmaq olar?

Bu məqalədə sizə səyahət zamanı gecələyə və qala biləcəyiniz ödənişli və ödənişsiz variantlar haqqında məlumat verəcəyik.

6. Qonaqlama

Səyahət zamanı ağıla gələn ilk ödənişsiz varinat – qonaqlamadır. Bu həm dostlarınızın evindəki qonaqlıq, həm də dünya qonaqpərvərliyi saytları vasitəsilə tapılmış evlər ola bilər. Bu növ qonaqlamadan istifadə edərək, siz səyahət zamanı gecələmək üçün ödəniş etməyəcəksiniz, maraqlı vaxt keçirəcəksiniz və yeni maraqlı insanlarla tanış olacaqsınız. Bu xidmət vasitəsi ilə siz həm gecələmək üçün dam, həm şəhərlə tanışlıq üçün maraqlı bələdçilər əldə edə bilərsiniz. Bu növ qonaqlamalarda gecələmə fərqli üsullarda təklif edilir: məsələn kimsə sizə ayrıca otaq təklif edəcək, kimsə sizə yerdən yer salacaq və s. Bu üsulla gecələyərək yaxşı olar ki, ingilis dilində bir az danışa biləsiniz ki, ev sahibi ilə ünsiyyət qurmaq mümkün olsun.

5. Çadır

Bu səyahət zamanı ödənişsiz gecələmə üçün olan üsullardan biridir. Çadır qurub, ocaqda yemək qızdırıb, açıq havada yatıb, səhər isə yuxudan canlı təbiətin sədaları altında oyanmaq insana bir başqa duyğular verəcək. Amma belə bir üsul hər kəsə uyğun gəlməyə bilər, həm də gedəcəyiniz yerin iqlimi də sizə açıq havada çadırda gecələməyə mane ola bilər. Bu gecələmə üsulunun daha bir nöqsanı – ağır çəkidir ki, siz özünüzlə çadır, yataq dəsti, qaz balonu və s. lazım ola biləcək əşyaları daşımalı olacaqsınız.

4. Hostel

Bu müasir üslubda düzəldilmiş kiçik yataqxanalardır. Hostel – 6,8,10 nəfərlik olan ümumi otaqlardan ibarət olur. Burada hamam və sanitar qovşağı ümumi mərtəbədə yerləşir. Gecəni hosteldə keçirmək çadırdan daha rahat və maraqlıdır, çünki burada da siz başqa ölkələrdən olan maraqlı insanlarla tanış ola bilərsiniz. Hostelləri siz bizim saytımızın bölməsindən ən sərfəli qiymətlərə bron edə bilərsiniz.

3. Otel, Mehmanxana

Bunun nə olduğu haqda danışmağa ehtiyac yoxdur, çünki otel və mehmanxanalar səyahət zamanı yaşamaq üçün ən geniş yayılmış variantlardandır. Saytımızda siz iri bazanın köməkliyi ilə ən ucuz otelləri bron edə blərsiniz.

2. İcarə mənzil

Bu müxtəliflik və mötəbərliyi sevənlər, ən azı iki və ya daha çox insanla və ya ailə ilə səyahət edənlər üçün əla variantdır. Mənzil kirayələmək – ev sahibi ilə ünsiyyət qurmağa, oteldə deyil, adi insanların yaşadığı evlərdə yaşayaraq ölkənin atmosferinə tam baş vurmağa imkan verəcək. Mənzil kirayəsi üçün ən populyar axtarış servisi – Airbnb.Ru saytıdır. Bu xidmət vasitəsi ilə müxtəlif ekzotik variantlarda olan mənzillər tapmaq olar, məsələn: dəniz sahilində kiçik otaq, ailə mülki, dağlarda villa və s.

1. Ev, Villa

Əgər siz ayrıca villada krallara layiq dincəlmək istəyirsinizsə, sizin üçün bu varinat uyğun olacaq. Əgər siz dostlarınız və ya ailənizlə bir yerdə səyahət edirsinizsə, ayrıca villanın kirayəsi sizin üçün ideal seçimdir. Öz ayrı hovuzu olan 4-5 otaqlı villa sizə istirahətinizin dadını çıxarmağa kömək edəcək.

Sözsüz ki, səyahət zamanı gecələmək üçün bir neçə başqa xırda üsullarda var: bu həm maşında gecələmə, həm çarx üzrə evdə səyahət və s. ola bilər. Amma bunlar qaydalar deyil, istisnalardır.

Sizə çox istirahətlər və maraqlı səyahətlər arzu edirik!

SHARE
Şərh et