Səyahət zamanı maraqlı fotolar

Səyahət

Foto sahəsində kompozisiya, horizont və s. kimi bir neçə çox sərt qaydalar var ki, onları dərk etməyi düşünərkən insan öz kamerasını evdə qoyub səfərə götürməmək qərarına gəlir. Bu səbəbdən bu qaydaları kənara qoyun və səfər zamanı maraqlı şəkillər çəkdirmək haqqında düşünün.

Sizə səfərdən maraqlı şəkillər gətirmək üçün bir neçə məsləhət verəcəyik:

Görməli yerlərin şəkilləri

Çox vaxt turistlər səyahət etdiyi ölkələrdə ən maraqlı və görməli yerləri öz foto aparatlarına çəkməyə cəhd edirlər. Lakin nəzərə alın ki, internetdə bu yerlərin 1000-lərlə professional qaydada və rakursdan çəkilmiş şəkilləri var. Bunun üçün səyahət zaman öz səyahətinizi, emosiyalarınızı çəkin. Bu cür foto şəkillər internetdə yoxdur 🙂 Fotoşəkillərdə öz əhval-ruhiyyənizi göstərin. Görməli yerlərin fonunda qurma yumoristik kadrlar hazırlayın. Belə şəkillər sizin emosiyalarınızı bir neçə ilə qədər saxlaya və hətta 5-10 ildən sonra da sizə həmin hissləri yaşada bilərlər.

Kameraya baxmayın

Bir çox turistlər şəkillər çəkdirərkən kameraya baxmağı üstün tutur. Bu zaman çəkilmiş foto şəkillər sırf informasiya ötürücüsü kimi çıxış edir. Şəkillərinizin daha canlı və maraqlı olması üçün çalışın kameranın obyektivinə baxmayasınız. Bu halda şəkillər daha təbii və canlı alınacaqlar.

Şəkillərin korreksiyası

İstənilən fotonun kiçik bir düzəlişə ehtiyacı var. İstənilən turist də çəkdiyi şəkilləri, təbii ki, redaktə etməyi üstün tutur. Rəqəmsal montaj, Instagram və digər proqramlar fotoların daha da canlanmasına səbəb olur. Sözsüz ki, səfərdən yaxşı şəkillər gətirmək üçün siz fotoqraf olmalı deyilsiniz, amma bəzi elementar proqramlar vasitəsi ilə şəkillərin rəngini düzəldə, lazımsız yerləri kəsə bilərsiniz.

İnternetdə artıq fotoşopa aid bir çox hazır şablonlar var ki, çəkdiyiniz şəkillərin korreksiyası üçün onlardan da istifadə edə bilərsiniz.

Sonuncu məsləhət – digər turistlərin çəkdiyi şəkillərə baxıb ilhamlanın!
Saytımızın bu bölümündən ucuz aviabiletlər alaraq səyahət etdiyiniz yerlərdə maraqlı fotolar çəkə bilərsiniz.

Sizə xoş səyahət və maraqlı fotolar arzu edirik!

SHARE
Şərh et