Səyahət zamanı nələr etmək olmaz?

Səyahət zamanı nələr etmək olmaz?

Bir çoxları səyahətə hazırlaşarkən bəzi məqamları diqqətdən kənarda saxlayırlar. Bu səbəbdən qərara gəldik ki, sizə səyahət zamanı məsləhət olmayan hərəkətlərdən uzaq olmaq üçün bəzi məqamlar barədə məlumat verək.

Pulun hamısını hava limanında dəyişməyin

İlk olaraq xarici ölkəyə çatdıqda hamı əlində olan vəsaiti yerli valyutaya dəyişməyə tələsir. Lakin bəzən hava limanında olan məzənnə şəhərin məzənnəsindən bir neçə dəfə baha olur. Bu səbəbdən, yalnız sizin gediş haqqınızı ödəmək üçün lazım olacaq qədər məbləği dəyişməyi məsləhət görürük.

Hostellərdən çəkinməyin

Ola bilsin ki, “hostel” sözünü eşitdikdə siz, metal çarpayılar və qəribə qoxuyan döşəklərlə dolu yataqxana təsəvvür edirsiniz. Lakin bir çox hallarda hostel xoş və rahat yerdir ki, burada siz həm gecələyə, həm axşamlar ünsiyyət üçün yeni dostluqlar yarada, hətta öz şəxsi əşyalarınızı xüsusi qutularda gizlədib rahat şəkildə gəzintiyə çıxa bilərsiniz.

Turistlər üçün nəzərdə tutulan yerlərdə qidalanmayın

Bir məqamdan əmin ola bilərsiniz ki, illərdir şəhərin ən mötəbər restoranı adı üzərində çalışan məkanın qiymətləri elə də ucuz olmur. Bu səbəbdən, turistləri cəlb etmək üçün xüsusi yerlərdən deyil, bir az şəhər mərkəzindən kənarda yerləşən kiçik ailəvi restoranlardan istifadə edə bilərsiniz.

Sosial şəbəkələrdən yardım istəməyə çəkinməyin

Əgər sizin sosial şəbəkələrdə səyahət etməyi sevən kifayət qədər dostunuz varsa, bu zaman onlardan həqiqətən də dəyərli məsləhətlər almaq ehtimalınız da böyükdür.

Taksidən istifadə etməyin

Bir çox xarici ölkədə bütün gün ərzində işlədə biləcəyiniz xüsusi yol bileti ala bilərsiniz ki, bu bütün gün ərzində taksidən istifadə etməkdən daha ucuz başa gələcək.

Həmçinin velosipedlərin kirayəsinə də diqqət yetirin. Əgər siz şəhərin bir istiqamətində hərəkət etməyi planlaşdırırsınızsa, bu zaman velosiped sizin üçün standart piyada gəzintisindən daha yaxşı variant ola bilər.

Pulsuz ekskursiyalara etinasızlıq göstərməyin

Təbii ki, turistik şəhərlərdə eksursiyalar təşkil edən fəallar da var. Bu zaman siz ödəniş etmədən yaxınlıqda olan qrupa qoşularaq bələdçini dinləyə bilərsiniz.

Sığorta haqqında unutmayın

İstənilən viza üçün sığorta tələb edilir. Bəzən sığortanı həmçinin gömrükdə də istəyə bilərlər. Bundan əlavə, səyahət zamanı sizin başınıza hər hansı xoşagəlməz hadisə gələrsə, bu halda sığorta şirkətləri sizin köməyinizə çatacaq.