Səyahət
shutterstock By S_Photo

Hər kəsin məzuniyyətə lazım ola biləcək əşyaların özünəməxsus siyahısı var. Bununla belə təqdim edəcəyimiz siyahıda olan bir neçə faydalı əşya da hər zaman sizin köməyinizə çata bilər.

Səsazaldan qulaqcıqlar

Bu qulaqcıqların köməyi ilə siz yanınızda ağlayan körpənin səsindən və ya yüksək səslə danışan digər sərnişinin əlindən qurtarmış olacaqsınız.

Rahat ayaqqabılar

Əgər səyahətinizdə uzun gəzintilər və ya dağların fəthi nəzərdə tutulursa, bu zaman sizin köməyinizə rahat kedlər və ya sport ayaqqabılar çatacaq.

Əşyalar üçün xüsusi qablaşdırma

Əşyalarınızı çamadana yığarkən ayrı-ayrı qablaşdırmalara yerləşdirə bilərsiniz ki, onları axtaranda rahatlıqla tapa bilərsiniz.

Dərman qutusu

Bəzən yolda lazım olmasa belə, dərmanları rahat şəkildə yerləşdirmək üçün xüsusi qutuya diqqət edin.

Dördtəkərli çamadan

Bu çamadan ikitəkərlidən daha funksionaldır və düzgün seçim zamanı sizə daha uzun müddət xidmət edəcək.

Kiçik bel çantası

Fəal istirahəti sevənlər üçün kiçik bel çantası əla seçim olacaq.

Yükləmə üçün yükləyici

Bu xüsusi yükləyicilər Avropada lazım olmasa da, ABŞ və Çində köməyinizə çatacaq.

Xarici akkumulyator

Xarici akkumulyatorun köməyi ilə, hətta  ən münasib olmayan vaxtda belə rabitəsiz qalmayacaqsınız.

Vakuum paketlər

Əgər baqajınızda yer az və əşyalarınız çoxdursa, bu zaman vakuum paketlərdən istifadə edə bilərsiniz.

Yuxu üçün yastıq

Səyahət üçün ən yaxşısı hava ilə doldurulan kiçik yastıqdır ki, çantanızda artıq yer tutmasın.