Aybilet.az logo
Search
Close this search box.

Səyahətdə pul problemini aradan qaldıran 10 qayda

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

Təsəvvür edin ki, xaricə məzuniyyətə gedirsiniz orada isə siyasi sarsıntı, qasırğa və ya epidemiya var. AyBilet.az ucuz aviabilet və otel axtarış xidməti, səyahətinizi problemsiz başa vurmaq üçün ən yaxşı maliyyə tövsiyələrini toplayıb.

Öz bankınıza xaricə getdiyinizi xəbər verin

Bankı getməyiniz haqqında xəbərdar etmək çoxlarına qəribə gələ bilər. Lakin bunu etmək ən yaxşı variantdır. İnternet-bank çatı və ya “kol-sentr”ə zəng vurmaqla səyahətə getdiyinizi xəbər verə bilərsiniz. Bunu getməyinizə 1 həftə qalmış etməyiniz məsləhətdir. Xəbər verməsəniz bank xaricdə kartla nəsə aldıqda onu fırıldaqçılıq kimi qiymətləndirə və kartı bloklaya bilər. Onu da bilmək vacibdir ki, bankı xəbərdar etməyiniz kartınızın bloklanmayacağına zəmanət vermir. Əməliyyat şübhəli olsa istənilən halda bu baş verəcək.

Müxtəlif ödəniş sistemlərinə malik bir neçə kart götürün

Xaricdəki bütün mağazaların sizin kartınızı qəbul edəcəyini düşünməyin. Məsələn, American Expressin komissiyaları çoxdur, ona görə də bu sistemin kartı ilə daha çox bahalı yerlərdə ödəniş etmək məsləhətdir. Həmçinin haradasa Visa qəbul oluna və Mastercard qəbul olunmaya və ya əksinə ola bilər. Problem olmasın deyə xaricə gedərkən minimum 2 ödəniş sisteminin kartını götürün.

Bankın telefon nömrəsini götürün

Bankın telefon nömrəsi adətən kartın arxa hissəsində olur. Əgər onu itirsəniz və ya oğurlasalar nömrəni İnternetdə axtarmalı olacaqsınız. Nömrənin telefonunuzda və ya pul qabınızdan ayrı yerdə saxladığınız kiçik kağızda yazılması daha yaxşıdır. Telefon hesabınızda pulun olmasını da nəzarətdə saxlayın. Operatorla danışıq uzun çəkə bilər, beynəlxalq əlaqə isə bahalı olur. Əlinizin altında internet varsa bankların çoxu problemi çat və ya sosial şəbəkələrdə danışmaqla da həll edə bilər.

Xaricdən necə zəng vurmağı öyrənin

Xaricdən evə zəng vurmaq asan olmaya bilər. Sadəcə yadda qalan nömrəni yığmaq kifayət etmir. Beynəlxalq kodu və ölkə kodunu yazmaq tələb olunacaq. Yerli sim-kartdan istifadə etsəniz də eyni problem yaranacaq. Səyahətə gedənə qədər və ya ona başlayanda məlumat kitabçalarından banka və ya yaxın adamlara zəng vuran zaman yığmalı olduğunuz kodları öyrənin.

Getdiyiniz yerdə bankomatların olub-olmamasını əvvəlcədən öyrənin

Getdiyiniz yerdə sonsuz sayda bankomatların olacağını düşünməyin. Məsələn, ekzotik adalarda təkcə bir bankomat ola və ya heç o da olmaya bilər. Həmçinin dağlara gedən zaman xoşagəlməz sürprizlə də rastlaşa bilərsiniz. Olacağınız yerin yaxınlığında bankomatlar haqqında əvvəlcədən məlumat alın. Nağd pul çıxaran zaman komissiya məbləğini də öyrənmək maneçilik törətməz.

Depozit saxlamağa hazır olun

Arendaya avtomobil verən otel və şirkətlərin çoxu xidmətlərinə görə çox vaxt qabaqcadan ödəniş almırlar, amma hamısı belə hərəkət etmir. Hərdən otel və ya digər şirkət ödəməli olduğunuz məbləğin bir hissəsini bloklayır. Bu, oteldə 1-3 gecə qalmaq və ya bir neçə yüz dollar konkret məbləğ qədər ola bilər. Həmin məbləğ getməzdən bir neçə ay əvvəl kartda bloklaşdırılır. Belə olmasını istəmirsinizsə qabaqcadan ödəniş olmayan təklifi seçin və ya pulsuzdursa bronlaşdırmanı ləğv edin.

İnternet-bankinq üçün ictimai Wi-Fi-dan istifadə etməyin

Aeroportlarda, parklarda, restoranlarda, nəqliyyatda, muzeylərdə ictimai internet turist üçün əvəzedilməzdir. Çünki internetdən istifadəyə görə qənaət etmiş olur. Lakin nəzərinizdə saxlayın ki, bu şəbəkələr nadir hallarda qorunur və daxil edilmiş məlumat hakerlərə məlum ola bilər. VPN əlavəsindən və ya brauzer genişlənməsindən istifadə edin. O zaman əlaqə qorunmuş olacaq.

Kəmər üzərində olan kiçik çantalardan istifadə edin

Belə çantalar keçən əsrin 90-cı illərində daha çox məşhur idi. Düzdür, çox yaxşı görünməsə də, bu çantalar oğrular üçün çətin yem idi. Onlar yatmaq mümkün olan uzaq gəzintilərdə və ya çoxlu insanlar olan festivallarda lazım olur. Belə çantalara pasport, bank kartları, nağd pul və açar qoymaq olar.

Qiymətli əşyalarınızı ayırın

Bütün pul və ya bank kartlarınızı özünüzlə götürməyin. Bir hissəsini oteldə seyf varsa seyfdə saxlayın. Nəticədə soyulan zaman sizi təmin etmiş olar. Həmçinin səyahətçilərə pulları müxtəlif ciblərdə, pul kisələrində və hətta alt-paltarlarında bölüşdürmək məsləhət görülür.

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT

istanbul

Əfsanəvi İstanbul

İstanbul öz gözəçarpan təbii gözəlliyi, tarixi abidələri və bu iki meyyarı özündə mükəmməl şəkildə birləşdirə bilən çox əhəmiyyətli və məşhur metropolisdir. Qədim

Ətraflı »
istanbul

İstanbula 3 günlük səyahət

Əgər bu günə qədər sərbəst səyahət etməmisinizsə artıq bunu etməyin tam zamanıdır. Çamadanlarınızı hazırlayın İstanbula yollanırıq. Dil, din və mədəniyyət baxımından bizə

Ətraflı »