Səyahətdən əvvəl hansı peyvəndlər vurulmalıdır?

Səyahət

Adətən səyahət etməyə hazırlaşanlar çox vaxt səfərdən əvvəl peyvəndlərin edilməsi barədə düşünmür. Bir çoxları fikirləşir ki, peyvənd yalnız Amazon meşələri və ya Afrika safarisi zamanı vəhşi təbiət şəraitində istirahət zamanı lazım olur. Lakin hətta ekzotik olmayan səyahətlər belə tibbi preventiv tədbirlər tələb edir.

Rusiyaya səfər zamanı:

Əksər ölkələrdə peyvənd üçün milli və profilaktik təqvimlər mövcuddur ki, burada insanın müəyyən yaşda almalı olduğu hər növ vaksinlər təsvir edilib.

Ehtimal olunur ki, Rusiyada orta yaşlı bir adam artıq məxmərək, qızılca, difteriya, hepatit B-yə qarşı peyvənd olunub. Qalan vaksinlər isə yoluxucu xəstəliklər aşkar edildikdə müalicə edən həkim tərəfindən fərdi qaydada təyin edilir.

Afrika ölkələrinə səfər zamanı:

Afrikanın əksər ölkələrinə getmək üçün məcburi peyvənd tələb olunmur və vaksinlərin siyahısı yalnız tövsiyə xarakteri daşıyır.

İstisna: “Sarı qızdırma” kimi tanınan xəstəliyin yayıldığı ölkələrdir. Bu ölkələrin sərhədini keçmək üçün peyvəndlərin vurulması barədə beynəlxalq sertifikat tələb edilir. Bu peyvəndlər səyahətə ən geci 10 gün qalmış edilməlidir və bu halda 10 il ərzində immuniteti saxlayırlar.

Peyvənd haqqında səyahətə ən azı 2 ay qalmış düşünmək lazımdır.

Latın Amerika ölkələrinə səfər zamanı:

Cənubi Amerikada “sarı qızdırma”-nın xüsusi yayılma ocaqları var ki, burada ilk olaraq ərazisinə daxil olmaq üçün vaksinasiya tələb olunan ölkələrin siyahısını yoxlamaq lazımdır. Əgər siz cəngəlliklərə səyahət edəcəksinizsə, bu zaman peyvəndin vurulması zəruridir.

Asiya ölkələrinə səfər zamanı:

Əgər siz Asiyanın flora və faunasını tədqiq etməyi  düşünmürsünüzsə, bu zaman məcburi peyvənd etməyə ehtiyac yoxdur. Lakin standart peyvənd dəsti (Hepatit A, Hepatit B) tövsiyə olunandır.

Vacibdir: Əgər siz uşaqlıqda (və ya gənclikdə) peyvənd olunubsunuzsa, bu zaman peyvəndin hansı dövr üçün immunitet formalaşdırdığını öyrənin. Zərurət yarandığı halda, təkrar peyvənd edə bilərsiniz.

İstənilən səfər zamanı ümumi ehtiyat tədbirləri:

  • Krandan su içməyin.
  • Əllərinizi və məhsulları yaxşı yuyun.
  • Özünüzlə dezinfeksiya üçün (antiseptik) vasitə götürün.
  • Şübhəli yerlərdə və küçədə yemək yeməyin.
  • Ümumi immunitetin möhkəmləndirilməsi və mədə-bağırsaq üçün əvvəlcədən vitaminlər qəbul edin.
  • Həşəratlara qarşı vasitələrdən istifadə edin.
  • Özünüzlə hər zaman antihistamin preparatlar götürün. Hətta əgər sizdə heç vaxt allergiya olmasa belə, orqanizminiz iqlim dəyişikliyinə, fərqli yeməklərə, həşəratların dişləməsinə və s. qarşı güclü allergik reaksiya verə bilər.
  • Virus epidemiyasının başlamasını gördükdə qaldığınız binanı tərk edin, nəqliyyatı, yataq dəstini, oteli dəyişdirin.
  • Əvvəlcədən turistlər üçün zəruri sığorta paketini ala bilərsiniz. Səhhətinizin pisləşdiyi zaman həkimə müraciət edin və sağlamlığınızda qənaət etməyin.
  • Yerli salonlarda tatuaj etməyin.

Səyahətinizi məntiqlə qurun və parlaq təəssüratlardan imtina etməyin! Dünya bu məqaləni oxuduqdan sonra görünə biləcəyi qədər təhlükəli deyil!