Səyahətdən nələr gətirmək olar?

Əgər siz səfərlərinizdən maqnit kolleksiyası yığmaqdan artıq bezmisinizsə və evinizdə başqa suvenirləri də yığmağa yer tapmırsınızsa, bu zaman bu məqalə məhz sizin üçündür.

Bəzən səyahətdən qayıtdıqdan sonra özünüzlə bir sıra lazımsız əşyalar gətirdiyinizi anlayırsınız. Bəs bu zaman evinizdə toz yığan suvenirlərin çoxalmaması üçün səfərdən hansı maraqlı əşyalarla qayıtmaq olar?

  1. Sadəcə gözəl əşyaların əvəzinə funksional əşyalara üstünlük verin, məsələn: sancaqlar, üzüklər, sırğalar, saç üçün aksesuarlar və s. Bunun üçün bahalı mağazaları gəzməsəniz belə, bəzən kiçik suvenirlər satılan mağazalarda da bu cür gözəl bijuteriyalara rast gələ bilərsiniz.
  2. Səfərdən şam ağacı üçün oyuncaqlar gətirə bilərsiniz. Bu suvenir üçün ideal variantdır, çünki il boyu kənarda bir qutuda saxlanılır, ildə bir dəfə isə istifadə edildikdə gözəl xatirələr canlandırır.
  3. İş adamları səfərdən qayıdarkən özləri ilə maraqlı qələm, gündəlik, cib təqvimi və digər ofis ləvazimatları gətirə bilərlər.
  4. Çox səyahət edənlər müxtəlif restoran və kafelərin şəkər paketlərini və nəm salfetlərini kolleksiya edə və daha sonra isə hər hansı tədbirdə dostlarla görüş zamanı onları təntənəli sürətdə istifadə edə bilərlər.
  5. Daha bir variant – musiqidir. Səyahətdə siz suvenir kimi maraqlı fleşka əldə edə və yerli sakinlərdən hal-hazırda dinlədikləri yerli musiqini həmin fleşkaya yazmaqlarını xahiş edə bilərsiniz. Bu fleşkadakı musiqini dinləyərkən siz həmin yerlərin xatirəsini canlandırmış olacaqsınız :).
  6. Əgər siz yalnız səfərinizin abu-havasını qoruyub saxlamaq istəyirsinizsə, bu zaman giriş biletlərini, alış-veriş çeklərini, həmin yerlərdə çəkdiyimiz şəkilləri çap edərək səyahət etdiyiniz ölkənin konsepsiyasında maraqlı albom düzəldə bilərsiniz.

Əgər bu ideyalar sizin ürəyinizsə deyilsə, bu zaman özünüzə özəl siyahı hazırla bilərsiniz!

Suvenirlər və maraqlı hədiyyələr almaq üçün konkret yerlərə gəldikdə isə – yerli bazarları və antikvar mağazaları gəzə bilərsiniz. Sadəcə çalışın suvenir köşklərindən uzaq olasınız, çünki burada qiymətlər bir neçə dəfə baha olur.

Heç kəsi unutmamaq üçün kimlərə hədiyyələr almaq istəyirnizsə onların siyahısını tutun və kimə nə alacağınızı düşünün. Məsələn bir az yaşlı insanlar üçün evdə işlətməyə kiçik funksional əşyalar seçə bilərsiniz. Çox yaxın adamınız üçün – kosmetik vasitələrdən seçim edə bilərsiniz. Əgər ümumiyyətlə seçimdə çətinlik çəkirsinizsə, bu zaman çay (çay fincanı da ola bilər), yaxşı qəhvə və şokolad istənilən halda əla seçim olacaq.

Maraqlı səyahətlər arzusu ilə!