Aybilet.az logo
Search
Close this search box.
ayaqqabıları necə yerləşdirmək olar?

Səyahətə hazırlaşarkən ayaqqabıları necə yerləşdirmək olar?

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

Ayaqqabılar həcmli, ağır  və bəzən də çirkli olduğu  üçün onları çamadana asanlıqla yerləşdirmək mümkün olmur.  Çirkli ayaqqabıları təmizləmək asandır. Digər problemləri isə aradan qaldırmaq üçün İngilis alimləri tərəfindən hazırlanmış xüsusi yerləşdirmə üsulları ilə tanış olun:

Ən əsası ayaqqabı cütünün sayını bilmək və yerləşdirmə üsulunu  seçməkdir.

 Məsləhət №1 : çamadanın yan hissələrinə yerləşdirin  

Əgər 2 cüt ayaqqabı götürürsünüzsə çamadanın yan hissələrinə yerləşdirin. Ayaqqabıların altlıqları çamadanın divarlarına tərəf olmalıdır. Hər ayaqqabını ayrı-ayrılıqda yerləşdirin. Bundan əvvəl ayaqqabılar yaxşıca yuyulmalı və digər təmasda olan əşyaları çirkləndirməməsi üçün kağıza və ya paketə bükülməlidirlər.

Bu üsul üçün çamadanın orta hissəsinin sıx doldurulmuş olması vacibdir. Əks halda ayaqqabılar qoyduğunuz yerdə durmayacaq və digər əşyalarla qarışacaq. Əgər siz əksinə çox əşya götürürsünüzsə yerə qənaət etmək üçün corablar, qalstuk və yaxud kəmər kimi kiçik əşyaları ayaqqabların içinə qoya bilərsiniz. Gigiyenanın qorunması məqsədiylə bunu etməzdən əvvəl ayaqqabılar üçün xüsusi təravətləndiricidən istifadə edin.

Məsləhət №2: çamadanın dibinə yerləşdirin 

Əgər 2 cütdən artıq ayaqqabı götürürsüzsə çamadanın dibinə yerləşdirin. Əvvəlcə ayaqqabıları təmizləyin və “valet” şəklində hər cütü kağıza və ya xüsusi çexola bükün, sonra isə çamadanın dibinə yerləşdirin. Cütlərin arasındakı boş məsafələrə kiçik əşyalarınızı qoya bilərsiniz. Qalan əşyaları isə çamadanın üst tərəflərinə yerləşdirin.

Məsləhət №3: çamadanın xüsusi bölümünə yerləşdirin 

Bu məsləhət yüngül səyahət sevənlər üçündür. Tutaq ki siz yalnız sport ayaqqabı və tərliklər götürməlisiz. Əvvəlcə idman ayaqqabılarını yuyun və tərliklərin alt hissəsini silin. Sonra ayaqqabıları alt tərəfləri üstə doğru cütləşdirib kağıza və ya paketə bükün. Yerə qənaət etmək üçün kiçik əşyaları ayaqqabıların içinə doldurun. Sonda isə ayaqqabıları çantanın xüsusi bölümünə yerləşdirin.

Əgər tərlikləri yolda və ya çatan kimi istifadə etməyi düşünürsüzsə, onları rahat əldə etmək üçün üstdən yerləşdirin.

Məsləhət №4: bel çantasının ortasına yerləşdirin

Əgər siz ancaq əl yükü ilə səyahət etməyi və bütün əşyaları bel çantasına yerləşdirməyi  istəyirsizsə bu qaydalara riayət etməlisiz. 1-ci: ən ağır ayaqqabıları ayağınıza geyinin. 2-ci: iki cütdən artıq ayaqqabı götürməyin. Əgər siz hansı ayaqqabıları götürəcəyinizi müəyyənləşdirdinizsə onları əvvəlki məsləhətlərdə qeyd olunduğu kimi bükün və içlərinə kiçik əşyaları qoymağı unutmayın. Hər iki cütü ən dibə yox, çantanın mərkəzində yerləşdirin Bu vəziyyətdə ağırlıq belinizə çox düşməyəcək və siz daha az yorulacaqsız.  Ən dibə isə sizin üçün ən axırıncı növbədə  lazım olacaq əşyaları qoyun, üstdən isə asanlıqla götürmək istədiyiniz vacib əşyaları yığın.

Məsləhət №5: yük çantasına yerləşdirmək

Loukosterlər əl yükünün ölçülərinə məhdudiyyət qoyduqları üçün rahat bel çantası əvəzinə daha yığcam, oturacağın altına və ya üst rəfə yerləşən yol çantası götürmək məcburiyyəti yaranır. Bu vəziyyətdə 1 cüt ayaqqabıdan artıq götürmək məsləhət deyil. Əks halda digər əşyalar yerləşməyəcək.

Ayaqqabı səyahət üçün hazır olanda onu yük çantasının dibinə yerləşdirin, yanına isə ən ağır və həcmli əşyaları qoyun. Üstdən isə daraq, gecə paltarı, diş pastası və fırçası kimi yüngül əşyaları yerləşdirin.

Məsləhət №6: digər əşyalarla hündürdaban ayaqqablarınızı yerləşdirmək 

Əgər siz səyahətə dikdaban ayaqqabı götürməlisinizsə çalışın onları düzgün yerləşdirin. Klassik dikdaban ayaqqabılar çox yer tutduqları üçün və daban hissələrində boş məsafələrin qaldığı üçün onları daşımaq çətin olur. Daha effektiv yerləşdirmək üçün əvvəlcə köynəkləri, cins şalvarları və gödəkcələri yerləşdirin, sonra isə ayaqqabları. Bu vəziyyətdə onlar ən dibdə olmayacaqlar və dabanların arasındakı məsafələri kiçik yumşaq əşyalarla doldurmaq olacaq. Ayaqqabıların içinə isə bükülmüş corab yerləşdirin ki əzilməsinlər.

AyaqqabıÜmumi məsləhətlər

  1. Götürəcəyiniz ayaqqabılardan ən ağır və həcmli olanını səyahət zamanı geyinin.
  2. Çamadanda götürəcəyiniz ayaqqabını mütləq yuyun.
  3. Hər ayaqqabını ayrıca kağıza, paketə və ya çexola bükün.
  4. Ayaqqabını yerləşdirdiyiniz paketdən havanı çıxardın ki daha az yer tutsun.
  5. Corabları ayaqqabıların əzilməməsi və xarici görünüşünün saxlanması üçün onların içinə qoyun.
  6. Ayaqqabıları çamadanın yan tərəflərinə və yaxud ən dibə yerləşdirin. Burada ayaqqabıların əzilməsinə və onların digər əşyaları korlamasına ehtimal daha azdır.
  7. Ayaqqabı təravətləndiricidən onları yerləşdirmədən ən az 2 gün əvvəl istifadə edin.
Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT

istanbul

Əfsanəvi İstanbul

İstanbul öz gözəçarpan təbii gözəlliyi, tarixi abidələri və bu iki meyyarı özündə mükəmməl şəkildə birləşdirə bilən çox əhəmiyyətli və məşhur metropolisdir. Qədim

Ətraflı »