Sizə səyahət etməyi sevdirəcək maraqlı faktlar

Psixoloqlar məzuniyyət vaxtı heç vaxt olmadığınız yerlərə getməyi məsləhət görürlər. Yer dəyişikliyi insanlara hər zaman müsbət enerji verir. Bu səbəbdən istirahətinizi divanda televizor qarşısında deyil, sərfəli qiymətə aviabilet əldə edərək səyahətdə keçirin.

Sizə səyahət etməyi sevdirəcək onlarca maraqlı faktlar təqdim edirik:

  1. Səyahətlər problemlərin həlli vərdişini yaxşılaşdırmağa kömək edir.
  2. ABŞ-da hər səkkiz yeni iş yerindən biri turizm və səyahətlərdən asılıdır.
  3. Səyahətdə keçirilən məzuniyyət, ürək xəstəlikləri riskini azalda bilər.
  4. Araşdırmalar göstərir ki, səyahət üçün xərclənən pullar, insanı maddi nemətlər üçün xərclənən puldan daha çox xoşbəxt edir.
  5. İnsanların 89%-i səyahətin artıq ikinci günündə stressin azalmasını hiss edirlər.
  6. Səyahət depressiyanın öhdəsindən gəlməyə kömək edir.
  7. Səyahət beynin ümumi sağlamlığını stimullaşdırır.
  8. Bir yerdə səyahət edən cütlüklər, bir-birlərinə daha çox yaxın olurlar.
  9. Səyahətlər yaradıcı potensialı inkişaf etdirir və insanı ruhlandırır.
  10. Fransa dünyada ən çox ziyarət olunan ölkədir.
  11. 2013-ci ilin məlumatına görə isə, dünyada ən çox ziyarət edilən şəhər – Banqkokdur.
  12. Qonolupu – ABŞ-da Kral sarayının olduğu yeganə yerdir.
  13. Rusiya oksigen istehsalı üzrə bütün dünyada liderdir.
  14. Fransa ən çox saat qurşağını əhatə edir (12).
  15. Bütün dünyada ən çox göl – Kanadadadır.
  16. Monqolustan dünyada ən az məskunlaşmış yerlərdən biridir. Burada 2,5 kilometrə cəmi 4 nəfər düşür.
  17. Niger – ən gənc əhalisi olan ölkədir.
  18. Hindistan dünyanın ən çoxmillətli ölkəsidir.
  19. Monako Nyu-Yorkun mərkəzi parkından daha balacadır.
  20. Dünyanın ən böyük oteli “İzmaylovo” Rusiyada yerləşir. Burada 7500 nəfərdən çox adam yerləşə bilər.
  21. Bütün dünyada ən savadlı əhali – Kanadadadır.
  22. Liviyanın 99%-ni səhra tutur.
  23. Ən çox məhbus – ABŞ-dadır.
  24. Atlantadakı Xartsfild-Jekson adlı beynəlxalq hava limanı – dünyada ən yüklü hava limanıdır.
  25. Günün istənilən vaxtı təxminən 61000 adam ABŞ üzərindəki səmadan keçir.
  26. Dünya hava limanlarının 1/3-ü ABŞ-da yerləşir.
  27. Çilinin San Alfonso Del-Mara kurortu dünyada ən böyük hovuza malikdir (təxminən 249 mln. litr).
  28. Las-Veqas dünyada ən çox mehmanxana nömrəsinə malik olan şəhərdir.
  29. Ən qısa uçuş – cəmi iki dəqiqə davam edir (şotlandiya adası Uestreydən Papa-Ustrey adasına qədər).
  30. Ən uzun uçuş isə – Sidneydən Dallas şəhərinədir. O təxminən 16 saat davam edir və 8500 mil (13679 km) əhatə edir.
  31. Ən çox dil növü – Yeni Qvineyadadır.
  32. “Dünya ətrafında 80 gün” adlı kitab bir çox səyyahları romanın qəhrəmanlarının rekordunu vurmağa ruhlandırıb.
  33. Jeyms Kuk Antarktidadan başqa bütün qitələrə səyahət edib.
  34. Dünyada ən uzun çimərlik Banqladeşdə yerləşir.