Tbilisidən 12 unudulmaz təəssürat

Tbilisi

“Tbilisi loves you” Gürcüstan paytaxtının mərkəzində pulsuz Wi-Fi-ın adıdır. Şəhərdə gəzərkən bu sevgini hər saniyə hiss edirsiniz.

Rustaveli prospektində gəzin

Tbilisinin əsas prospektində hər bir binaya hərtərəfli baxmaq istəyirsən. Köhnə parlament sarayının uzun arkalarını və opera və balet teatrının riflənmiş fasadını seyr edin.

Xaki rəngli hündür çinar ağacları altında kölgəli Rustaveli prospektində gəzmək o qədər xoşdur ki, burada saatlarla vaxt keçirmək olar.

Leselidzedə feyxoa dondurmasından dadın

Bu kiçik sakit küçədə kofe için, çaytikanı və feyxoa dadlı dondurma satılan Luca Polareyə baş çəkin. Leselidzedə yaxşı suvenirlər də almaq olar. Şərab və onu içmək üçün buynuz, milli kostyum geymiş kuklalar və s.

Şəhərə Narikala qalasından baxın

Gözəl Narikala qalası Kür çayı üzərində yerləşir. Qalanı bütün tarixi boyu heç kim ala bilməyib. Oraya kanatla 1 lariyə qalxmaq olur. Funikulyora minin və Tbilisinin 360 dərəcəlik mənzərəsindən həzz alın. Bəzi kabinələrin hətta döşəmələri də şəffafdır.

Kükürd hamamlarında istirahət edin

Əfsanəyə görə Tbilisi öz adını məhz qaynar su mənbələrindən götürüb. Gürcü dilindən tərcümədə “tbili” isti deməkdir. Abanotubani məhəlləsindəki kükürd hamamları şəhərin ən görməli yerlərindən birinə çevrilib. Buraya dəstə ilə gəlin, bir hamam bağlatdırın, şərab və ya Borjomi götürün və təsəvvür edin ki, XVIII əsrin spa mərkəzindəsiniz. Sərt gürcü massajını mütləq sifariş edin. Hamamçı sizdən 3 qat dəri qoparacaq, bir neçə dəfə gah isti, gah buzlu su ilə isladacaq. Nəticədə isə özünüzü 10 il cavan hiss edəcəksiniz.

Botanika bağındakı şəlaləyə baxın

Botanika bağı ekzotik bitkilər arasında təmiz havada uzun gəzinti üçün ideal yerdir. Bağa getmək də rahatdır. Əsas girişi Narikala qalasının yerləşdiyi dağın ətəyindədir. Bağdakı çayın üzərində salınan körpülərdən birinin altında hündürlüyü 42 metr olan şəlalə tökülür. Orada çimmək qadağan olsa da yayda uşaqları və böyükləri çıxarmaq mümkün deyil.

Mtatsminda dağına çıxın

Kürün sağ sahilində əzəmətli Mtatsminda dağı yüksəlir. Dağa çıxmaq üçün 500 metr uzunluqlu funikulyor salınıb. Ən yuxarı stansiya dəniz səviyyəsindən 727 metr hündürlükdə yerləşir. Dağın zirvəsində restoran və attraksion parkı var. Dağın kənarındakı müşahidə çarxında bir neçə lari xərcləməklə isə sutkalıq adrenalin alacaqsınız.

Gürcü xaçapurisindən və xəngəlindən dadın

Gürcüstan mətbəxini bu iki təamsız təsəvvür etmək çətindir. Xaçapurinin bölgələrə görə bir neçə növü var. Təzə sobadan çıxmış xaçapuri o qədər dadlıdır ki, dietanı yaddan çıxarmaq lazımdır. Əsl xingalın da dadına mütləq baxın, çəngəl və ya bıçaqla deyil, köhnə üsulla əlinizlə. Tbilisidə içki kimi adətən böyük bardaqlarda ev şərabı və ya limonad verirlər. Ev və ya fabrik düşesi, barbaris, limon və krem-soda sifariş edin.

Marionet teatrında incə yumordan həzz alın

Kiçik marionet teatrı Köhnə şəhərdə yerləşir və hətta binası da kiçik qüllə ilə nağılvari görünür. Teatrı 1981-ci ildə rejissor, ssenarist və yazıçı Rezo Qabriadze yaradıb. Tamaşalar gürcü və ya rus dillərində ingilis dilində altyazı ilə verilir. Bileti əvvəlcədən almaq lazımdır, çünki zal çox kiçikdir və baxmaq istəyənlər çoxdur.

Birə bazarında kiçik antikvar əşyalar alın

Bazar quru körpü üzərində yerləşir. Ona görə quru adlanır ki, körpü çayın deyil yolun üzərində salınıb. Bazarın daimi sakinləri peşəkar alverçilər və ya bir az pul qazanmaq üçün evlərindən köhnə əşyalarını satmağa gətirən kasıb insanlardır. Burada hər şey tapmaq olar. The Beatless qrupunun nadir plastinkalarından sovetin elektrikli diş fırçalarına qədər.

Avtostopla gəzin

Marşrut avtobusları Gürcüstanda hər yerdədir. Macəraçılar və romantiklər daha çox avtostopu üstün tuturlar. Gürcüstanda hətta gecə belə avtostop etmək problem deyil. Sürücülər şux və mehribandırlar. Yol boyu çoxlu məsləhət verirlər. Yol pulu vermək lazım deyil, gürcülər inciyə bilərlər. Ən yaxşı ölkənizin kiçik suvenirini hədiyyə edin.