Tbilisidən Batumiyə necə getməli?

Yaz sona yaxınlaşır və siz hələ tətil etməmisiniz?! Bu barədə heç planınızda yoxdur?! Yeni iş sezonuna gümrah və çox xərc çəkmədən başlamaq üçün Batumiyə təcili səyahət etməyinizi tövsiyə edirik. Yayın son anlarını qaçırmamaq üçün ardını oxuyun.

Daha öncə Tbilisiyə sərbəst səyahət adlı yazı paylaşmışdıq. İndi isə Tbilisidən Batumiyə necə getmək olar o haqda məlumat verəcəyik. Nəzərə alsaq ki, Avqust və Sentyabr ayı üçün Batumi yerli səyahətçilərə çox aktualdır. Bu səbəbdən çoxsaylı istəkləri nəzərə alaraq, Tbilisidən Batumiyə getmə yollarını izah edəcəyik.

Tbilisidən Batumiyə aşağıdakı yollarla getmək mümkündür:

Təyyarə ilə Tbilisidən Batumiyə

 

Tbilisidən Batumiyə “Service Air” hava yolu şirkəti uçuşlar təşkil edir. Biletlərin qiyməti və reys sayı fəsildən asılı olaraq dəyişir. Uçuş müddəti 1 saat təşkil edir. Batumi hava limanı isə şəhərd mərkəzindən 7 km aralıda yerləşir. Avtiabiletlərin qiyməti üçün keçidi klikləyə bilərsiniz.

Qatarla Tbilisidən Batumiyə

 

Tbilisi dəmir yolları vağzalından Batumiyə sürətli və komfortlu qatarlar gedir. Qatarlar gün ərzində 3 dəfə yola düşür. Cəmi səyahət müddəti 5 saat 15 dəqiqə təşkil edir. Tbilisidən Batumiyə qatar bileti almaq üçün rəsmi dəmir yollarının veb saytından www.railway.gebiletebi.ge, tkt.ge saytından plastik kartınızla ala bilərsiniz.

Biletlərin qiyməti vagon sinifindən asılı olaraq, 19-26 lari arası dəyişir.

Avtobusla Tbilisidən Batumiyə

 

Batumiyə “Metro Georgia” şirkətinin təşkil etdiyi çox komfortlu avtobuslar səyahət təşkil edir. Yoladüşmə saatları hər gün saat 10:00, 12:00, 15:00, 20:00, 24:00 qədərdir. Səyahət müddəti isə 6 saat 30 dəqiqə təşkil edir.

Avtobusla Batumiyə səyahətin qiyməti avtobus sinifindən asılı olaraq, 25-30 Lari təşkil edir. Avtobus qiymətinə pulsuz Wi-Fi, individual monitor və bələdçi xidməti daxildir.

Biletləri geometro.ge saytından plastik kartınızla əldə edə bilərsiniz. Avtobuslar Tbilisinin Ortaçala küçəsindən, Batuminin yeni avtovağzalına (Google küçəsi1) yollanır. Avtovaqzaldan isə şəhərin mərkəzinə taksi və ya “marşrutka” adlandırdıqları kiçik avtobuslarla yollana bilərsiniz.

Mini avtobusla

 

“Marşurutka” adlandırdıqları mini avtobuslarla da Batumiyə yollanmaq mümkündür. Avtobuslar Metronun Didube stansiyasından yola düşür.

Gediş haqqı avtobusla eynidir amma komfort baxımından bir xeyli avtobusa uduzur. Bu cür avtobusların üstün tərəfi isə hər saat yola düşmələridir.

Tbilisidən Batumiyə maşınla

 

Şəxsi avtomobilinizlə gedəcəksinizsə aşağıdakı xəritəni izləyin.

Avtostopla və ya kiçik məbləğ ödəyərək, yol maşınıyla getməyi düşünürsinüzsə mail.ru şirkətinin təklif etdiyi beepcar.ru saytından özünüzə yol yoldaşı seçə bilərsiniz.

Sizə xoş səyahət arzulayırıq.

SHARE
Şərh et