səyahət

Tək başına səyahət etmək və ya macəraya başlamaq insanın azad, sərbəst olduğunu hiss etdirən təcrübədir. Bu məqaləmizdə sizin tək başına səyahət etməyə hazır olub-olmadığınızı müəyyən edəcək 21 işarə haqqında məlumat verəcəyik.

Yeni dostlar qazanmaq: Səyahətə tək başına getsənizdə, səyahət ərzində yeni insanlarla tanış olub, yeni dostlar qazana bilirsiniz.
Münasibət qurmaq üçün sözlərə ehtiyacınız yoxdur: Qarşınızdakı insana bəzi məsələləri mimika və jestlər vasitəsilə də izah edə bilirsiniz. Bəzən avtobus dayanacağında hər hansı bir şəxslə qarşılıqlı şəkildə gülümsəmək, uzun söhbətləri əvəz edə bilir.
Hər yerdə yata bilirsiniz: Qatarda, maşında, avtobusda, hətta iş masasında belə gözünüzü yumduğunuzda yuxuya gedə bilirsiniz. 15 saatlıq avtobus səyahətində və ya səyahət zamanı xoruldayan bir şəxsə rast gəldiyinizdə bu xüsusiyyətiniz sizə kömək olacaq.

Tək başına vaxt keçirməyi sevirsiniz: Bir neçə saatı deyil də, uzun müddəti nəzərdə tuturuq. Özünüzə vaxt ayırmaq sizin üçün çox vacibdir. Tək qalıb kitab oxumağı, dadlı bir şam yeməyi yeməyi və ya film izləməyi səbrsizliklə gözləyirsiniz.
Telefonunuzda faydalı proqramlar var: Azərbaycanda daha rahat yaşamağınız üçün telefonunuzda Google Maps, tıxac proqramı, naviqator, valyuta çevirən proqramlar var. Bu proqramlar tək başınıza səyahətə çıxdıqda da sizə çox kömək olacaqdır.

Yolu itirməkdən qorxmursunuz: Getdiyiniz hər bir yerdə sizi yeni macəralar gözləyir və bəzən bu macəraları tapmağın tək yolu xəritəni kənara qoyub, istiqamət marşrutunuzu dəyişdirməkdir.

Həmişə çantanızda eynək, çətir və yara bandı olur: Yarana biləcək problemlər üçün hər zaman evdən çıxmamışdan qabaq tədbir görürsünüz. Bu, tək başına səyahət edərkən bir çox çətinliyin öhdəsindən gəlməyinizə kömək edəcəkdir.

Dünyanın hər yerində dostlarınız var: Fərqli ölkələrdən olan dostlarınız və tək başına səyahət zamanı qazandığınız dostlar sizi xoşbəxt edir. Əlbəttə ki, getdiyiniz ölkələrdə dost və ya tanışlarınızın olması sizin üçün müsbət bir haldır.

Özünüz haqqında məlumatları paylaşmaq: Səyahət zamanı tanış olduğunuz insanlara adınız, soyadınız, yaşınız və gəldiyiniz ölkə barədə məlumat verə bilirsiniz. Lakin, bəzi məsələləri gizli saxlayıb, hər şeyi paylaşmırsınız və sosial şəbəkə hesablarınızı gündəlik kimi istifadə etmirsiniz.

Yeməyinizin tərkibini bilməməyiniz sizi narahat etmir: Bunu işin əyləncəli hissəsi kimi qəbul edirsiniz. Boşqabınızdakı ağ rəngdəki qida toyuq beyni də ola bilər, gül kələm də ola bilər. Boş verin, əgər dadlıdırsa, fərq etməz. Fərqli yeməkləri sınamaq yeni mədəniyyətləri kəşf etməyin bir yoludur.

Dişlərinizi gündə 2 dəfə fırçalayır və daimi olaraq diş sapı istifadə edirsiniz: Bunlar özünüzə qulluq etdiyinizi göstərən işarədir. Tək başına səyahət edərkən sağlamlığınıza və şəxsi gigiyenanıza diqqət yetirmək çox vacibdir.

Səyahət etdiyiniz ölkədə marketə getmək sizin üçün xüsusi bir macəradır: Market rəflərinə baxmaq, fərqli meyvə və tərəvəzləri, indiyə qədər tanış olmadığınız məhsulları kəşf etmək sizin üçün əyləncəli bir fəaliyyətdir.

Qənaətcilsiniz: Aylıq gəlirinizi və ya maaşınızı lazımsız yerlərə xərcləməyib, yığırsınız. Alış-verişi sərfəli şəkildə edirsiniz və tək başına səyahət zamanı sizə qarışacaq biri olmadığından pulunuzu hesablayaraq, xərcləyirsiniz.

Diqqətli və ayıqsınız, ətrafınızda baş verən hadisələrə diqqət edirsiniz və buna uyğun davranırsınız: Gecə yarısı təhlükəli yerlərə getmirsiniz və oğurluq hallarının tez-tez baş verdiyi küçələrdə bahalı əşyalarınızı əlinizdə saxlamayıb, ehtiyatlı olursunuz.

Səyahət müddətini qabaqcadan planlamamalısınız: Əlbəttə ki, bilet və viza kimi vacib məsələləri qabaqcadan həll edib, səyahətinizin necə davam edəcəyinə həmən an qərar verirsiniz. İstədiyiniz an meşədə gəzintiyə çıxa, istədiyiniz an avtobusa minib, başqa şəhərə gedirsiniz.

Qorxularınıza qalib gəlirsiniz: Səyahət edərkən qorxduğunuz və ya əsəbləşdiyiniz zamanlar ola bilər, ancaq bu hisslər macəraya olan həvəsinizi öldürmür və hər şeyə baxmayaraq yeni şeylər kəşf etməyə daima hazırsınız. Öhdəsindən gəldiyiniz hər bir çətinlik sizə davam etməyə güc verir.

Hiss və düşüncələrinizi yazdığınız gündəliyiniz var: Xoşbəxt, qəmgin və ya həyəcanlı olduğunuz anlarda düşüncələrinizi yazmaq üçün gündəlik tutursunuz. Biri ilə üz-üzə söhbət etməyinizə ehtiyac yoxdur, beləliklə hiss və düşüncələrinizi yazaraq paylaşmış olursunuz. Əlavə olaraq, blog yazmaq da olar, amma əsl kağız və qələmin yeri başqadır.

Ağır alış-veriş çantaları daşıya bilirsiniz: Üçüncü mərtəbədə qalırsınız? Necə də gözəl! Ananızın alış-veriş çantalarını yuxarı daşıya bilirsinizsə, ağır çiyin çantanızı da hər yerə apara bilərsiniz.

Əşyalarınız vacib deyil: Ev sizin üçün əşyalarınızı saxladığınız yer deyil, ailəniz və ya dostlarınızın olduğu yerdir. Buna görə də əşyalar sizin üçün o qədər də vacib deyil, bir çiyin çantasına yerləşəcək qədər əşya ilə səyahətə çıxa bilirsiniz.

Maraqlı hekayə dinləməyi selfi çəkdirməkdən üstün tutursunuz: Dünyaya kameradan baxmaqdansa, getdiyiniz yerlərdə maraqlı hekayələr dinləməyi üstün tutursunuz. Selfi çubuğu sizin üçün maraqlı deyil və getdiyiniz yerlərdə öz şəklinizi çəkməkdənsə, həmin yerlərdən doğru təcrübələr və xatirələr qalmağını istəyirsiniz. Lakin, maraqlı bir şəkil xatirələrinizi qorumağın bir yolu ola bilər.

Hissləriniz həmişə sizi doğru yerə yönəldir: Məntiqli bir insansınız, qərar verərkən müsbət və mənfi cəhətləri fərqləndirirsiniz, lakin yenə də hisslərinizə görə davranırsınız. Hisslərinizə güvənib, doğru qərar qəbul etməyiniz tək başına səyahət edərkən sizə köməklik göstərəcək.

Hiss və düşüncələrinizi yazdığınız gündəliyiniz var: Xoşbəxt, qəmgin və ya həyəcanlı olduğunuz anlarda düşüncələrinizi yazmaq üçün gündəlik tutursunuz. Biri ilə üz-üzə söhbət etməyinizə ehtiyac yoxdur, beləliklə hiss və düşüncələrinizi yazaraq paylaşmış olursunuz. Əlavə olaraq, blog yazmaq da olar, amma əsl kağız və qələmin yeri başqadır.

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments