Təyyarə ilə ilk dəfə səyahət edərkən nə etmək lazımdır?

Təyyarə ilə səyahət
  • Təyyarədə daha yaxşı yer seçmək üçün aviaşirkətin saytında əvvəlcədən qeydiyyatdan keçmək;
  • Hava limanına uçuş vaxtına 2-3 saat qalmış çatmaq;
  • Hava limanında bəzi zəruri yoxlamalardan keçmək;
  • Bilet alarkən istifadə olunan şəxsiyyəti təsdiq edən sənəd və digər zəruri sənədləri özünüzlə götürmək;
  • Hava limanına çatdıqdan sonra uçuş terminalındakı lövhədə reysə qeydiyyat masasını tapıb ora yaxınlaşmaq. Burada siz qeydiyyatdan keçə, baqajı təhvil verə, əl yükünü əlavə edə və uçuş sənədinizi ala bilərsiniz.
  • Uçuş sənədində göstərilən giriş qapısının nömrəsini və təyyarənin göyərtəsinə keçmək üçün müəyyən edilən vaxta diqqət edin.
  • Pasport, viza, gömrük nəzarəti və digər etaplarından keçin.
  • Təyyarənin giriş qapısında olan dispetçerə uçuş sənədinizi göstərin və teletrap (və ya avtobus vasitəsi ilə) təyyarənin salonuna keçin.
  • Uçuşdan zövq alın!