Təyyarə salonu
Photo by Babək Həsənov

Yaxşı fotoaparat səfər zamanı gözəl xatirələri əbədiləşdirmək üçün əvəzsiz amildir. Gəzintidən qalan rəngarəng və parlaq kadrlar sizi növbəti səyahətinizə qədər isindirə biləcək. Bəs təyyarəyə fotoaparatı necə keçirmək olar?

Fotoaparatı əl çantasına qoymaq olarmı?

Bəli, siz əl yükü ilə yanaşı təyyarənin salonuna həmçinin fotoaparat və ona aid bütün avadanlıqları da keçirdə bilərsiniz. Bu tip texnikanı baqaja təhvil vermək məsləhət deyil, çünki hətta yaxşı qablaşdırılmış əşyalar belə yüklərin boşaldılması zamanı zədələnə bilər.

Aviadaşıyıcılar fotoaparatın çəkisini əl çantasına olan çəki tələbi zamanı nəzərə almırlar. Lakin əgər siz özünüzlə bir neçə fotoaparat aparırsınızsa və ya sizin əl çantanız yalnız texnikadan ibarətdirsə (telefon, fotoaparat, videokamera və s.), bu zaman gömrük nəzarətindən keçərkən diqqət cəlb etmiş olacaqsınız.

Baqaja fotoaparatın hansı hissələrini təhvil vermək lazımdır?

  • Enerji yükləmə qurğularını;
  • Əsas və ya əlavə akkumulyatorları;
  • Ştativi.

Əgər  əl yükünün çəkisi artıq gəlirsə, bu zaman fotoaparatı təyyarənin salonuna necə keçirmək olar?

Əgər, biletinizdə sizə icazə verilmiş baqajın ümumi çəkisi 20 kiloqram təşkil edirsə, bu zaman siz yükün 15 kiloqramını baqaja verə, 5 kiloqramını isə özünüzlə əl çantasında götürə bilərsiniz. Əgər ümumi baqajın çəkisi 22 kiloqram təşkil edirsə, bu zaman 15 onun kiloqramı baqaj, 5 kiloqramı əl yükü, 2 kiloqramı isə foto-çanta üçün nəzərdə tutulur.

Kateqoriya üzrə fotoaparat – uşaq üçün ləvazimat, çətir və ya pencək kimi bir əşya hesab edilir. Baqajın çəkisinə olan tələb zamanı aparatın çəkisi nəzərə alınmasa da, əl yükünə aid çəki tələbində nəzərə alınır.

Əgər özünüzlə fotoaparat götürmüsünüzsə, bu zaman harada şəkil çəkə bilərsiniz?

Şəkil çəkmək olar:

  • Hava limanının istirahət zonalarında. Bir çox iri hava limanlarında sərnişinlərin istirahəti və gəzinti üçün xüsusi yerlər ayrılıb ki (baxış meydançası, müxtəlif bitkili bağçalar, sərgi salonu və s.), burada istədiyiniz qədər şəkillər çəkə bilərsiniz. Lakin istənilən halda cərimələrdən qaçmaq üçün şəkil çəkməmişdən əvvəl hava limanın əməkdaşlarından icazə almağınız məsləhətdir.
  • Stüardessaların icazəsi ilə təyyarənin salonunda.

Şəkil çəkmək olmaz:

  • Hava limanında sərhəd nəzarəti, gömrük nəzarəti və digər xidməti zonalardan keçid zamanı.
  • Havaya qalxarkən və enərkən təyyarənin salonunda.
  • Uçuş zamanı təyyarənin salonunda (əgər stüardessa çəkilişə icazə verməyibsə).
  • Bəzi dövlətlərin ərazisi üzərindən keçərkən təyyarənin salonundan yerin şəkilini çəkmək olmaz. Bu tip qadağalar Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya ilə tənzimlənir.