Təyyarədə baqaj və əl yüklərinin daşınma qaydaları

Təyyarə ən qısa müddətə çox iri məsafələri fəth etməyə imkan verən ən sürətli, rahat və komfortlu müasir nəqliyyat vasitəsidir. Uçuş zamanı sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün bir sıra ciddi qaydalar və tələblərə riayət etmək lazımdır ki, bu qaydalar təyyarənin tipindən, sərnişinin statusundan, səyahətin məqsədlərindən asılı olmur.

Uçuş zamanı aviabiletlərin alınmasından başqa, ən mühüm məsələlərdən biri də baqajın daşınma qaydalarıdır. Gələcəkdə lazımsız problemlərin yaranmaması üçün bu məsələnin həllinə diqqətlə və məsuliyyətlə yanaşmaq lazımdır. Bu zaman nəzərə almaq lazımdır ki, baqajın daşınma qaydaları bütün aviaşirkətlər üçün eyni deyil və bəzi amillərdən asılı olaraq müxtəlif şəkildə təqdim edilə bilər. Əsas sərnişinin hansı ölkəyə səyahət etməsidir, çünki hər ölkənin özünə aid standartları və normaları var. Bundan əlavə bütün dünyada istifadə edilən ümumi qaydalar da mövcuddur:

  • Yol çantalarının və ya çamadanların bütöv, çat və kəsiksiz olmasına diqqət etmək lazımdır ki, uçuş zamanı əşyalarınız zədələnməsin. Tam əminlik üçün baqajınızı qida plyonkası ilə sarıya bilərsiniz (və ya hava limanında bu tip ödənişli xidmətdən istifadə edə bilərsiniz).
  • Nəzərə almaq lazımdır ki, bəzi əşyaları təyyarəyə həm əl yükündə həm də baqajda gətirmək qəti qadağandır.

Belə ki baqajda götürmək olmaz:

  • Turşuların, qələvinin, civənin (bu tərkibli müxtəlif cihazların) aid olduğu aşındırıcı zəhərli maddələri, eləcə də maye akkumulyator batareyalarını.
  • Odlanan və ya odlanmayan, zəhərli, sıxılmış və ya maye halına gətirilmiş bütün qaz növlərini.
  • Tezalışan bərk və ya maye maddələri. Məsələn: kibrit, alışqan və s.

Təyyarəyə su ilə təmas zamanı ayrılan alışa biləcək qazları, öz-özünə alışa bilən maddələri və alışqanları doldurmaq üçün mayeni götürmək qadağandır.

  • Peroksid, ağardıcı tozlar və s. bu növ maddələri.
  • Partlayıcı və od təhlükəsi olan əşyaları. Bura od silahı, fişənglər və döyüş sursat aiddir. Boş giliz və detonatorlarında keçirilməsi qadağandır.
  • Zəhərli, yoluxucu və zəhərləyici maddələri. Bura etiologiya predmetləri, laborator materiallar, həşəratlarla mübarizə vasitələri, herbisidlər daxildir.
  • Radioaktiv maddələri.
  • Quraşdırılmış siqnalları olan çantaları və çamadanları.

Diqqət! Əksər aviaşirkətlərdə hətta bunları da daşımaq qadağandır:

  • Manikür qayçıları, ülgüc, mil və burğular da daxil olmaqla bütün kəsici əşyaları.
  • Şpris üçün iynələri.
  • Spreyləri, kremləri, gelləri, şampunları, tuşları.
  • Su və müxtəlif içkiləri.

Bundan başqa ümumi qeydiyyata alınan baqajda pulu, qiymətli metallardan olan əşyaları, qiymətli kağızları, eynəkləri, sına biləcək əşyaları və tez xarab olan məhsulları saxlamaq məsləhət deyil.

Əl yükü – təyyarənin salonuna keçirilməsinə icazə verilən kiçik ölçülü çantalardır. Unutmayın ki, təyyarədə əl yükünə olan tələblər ümumi baqaja olan tələblərdən daha sərtdir. Qaydalara əsasən, çantanızda təyyarəyə yalnız mütləq xüsusi qablaşdırılan 100 ml çox olmamaq şərti ilə maye götürə bilərsiniz. Bu halda uşaq qidaları və sərnişinlər üçün həyati vacib dərmanlar istisna təşkil edir. Təyyarədə baqajın daşınmasında xeyli məqamları nəzərə almaq lazımdır ki, ümumiyyətlə uçuş ilə bağlı mümkün problemlərdən qaça biləsiniz.

Sizə maraqlı səyahətlər və xoş istirahətlər arzu edirik!