Təyyarədə ən arzuolunmaz yol yoldaşı

Arxa tərəfdən oturacağınızı ayağı ilə təpikləyən balaca uşaq, pəncərə tərəfdə əyləşərək uçuşdan qorxan yoldaş, təyyarənin enişi və ya hərəkətə gəlməsi, keçiddə yemək üstündə səs küy salan sərnişin və s. Belə xoşagəlməz hallarla rastlaşmısız?

Bort əməkdaşları arzuolunmaz sərnişinlərlə üzləşdiyiniz vaxt özünüzü necə aparmalı olduğunuz barədə məlumat verir:

9. Ağır yüklü yol yoldaşı

Əgər siz təyyarə bortuna keçməyə tələsməyən sərnişinlərdənsinizsə və növbə azalana qədər bir az gözləməyi üstün tutursunuzsa, bu halda təyyarənin salonunda sizi xoşagəlməz sürpriz gözləyə bilər. Çünki sizin yol yoldaşı olan sərnişinlər rəflərdə baqaj üçün bütün yerləri tutacaq və sizin çamadanınızı qoymağa yer qalmayacaq. Belə hallarda kömək üçün stüardessaya müraciət edə bilərsiniz.

Bort əməkdaşlarının məlumatına görə, təyyarəyə 150 nəfər sərnişinin yerləşdirilməsi təxminən 20 dəqiqə vaxt aparır. Bu zaman heyətin bir üzvü sərnişinləri girişdə qarşılayır, digər bort əməkdaşı arxa hissədən yenicə gətirilən yeməklərlə məşğul olur, daha bir əməkdaş isə baqajın yüklənməsinə nəzarət edir və çamadanları sayır.

Sərnişinlərə təyyarənin salonunda yerləşməkdə isə yalnız bir nəfər əməkdaş köməklik edir ki, siz də məhz həmin əməkdaşa müraciət edə bilərsiniz.

8. Sizin oturacağınızı tutan sərnişin

Çamadanla olan məsələni aydınlaşdırdıqdan sonra birdə baxırsınız ki, sizin oturacaq yeriniz artıq tutulub. Bəzən bu yerini səhv salan, bəzən isə sadəcə birinci gəldiyi üçün pəncərə tərəfdə oturmaq istəyən sərnişindir.

Belə vəziyyətdə bort bələdçilərinə məlumat verə bilərsiniz və əgər texniki səhvdirsə, bu zaman sizə digər boş oturacaq və ya biznes sinfində olan boş yer təklif olunacaq.

7. Panik edən qonşu

Sizin yanınızda oturan sərnişin qorxudan dua oxuyur, həyəcandan əlinin tərini silir və ya kreslonun kənarlarını sıxır? Bu halda siz dəhşətli aerofobnan yol yoldaşı olmusuz.

Baxmayaraq ki, siz təyyarə ilə uçuşdan zövq almaq istəyirsiniz, yanınızda əyləşən yoldaşın qorxu və həyəcanı sizə də keçməyə başlayır. Bu zaman sizin ikiniz üçün də ünsiyyət qurmaq yaxşı olar ki, həmin sərnişinin fikrini öz söhbətiniznən yayındırasınız.

6. Uzun ayaqlı qonşu

Siz öz oturacağınızda rahat əyləşdikdən sonra, birdən arxada əyləşən sərnişinin ayaqlarının sizin oturacağa qədər uzandığını və sizi narahat etdiyini aşkar edirsiniz. Bu halda nəzakətli formada həmin sərnişindən xahiş edə bilərsiniz ki, sizə narahatçılıq yaratmasın.

5. Danışqan yoldaş

Əgər uçuş zamanı siz kitab oxumaq və ya sadəcə  həyat haqqında düşünmək fikrindəsinizsə, bu zaman yanınızda mütləq tamam başqa niyyətləri olan sərnişin əyləşəcək.

O tanış olmaq, danışmaq, hara və nə üçün uçduğunu bölüşmək istəyəcək. Bu halda ən yaxşısı onun fikrinin bitdiyi anı tapıb ayaq yoluna uzaqlaşmaqdır. Qayıtdıqdan sonra isə, dərhal qulaqcıqları salıb oxumaq istədiyiniz kitaba dikələ bilərsiniz.

4. Oturacağı arxaya əyən

Adətən biz ideal uçuşu – təyyarəyə daxil olduqdan sonra yuxuya getmək və təyyarə yerə endikdən sonra oyanmaqda görürük. Əgər sizin qabağınızda belə sərnişin əyləşərsə, bu zaman onun arxaya enmiş oturacağı sizi narahat etməyə başlayacaq.

Belə hallarda çıxış yolu kimi, sizdə öz oturacağınızı bir az arxaya endirə bilərsiniz. Bundan əlavə unutmayın ki, xidmət zamanı, uçuş və enmə zamanı təhlükəsizlik baxımından oturacaqlar düz olmalıdır ki, fövqəladə hallarda bütün sərnişinlər qruplaşaraq maneəsiz və cəld evakuasiya edilə bilsin.

3. Harasa tələsən yoldaş

Təyyarənin təzəcə yerə toxunmasına və hələ dayanmamasına baxmayaraq, sizin qonşu artıq öz baqajını rəflərdən almağa qaçır.

Bu cür sərnişinlər təkcə öz yol yoldaşlarını deyil, həmçinin ekipaj üzvlərini də çox qıcıqlandırır. Belə hallarda, bir az səbirli olmağa və həmin insanla dil tapıb ünsiyyət qurmağa çalışın ki, həmin şəxsin təlaşı sizə keçməsin.

1. Related